Author: wpadmin

  • İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? 
							 – Açıqlama

    İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

    Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.

    “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. 

    Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub”.

     

    Mənbə

  • Prokuror onların 10 il həbsini tələb edir

    Prokuror onların 10 il həbsini tələb edir

    Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

    Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.

    Təqsirləndirilən eks-vəzifəlilərə son sözə, vəkillərinə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

    Xəri rus dilində oxuyun: По 10 лет тюрьмы: суд требует наказать экс-аудиторов

    Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.

    Sail Ağasəlim

    Mənbə

  • Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən 
							 – Zərərçəkmiş vəfat etdi

    Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

    Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib – red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.

    Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi.

    Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.

    Xəri rus dilində oxuyun: Умер пытавшийся сжечь себя на суде по делу Шихалиева

    Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.

    Sail Ağasəlim

    Mənbə

  • Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı 
							 – Payı artdı

    Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb.

    “Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu, “Premium Bank”ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9 % artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.

    Son nəticədə digər səhmdarlar – “VIP Aviation Services” MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb.

    Mənbə

  • Bayram günü kabab bişirmək istədilər 
							 – Başlarına iş gəldi

    Bayram günü kabab bişirmək istədilər – Başlarına iş gəldi

    Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib. 

    “Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində – Nizami küçəsində yerləşən evlərdən birində baş verib.

    Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

    Mənbə

  • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi 
							 – Yenilənib

    Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi – Yenilənib

    Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

    “Qafqazinfo” xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.

    Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.

    ***

    Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.

    Mənbə

  • Dolu yağanda maşınlar bu vəziyyətə düşdü 
							 – Video

    Dolu yağanda maşınlar bu vəziyyətə düşdü – Video

    Bu gün Bakıya yağan dolu nəticəsində Əhmədlidəki “Bravo” hipermarketinin parkinqində maşınlara ziyan dəyib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb.

    Bildirilir ki, qeyri-sabit hava şəraitinin hökm sürdüyü vaxtda mağazanın üstündəki dəmirlər maşınların üstünə aşıb.

     

    Mənbə

  • Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi

    Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib.

    “Qafqazinfo” həmin paylaşımı təqdim edir:

     

    Mənbə

  • Yeni direktor icra başçısının qardaşı imiş

    Yeni direktor icra başçısının qardaşı imiş

    Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.

    C.Paşayev ölkənin tanınmış həkimlərindən biridir.

    Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

    Yunis Quliyev

    Mənbə

  • Prezidentin qızları bayramı onlarla keçirdi 
							 – Fotolar

    Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

    “Qafqazinfo” xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar. Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesini izləyib, onlarla xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.

    Daha sonra uşaqlar üçün animasiya filmləri nümayiş olunub. Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birlikdə filmləri izləyiblər.

    Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı və milli animasiya filmlərinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.






    Mənbə