Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib.
Kollegiyanın üzvləri:
– Azərbaycan maliyyə nazirinin birinci müavini;
– Azərbaycan maliyyə nazirinin müavinləri;
– Naxçıvan Muxtar Respublikasının maliyyə naziri;
– Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri;
– Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri;
– Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi;
– Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru;
– Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru;
– Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.

Leave a Reply