Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanskiy, 47. Murad Məmmədov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
***
Matç başladı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Emil Səfərov 55-ci dəqiqədə hesabı açır.
***
Elvin Bədəlov 85-ci dəqiqədə avtoqol müəllifi olur.
***
Bassala Sambu 90+1ci dəqiqədə komandasını önə çıxarır.
***
Matç başa çatdı. Paytaxt təmsilçisi 2:1 “Qarabağ”ı məğlub edir. Bu nəticədən sonra Premyer Liqada 72 xalla birinci yerdə olan “Sabah”ın çempionluğu rəsmiləşir. “Köhlən atlar” isə 59-cu xalla ikinci yerdədir.
Onu da bildirək ki, “Neftçi” turnir cədvəlində “Zirə”ni keçərək 47 xalla dördüncü pilləyə yüksəlib.
Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb.
Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır.
Aprelin 30-da saat 14 radələrində “Milli Onkologiya Mərkəzi”nidə parlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.
Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
“Qafqazinfo” sözügedən görüşdən videonu təqdim edir:
Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.
Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan qərarı verilib.
Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.
“Qafqazinfo” xəbər verir ki, “Minval Politika”nın əldə etdiyi sensasiyalı videogörüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu videogörüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.
Əvvəlcə gəlin görək Luis Okampo kimdir? Azərbaycan auditoriyasına onu xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı, prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır – açıq-aydın feyklər yaymağa da, yalanlar danışmağa da, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən fəaliyyəti haqda biz çox danışmışıq.
Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır. Videoda da göründüyü kimi, o, çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.
Videoyazıları və onların mətnini təqdim edirik:
Luis Moreno Okampo:Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var – o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquq məsləhətçisi idi.
Həmsöhbət: Borrell?
Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada – Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula fon der Lyayenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.
… Bundan başqa bir məsələ də ortaya çıxıb – əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.
Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır – Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dəki erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm – qapı artıq açıqdır, biz sadəcə onu açırıq.
Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanların koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir – çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Həmsöhbət: Prezidenti?
Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.
Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dəki erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.
Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən və regional sülhə və təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.
Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır. Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti deputatları və Aİ-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar var.
Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar – Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar.
Əslində, bu yeganə hal deyil. “Minval Politika”nın daha əvvəl yazdığı kimi, bir müddət əvvəl Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya ritorikası ilə üst-üstə düşür.
Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borrelin kimə xidmət etdiyi də məlumdur. Lakin təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə çıxarır.
Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik – təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz görüntülər realdır.
Jurnalist etikası qaydalarına uyğun olaraq, “Minval Politika” vəziyyətə aydınlıq gətirmək üçün Okamponun mövqeyini də dərc etməyə hazırdır. Həmçinin redaksiya bu qalmaqalla bağlı şərhlər almaq üçün Avropa Parlamenti və Aİ-nin digər institutlarına rəsmi sorğular göndərməyi planlaşdırır.
Biz haqlı olaraq suallarımıza cavab verilməsini gözləyirik. Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir! Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı və Borrel, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər görməlidir.
Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun şəbəkəsinin – erməni lobbisi və satın alınmış avropalı siyasətçilərin fəaliyyəti açıq şəkildə göstərir ki, onların hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə qaytarmaq cəhdidir.
Azərbaycan Deflimpiya Komitəsinin 2023-cü ilin oktyabrında təsis edilməsi ölkəmizdə inklüziv idman mühitinin formalaşmasında yeni bir mərhələnin əsasını qoydu. Bu addım eşitmə məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası və onların peşəkar səviyyədə özlərini təsdiq etməsi üçün mühüm platforma rolunu oynayır. Əsas məqsəd yalnız yarışlara qatılmaq deyil, həm də idman vasitəsilə bu kateqoriyadan olan şəxslərin reabilitasiyasını və bərabərhüquqlu sosial statusunu təmin etməkdir.
“Qafqazinfo” xəbər verir ki, bu qısa zaman kəsiyinə baxmayaraq, əldə olunan nəticələr komitənin fəaliyyətinin səmərəliliyini artıq sübut edib. Yaradılan şərait və sistemli yanaşma idmançılarımızın beynəlxalq arenalarda dövlət bayrağını yüksəltməsinə birbaşa yol açıb.
İlk tarixi uğur
Ölkə rəhbərliyi tərəfindən bu nailiyyət yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Coşqun Əliyev idmanda göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edildi. Bu, dövlətin hər bir idmançısına, həmçinin də deflimpiyaçıların əməyinə verdiyi xüsusi önəmin təzahürüdür.
Dünya çempionatında tarixi nəticələr
Komitənin Deflimpiya Oyunları proqramına daxil olan müxtəlif idman növlərini inkişaf etdirməsi, idmana cəlb edilmiş eşitmə məhdudiyyətli şəxslərin təlim-məşq toplanışlarına cəlb edilməsi, bir sıra federasiyalarla əməkdaşlıq çərçivəsində deflimpiyaçıların ölkəmizin heç bir məhdudiyyəti olmayan komandaları ilə birlikdə məşq prosesinin təşkil edilməsi, vitaminizasiyasının, tibbi reabilitasiyasının təmin edilməsi və ümumiliklə hazırlıq prosesinin düzgün təşkili deflimpiyaçıların gələcək uğurlarının təməlini qoyub.
Ardıcıl uğurlar Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Şotokan Federasiyasının (WSF) versiyası üzrə karate idman növündə dünya çempionatında da davam etdi. 24-26 aprel tarixlərində Deflimpiya Komitəsinin dəstəyi, baş məşqçi Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi altında çempionata qatılan komandamız möhtəşəm nəticə göstərdi. 10 idmançı ilə qatıldığımız çempionatda deflimpiyaçılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Vətənə qələbə ilə döndülər. Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite), Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) qızıl, Aytən Qədirova (kata), Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) gümüş, Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) isə bürünc medal qazandılar. Bu tarixi nəticə Azərbaycan Deflimpiya Komitəsinin düzgün inkişaf strategiyası yürütdüyünü bir daha nümayiş etdirdi.
Növbəti hədəflər
Görülən işlərin məntiqi davamı olaraq, komitənin hazırkı mərhələdə əsas hədəflərindən biri bu kateqoriyadan olan vətəndaşlarımızın idmana cəlb edilməsini genişləndirərək kütləviliyə nail olmaqdır. Bu istiqamətdə komitə tərəfindən yeniyetmə və gənc eşitmə qabiliyyəti məhdud olan şəxslərin idmanla məşğul olması məqsədilə paytaxtımızda və regionlarda şəraitin yaradılmasına dair müxtəlif tərəfdaşlarla danışıqlar aparılır. Bu məqsədlər üçün Komitə eşitmə qabiliyyəti məhdud olan şəxslərlə işləyən bir sıra ictimai birliklər vasitəsilə cəmiyyətdə deflimpiya hərəkatı barədə maariflənməni artırmaq istiqamətində də fəaliyyət göstərir.
Təbii ki, bununla yanaşı Komitə mövcud idmançıların təcrübəsinin artırılmasına da böyük əhəmiyyət verir. Məhz bu səbəbdən Komitə müxtəlif idman növlərində idmançılarımızın beynəlxalq çempionatlarda və turnirlərdə iştirakının maksimum təmin edilməsinə çalışır. Belə ki, Komitənin dəstəyi ilə cari ilin may ayında eşitmə qabiliyyəti məhdud olan şahmatçılarımız İspaniyanın Roquetas de Mar şəhərində Beynəlxalq Karlar Şahmat Komitəsi (ICCD) tərəfindən təşkil edilən 20-ci Dünya Karlar Şahmat Çempionatına yollanacaqlar. Bu mötəbər çempionatda iştirakın özü şahmatçılarımız üçün böyük bir təcrübə olacaq.
Cari ilin sonunadək digər idman növlərində də deflimpiyaçılarımızın beynəlxalq yarışlarda, o cümlədən bu ilin sonlarında ölkəmizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında keçirilməsi planlaşdırılan Avropa Karlar Cüdo Çempionatında (European Deaf Judo Championship) iştirakı gözlənilir.
İdmançıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası fonunda qazanılan bu uğurlar Azərbaycanın inklüziv cəmiyyət quruculuğundakı uğurlarının göstəricisidir. Bu işdə komitəyə və deflimpiyaçılarımıza gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.