Author: wpadmin

  • Xameneiyə görə küçələrə axışdılar 
							 – Video

    Xameneiyə görə küçələrə axışdılar – Video

    Tehranda minlərlə insanın iştirakı ilə yeni Ali Lider Müctəba Xameneiyə dəstək və İmam Rzanın mövluduna həsr olunmuş izdihamlı yürüş keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, İmam Hüseyn meydanından başlayan və Azadlıq (Azadi) meydanına qədər uzanan yürüşə on minlərlə şəhər sakini qatılıb.

    Əllərində dövlət bayraqları və dini rəmzlər daşıyan nümayişçilər yeni liderə bağlılıq şüarları səsləndiriblər.

    Qeyd edək ki, yürüşdə həmçinin İmam Rzanın təvəllüd günü münasibətilə müxtəlif dini ayinlər icra olunub və sakinlərə ziyafət süfrələri açılıb.

     

    Mənbə

  • Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi 
							 – Video

    Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi – Video

    Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçirilib.

    “Qafqazinfo” “News.am”a istinadla xəbər verir ki, Ermənistanın Ağverən istirahət zonasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 13-cü iclası baş tutub.

    Görüşdə tərəflər sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ətrafında müzakirələri davam etdiriblər.

    İclasın yekununda Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin korteji Ağverən ərazisini tərk edib.

    Həmin görüntüləri təqdim edirik:

    Mənbə

  • Delimitasiya üzrə bu layihələr razılaşdırıldı 
							 – Fotolar

    Delimitasiya üzrə bu layihələr razılaşdırıldı – Fotolar

    Ermənistanda, Ağverəndə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində – Ermənistanda, Ağverəndə baş tutub.

    Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

    • “Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;

    • “Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;

    • “Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.

    Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

    Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.

    Qeyd olunub ki, Azərbaycanın ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.

    Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.

    Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.

    Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.

    Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.

    Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.


    Mənbə

  • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli Fərmana dəyişiklik edilib.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

    Fərmana əsasən, Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib.

    Mənbə

  • Bakıda su basan küçədə təmir işlərinə başlanıldı 
							 – Video – Yenilənib

    Bakıda su basan küçədə təmir işlərinə başlanıldı – Video – Yenilənib

    Bakıda boru partlayıb.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baku.ws görüntülər yayıb.

    Bildirilib ki, bu səbəbdən Cəlil Məmmədquluzadə və Salatın Əsgərova küçələrinin kəsişməsindəki yol sudan keçilməz vəziyyətə düşüb.

    ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müvafiq sukanal idarəsi su xəttində qəza baş verdiyi ilə bağlı məlumatlıdır: “Qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət olunub”.

    ***

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən keçən su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə hazırda qazıntı işlərinə başlanılıb.

    Su xəttinin təmiri və bərpası istiqamətində işlər görülməkdədir.

    Mənbə

  • 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi 
							 – Biri öldü – Yenilənib

    14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi – Biri öldü – Yenilənib

    Bakıda dəm qazından zəhərlənən gənc ölüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib.

    Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.

    Araşdırmalar aparılır.

    ***

    TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: “Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib”.

    Mənbə

  • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi

    Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi

    Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri Sahib Məmmədov metronun “Nizami” stansiyasının yaxınlığında “B-5” stansiyasının tikilməsi layihəsini “ağılsızlıq” adlandırıb.

    “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək stansiyanın uğursuz olacağını deyib.

    “Bu sadəcə ağılsızlıqdır. “28 May – Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir”, – deyə S.Məmmədov fikirlərini əsaslandırmağa çalışıb.

    ri rus dilində oxuyun: Экс-глава ИВ назвал проект метро “безумием” – метро ответило

    Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axınının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı, bu keçid “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

    Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq, layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami – 28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.

    Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.

    “B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.

    Mənbə

  • Bakıda makler həbs edildi 
							 – Yarım milyonluq fırıldaq – Foto

    Bakıda makler həbs edildi – Yarım milyonluq fırıldaq – Foto

    Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.

    Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.

    Mənbə

  • Azərbaycanda süni intellekt əsaslı ilk multifunksional “alış elanları” platforması 
							 – Tenderyard.com

    Azərbaycanda süni intellekt əsaslı ilk multifunksional “alış elanları” platforması – Tenderyard.com

    Azərbaycanda yeni texnologiyalar əsasında fəaliyyət göstərən ilk multifunksional “alış elanları” platforması TENDERYARD.COM fəaliyyətə başlayıb.

    Platforma istifadəçiləri bundan sonra gündəlik olaraq həm satmaq, həm də almaq istədikləri 1700-dən artıq kateqoriyaya aid mal, məhsul, daşınar və daşınmaz əmlak, iş və xidmətlər üzrə öz elanlarını yarada biləcəklər. Platforma ona tətbiq edilmiş yeni texnologiyalar sayəsində hər kəsin – insanların, sahibkarların öz satış və alış ehtiyaclarının sürətli reallaşdırılması üçün vaxt itkilərinin qarşısının alınması məqsədilə yaradılıb.

    Platforma tətbiq edilmiş ağıllı texnologiyalar sayəsində aşağıdakı fərqli xüsusiyyətlərə malikdir:

    – Kateqoriyasız elan. Tətbiq edilmiş texnologiya elan predmetinə görə aid olduğu kateqoriyanı avtomatik olaraq müəyyən edir. Bu funksiya insanları elan yaradarkən elanının aid olduğu kateqoriyanı müəyyən etmə çətinliyindən azad etmiş olur.

    – Toplu elan (Excel ilə). Pərakəndə və topdan satış müəssisələri satdıqları və aldıqları minlərlə adda mal və məhsullar üzrə elanları bir anda toplu şəklində (məhsul siyahısı üzrə) yarada bilərlər. Bu zaman həmin mal və məhsulların təsvir və şəkilləri tətbiq edilmiş süni intellekt tərəfindən avtomatik olaraq yaradılmış olur.

    – Süni intellektlə elan. Süni intellektlə elan yaradarkən platformada məhsul xüsusiyyətlərinə aid xanaların doldurulmasına ehtiyac qalmır. Bir cümlədə ifadə olunmuş bütün xüsusiyyətlər elanı avtomatik olaraq yaradır. Məhsulun xüsusiyyətinə görə şəkli, şəklinə görə isə xüsusiyyətləri sistem tərəfindən avtomatik olaraq müəyyən edilir. Bu xüsusiyyət istifadəçilərə yalnız şəkil əsasında elan yaratmaq imkanı da verir.

    Əmlak alıcı və satıcıları üçün məhz istədikləri konkret binanın şəkli və lokasiyası əsasında təyin edilmiş elanların müəyyən edilməsi. Bu funksiya məhz istədiyiniz bina üzrə əmlak satıcısının və ya alıcısının mövcudluğunu müəyyən edir və tərəflərə bildiriş göndərir.

    – Qrammatik redaktə düyməsi. İstifadəçilər elan mətnlərindəki qrammatik səhvləri müvafiq düymədən istifadə etməklə avtomatik qaydada düzəldə bilərlər.

    – Filtrlə və bildiriş al. İstifadəçilər bu funksiyadan istifadə edərək, yalnız konkret kateqoriyadan olan elanlar və ya yalnız konkret mal, məhsul, xidmət və s. üzrə filtrlənmiş çərçivədə yaradılmış elanlar barədə bildiriş ala bilərlər (Kateqoriya seçimini və filtrləməni sistemdə yadda saxlamaqla).

    – Reels (video) elan. İstifadəçilər digər sosial şəbəkələrdə olduğu kimi, öz satış elanlarını videoçəkiliş materialları əsasında da yerləşdirə bilərlər.

    – Səslə və şəkillə axtarış. Səsli İdarəetmə Sistemi. Elanlar səslə və yalnız şəkillə də axtarıla bilir.

    – Qlobal bazarlar üzrə axtarış motoru. Bu funksiya istifadəçilərə axtardıqları mallar üzrə müxtəlif qlobal saytların axtarış sistemində vaxt itkilərinə son qoyur.

    – Yaradılmış elanların multilinqvistik sinxronlaşdırılması. Bu funksiya xarici istifadəçilərə ölkəmizdə yaradılmış elanlara öz dillərində filtrləməklə axtarış və baxılma imkanı yaratmaqla bərabər, ölkəmizdə olan istifadəçilərə də, digər ölkələrdə olan elanlara Azərbaycan dilində axtarış və baxmaq imkanı yaradır.

    – Tətbiqdaxili messencer sistemi. İstfadəçilər tətbiqdaxili bir-biri ilə yazılı və səsli mesajlaşa, səsli və görüntülü zəngləşə bilərlər.

    – Chat-bot Platformaya tətbiq edilmiş chat-bot istifadəçilər üçün platformadaxili naviqasiyanı təmin edir.

    Gündəlik alış və satış ehtiyaclarının sürətli təmini üçün bütün vətəndaşları və sahibkarları platformanın imkanlarından istifadə edərək yararlanmağa dəvət edir, axtardıqları üzrə “Alış elanı”, təklifləri üzrə isə “Satış elanı” yaratmağa dəvət edirik.

    TENDERYARD!!! Axtardıqlarınız sizi tapacaq!!!

    Daha ətraflı məlumat almaq üçün:

    Web

    Facebook

    İnstagram

    Tiktok



    Mənbə

  • İranda hakimiyyət SEPAH-ın əlinə keçib 
							 – İddia

    İranda hakimiyyət SEPAH-ın əlinə keçib – İddia

    İranda hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərinin əlinə keçdiyi iddia edilir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Agentlik yazır ki, ölkədə artıq vahid və mübahisəsiz dini lider mərkəzi mövcud deyil. Məlumata görə, müharibənin ilk günündə Ayətullah Əli Xameneinin öldürülməsi və onun yaralı oğlu Müctəba Xameneinin ön plana çıxması SEPAH komandirlərinin üstünlük təşkil etdiyi yeni bir nizamın yaranmasına səbəb olub.

    “Hazırda ölkənin hərbi strategiyası və mühüm siyasi qərarları tamamilə SEPAH-ın nəzarətində olan dar və mühafizəkar dairə tərəfindən idarə olunur. Hətta ABŞ ilə aparılan diplomatik danışıqlarda xarici işlər naziri Seyid Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf iştirak etsə də, əsas söz sahibinin SEPAH komandiri Əhməd Vahidi olduğu bildirilir. Məhz Vahidinin atəşkəs elan olunan gecə danışıqlarda həlledici rol oynadığı vurğulanır”.

    Qeyd edək ki, bir müddət əvvəl İran ordusu müharibənin başa çatması ilə bağlı rəsmi bəyanat yaymışdı.

    Mənbə