Prokuror onların 10 il həbsini tələb edir

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.

Təqsirləndirilən eks-vəzifəlilərə son sözə, vəkillərinə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Xəri rus dilində oxuyun: По 10 лет тюрьмы: суд требует наказать экс-аудиторов

Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.

Sail Ağasəlim

Mənbə

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *