Author: wpadmin

  • Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır 
							 – Fotolar

    Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır – Fotolar

    Şimali Koreyada yerləşən “Rungrado 1 May Day” stadionu 114 min tamaşaçı tutumu ilə dünyanın ən böyük stadionu hesab olunur. Lakin bu nəhəng tikilidə futbol matçları keçirilmir.

    “Qafqazinfo” xəbər verir ki, 1989-cu ildən fəaliyyət göstərən stadion yuxarıdan baxıldıqda maqnoliya çiçəyinə bənzəyən arxitekturası ilə diqqət çəkir. Həcminə görə dünyada birinci olması ilə yanaşı, istifadəsi ilə də fərqlənir.

    Stadionun əsas funksiyası böyük tədbirlərə ev sahibliyi etməkdir. Xüsusilə məşhur “Arirang” şouları zamanı minlərlə insan eyni vaxtda səhnəyə çıxır, tribunalarda kart nümayişləri ilə nəhəng vizuallar yaradılır. Bu tədbirlər zamanı stadionun 114 min tutumu, demək olar ki, tam istifadə olunur.

    “Rungrado 1 May Day” stadionu isə ölçüsü ilə rekordlar qırsa da, futbola ev sahibliyini etməməsi ilə fərqlənir və Şimali Koreyanın nəhəng şou mərkəzi kimi tanınır.







    Mənbə

  • Vüqar Hüseynova yeni vəzifə verildi

    Vüqar Hüseynova yeni vəzifə verildi

    Tanınmış jurnalist Vüqar Hüseynov Həmkarlar İttifaqı Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri təyin edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Qeyd edək ki, o bu vəzifəyə kimi Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri idi.

    Mənbə

  • Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı 
							 – Foto

    Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı – Foto

    Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

    Mənbə

  • Oqtay Əsədov 22 illik vəzifəsindən  getdi 
							 – Fotolar

    Oqtay Əsədov 22 illik vəzifəsindən getdi – Fotolar

    Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, yığıncaqda federasiyaya yeni rəhbər seçilib. 

    Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.




    Mənbə

  • Mərkəzi Bankda yeni təyinat 
							 – Foto

    Mərkəzi Bankda yeni təyinat – Foto

    Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində yeni təyinat olub.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov Əmr imzalayıb.

    Əmrə əsasən, Sadiq Fərhad oğlu Axundov baş direktor təyin edilib.

    Qeyd edək ki, S.Axundov əmək fəaliyyətinə 2009-cu ildən başlayıb. “Azəriqazbank”, “Amrahbank”, “ZiraatBank Azərbaycan”da müxtəlif vəzifələrdə çalışıb.

    2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. İndiki təyinatadək AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.

    Mənbə

  • Heydər Əliyevlə xanımının yeni 
							 – Fotoları

    Heydər Əliyevlə xanımının yeni – Fotoları

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

    “Qafqazinfo”nun məlumatına görə, açılışa dövlət başçısının oğlu Heydər Əliyev və gəlini Alena Əliyeva da qatılıb.

    Fotoları təqdim edirik:





    Mənbə

  • Ana və bacısını qətlə yetirən Kainat 
							 – Cəzadan azad edildi

    Ana və bacısını qətlə yetirən Kainat – Cəzadan azad edildi

    Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

    Ötən ilin yayında baş vermiş hadisənin istintaq materiallarında yazır ki, Kainat Namazov anlaqsız vəziyyətdə anası Sevinc Namazova və bacısı Aliyə Namazovanı çəkiclə başlarına vura-vura qətlə yetirib. (daha əvvəl cinayət aləti kimi baltadan istifadə edildiyi bildirilmişdi-red) Bundan sonra isə o, yaşadıqları evi yandıraraq əmlakı qəsdən məhv edib.

    Xüsusilə ağır cinayət əməlinə görə həbs edilən Kainatın tibbi ekspertizası onun anlaqsız olduğunu təsdiq edib. Bu əsasla prokuror da onun cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsini istəyib.

    Amma Kainat özü məhkəmədə gözlənilməz ifadə verib. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmədini, cinayəti də necə və hansı şəraəitdə törətdiyini xatırladığını bildirib. Kainat ana və bacısını elə onu psixi xəstə kimi qələmə vermələri, müxtəlif vaxtlarda xəstəxanada yatmağa məcbur etdikləri üçün öldürdüyünü deyib.

    Təqsirləndirilən şəxsin bu dediklərinə baxmayaraq, məhkəmə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirilmiş hesab edib.

    Xəbəri rus dilində oxuyun: Мужчина, убивший мать и сестру молотком, освобожден от наказания

    Qərara əsasən, Kainat cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

    Qeyd edək ki, K.Namazovun atası Elbrus Namazov keçmiş məmur olub. Ata Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.

    Sail Ağasəlim

    Mənbə

  • Müdirlər həmin işçilərə eyni maaşı verməli olacaq

    Müdirlər həmin işçilərə eyni maaşı verməli olacaq

    Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

    “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.

    İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

    Nuranə Daxilqızı

    Mənbə

  • Davam edən manifest… 
							 – 85 yaşlı Hafiz Paşayev

    Davam edən manifest… – 85 yaşlı Hafiz Paşayev

    İşimlə bağlı təqvim günlərinin tarixinə tez-tez baxıram… Vədəsini gözləyən mətnlər var ki, onlar məhz zamanında yazılanda lazımlı olur. 2 may tarixində doğulan şəxsiyyətləri gözdən keçirəndə bir adamın adını gördüm, barəsində düşünürək əvvəlcə ismin üzərindən keçdim…

    Bizdə bir təəssürat formalaşıb, elə bilirik ki, sözünü demiş, uğurlu insanların barəsində yazmağa çox da ehtiyac yoxdur, çünki onlar xalqa yetərincə tanışdır. Ancaq yenidən qayıdıb bu düşüncəmi götür-qoy elədim. Əksinə, uğurlu insanlar haqqında daha çox danışılmalıdır ki, nümunə olsun.

    Qazax Müəllimlər Seminariyasının, indiki adı ilə ADA universitetinin Qazax mərkəzinin divarında yazılmış Axundovun sitatında deyildiyi kimi: “Məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi kar olmaq”.

    Mayın 2-si tarixinə baxanda doğum gününü gördüyüm isim Hafiz Paşayev idi. Hafiz Paşayevin təkcə təhsil fəaliyyətini göz önünə gətirsək, onun portreti ən dəqiq rənglərlə sərgilənər.

    Təhsil xalqın ən dəyərli nemətidir. Təhsilli toplum bütün nailiyyətlərə qadirdir. Bircə təhsillə bütün qapıları açmaq mümkündür. Məhz bu səbəbdən də həqiqi pedoqoqlar, təhsil adamları bu ali həqiqətə vaqif şəxslər olur. Tarixin bütün dönəmlərində cəmiyyətin elmli, təhsilli olmasına çalışan şəxslər dövrün ən dəyərli, təmənnasız ziyalıları olub.

    Hafiz Paşayev adı da eşidiləndə ağla ilk olaraq ADA universiteti gəlir. Bəlkə də, elə ADA-dan danışmaq onun həyat manifestindən danışmaq kimidir.

    Əvvəllər 600-dən çox bal toplayan gənclər təhsillərini birmənalı olaraq əcnəbi universitetlərdə davam etdirirdilər. Təəssüf ki, həmin gənclərin də əksəriyyəti təhsilini başa vurduqdan sonra obyektiv və subyektiv səbəblərdən Azərbaycana qayıtmırdılar. Bu, olduqca amansız bir seleksiyadır. Çünki 600-dən çox bal toplayan gənc ölkənin öz dövrü üçün ən yaxşılarındandır. Onların yaxşı olmaqları səbəbindən ölkədən uzaqda qalmaları vətəni uduzdururdu. Yaxşıların seçilərək başqa məmləkətlərdə xidmət etməsi, zehnlərini, bacarıqlarını yad coğrafiyalarda xərcləməsi bizim üçün ağır, eyni zamanda qarşısı zorla alınması mümkün olmayan bir gedişat idi.

    Bu yerdə ibtidai məktəb dərsliklərindən tanış olduğumuz bir pritçanı xatırlamaq yerinə düşər. Günəş və küləyin bəhsi. Onlar bir kişinin pencəyini soyundurmaq uğrunda yarışa girir. Əvvəlcə külək var gücü ilə əsir. Lakin kişi külək gücləndikcə pencəyinə daha möhkəm sarılır, bütün düymələrini bağlayır ki, külək onu əynindən çıxarmasın. Az sonra çıxan günəş şüaları onun canını isidən kimi kişi pencəyini çıxarmağa məcbur olur. Bir çox problemlərin qarşısını sərtlik yox, həlimlik alır. ADA külək bəhsindəki günəş kimi ölkənin beyin axınının qarşısını aldı. İndi gənclər sevgi ilə Bakını seçir, ADA-ya qəbul olmaq üçün durmadan çalışır.

    Azərbaycanda xeyli ailələr var ki, onların maddi gücü və övladlarının biliyi istənilən məşhur əcnəbi təhsil ocağını seçməyə imkan verir, lakin onlar ADA-nı seçir. Uzağa getməyək, elə yaxın günlərdə tələbələrdən biri yüksək balla qəbul olduğu təhsil ocağından imtina edərək ADA-ya daxil olmaq üçün yenidən imtahan verdi. Məhz bu misal Hafiz Paşayevin “ADA” əsərinin bir səhifəsdir. Yəqin ki, 85 yaşını qeyd edən pedoqoq üçün bu ən gözəl hədiyyələrdəndir.

    ADA universitetinin xidməti təkcə gəncləri elit müstəvidə innovativ təhsilə yiyələndirmək yox, həm də onların ən perspektivli çağlarında Azərbaycana işıq salmalarına şərait yaratmaq oldu. Bizim düşünərlərin başqa ölkələrdə düşünməsi gələcək ziyalı mühitimizi qısırlaşdırırdı.

    Avropa və Asiyanın coğrafi sərhədi Bakıdan keçir, mənəvi sərhədi də Bakıdan – daha dəqiq desək, ADA universitetinin içindən keçir. Sevindiricidir ki, hazırda ADA-nın ölkə ərazisində yeni mərkəzlərinin yaradılması istiqamətində iş gedir. Belə ki, yaxın gələcəkdə ADA Gəncə və ADA Şəkinin açılış olacaq.

    İllər əvvəl Xarici İşlər Nazirliyinin yaxınlığındakı kiçik bir ofisdə Azərbaycan Diplomatiya Akademiyası kimi təsis olunan təhsil ocağının Bakı, Qazax, Gəncə, Şəkidə filialları və orta məktəbinin açılışı təhsilimizin uğurudur. Bir sözlə, 20 il əvvəlki ADA kiçik inzibati binadan 7-8 minlik tələbənin təhsil aldığı möhtəşəm ocağa çevilib.

    ADA Avropa modern təhsil təfəkkürünü Azərbaycana gətirir, Bakının həm də bir Avropa şəhəri olduğunu deyir, sərhədin digər tərəfindəki Asiya, Şərq simasını da məhz ənənəyə sadiqliyi ilə qoruyur – Asiya və Avropa ümmanlarının sərhədində bir ada …

    Firudin bəy Köçərli bir şuşalı kimi sanki qazaxlı Vaqifin Şuşa xidmətlərinin qarşılığını verərək Qazax Müəllimlər Seminariyasını yaratmışdı. Bu gün seminariyanın həyətində onun və qazaxlı həyat yoldaşı Badisəba xanımın abidəsi var. Hafiz Paşayev də Köçərlinin və digər maarifçilərin mirasını yaşadır, böyüdür. Təmənnasız, tərəqqipərvər, maarifpərvər ziyalıların varisi ola bilmək ömrün ali məramıdır.

    Onun digər mühüm xidməti isə regionlarda təhsil ideyaları, əyalətə keyfiyyətli təshili inteqrasiya planlarıdır. Azərbaycanda ilk Azərbaycandilli təhsil ocağı olan Qazax Müəllimlər Seminariyasının bərpası amalı rayonda mötəbər bir təhsil ocağının yaradılması ilə yekunlaşmır, bu həm də rəmzi hadisədir. Bayaq qeyd etdiyimiz gözəl ənənələrə sədaqətin rəmzidir.

    Azərbaycanı ən şərəfli anları ilə hiss etmək, tariximizi yaşadığımız təqvim kimi duymaq üçün keçmişimizdən xəbərdar olmaq bəs etmir. Hafiz Paşayevin təşəbbüsü ilə “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına keçirilərək kitab şəklində nəşr edilməsi bizim Cümhuriyyət tariximizin analiz edilməsi, onu təbii atmosferində hiss etmək üçün əlahiddə bir əməldir. Çünki biz adətən bir dövrlə tanış olduqda daha çox həmin illərin ən dramatik və yaddaqalan hadisələrinə nəzər yetiririk. Bir dövrlə bağlı yazılmış bütün kitablar da yalnız xüsusi önəm daşıyan hadisələri özündə saxlayır. Lakin “Azərbaycan” qəzeti ilə tanış olduqda biz orada sadə vətəndaşların dolanışığından, elanlardan, nəyə gülüb nəyə ağladıqlarından, nəyi özlərinə dərd etdiklərindən, bayramları necə qeyd etdiklərindən tutmuş ali dövlət siyasətinə – ölkənin bu günü və sabahı üçün düşünülən planlara qədər – bütün təfərrüatı görürük. Bu təfərrüat dövrü qavramaq üçün olduqca vacibdir. Xronologiyanı bilmək ayrı, dövrü hiss etmək isə tamam ayrı hadisədir.

    “Azərbaycan” qəzeti bizə yaxın keçmiş olsa da, müəyyən səbəblərdən kölgədə qalan şanlı bir dönəmi öyrədir. Təəssüf ki, əski əlifbada olduğundan bir çoxumuz bu vacib məcmu ilə bir əsr tanış ola bilməmişdik.

    Hafiz Paşayev təkcə öz sahəsinin – fizika-riyaziyyat elmləri doktoru kimi deyil, bəlkə də ilk baxışdan bu sahəyə yaxın görünməyən diplomatiya plastının da fizikasını incəliklə dərk edən, onun qanunauyğunluqlarını dəqiqliklə tətbiq etməyi bacaran nadir şəxsiyyətlərdəndir. Ən çətin illərdən başlayaraq – 1992-ci ildən 2006-cı ilə qədər Azərbaycan səfiri kimi qlobal gücün ən aparıcı mərkəzində – ABŞ-də çalışıb. Davamında diplomatiya işində inkişaf etdirdiyi beynəlxalq təcrübəni həm Xarici İşlər Nazirliyində, həm də diplomatiya akademiyasının qurucusu kimi təhsil ocağında tətbiq edən, ölkənin xarici siyasət institutlarının formalaşdırılmasına və peşəkar diplomat nəslinin yetişdirilməsinə yönəldən nadir dövlət xadimi kimi də xidmətləri xüsusi vurğulanmalıdır. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Hafiz Paşayev bütün ali fəaliyyəti boyu qazandığı mövqeyə rəğmən, müstəsna təvazökarlığı ilə seçilir, sadə və təbii tərzi ilə isə yetirmələrinə yalnız nəzəri deyil, həm də mənəvi müstəvidə nümunəvi bir dərs təqdim edir.

    Yazımı Hafiz Paşayevin Mirşahinə verdiyi müsahibədəki maraqlı məqamlardan biri ilə bitirirəm. O, deyir:

    “Qazax Müəllimlər Seminariyasının bərpasından sonra gördük ki, təhsil ocağının lap yaxınlığında qədim bir hamam var, lakin hamamın vəziyyəti olduqca pisdir. Düşündük ki, belə bir təhsil ocağının yanındakı hamam bərbad vəziyyətdə ola bilməz. Layihə hazırladıq, hamam təmir edildi”.

    Ardınca isə qeyd edir ki, yaxınlıqdakı təmirsiz bina da təmir edilərək müəllimlər üçün qonaq otağı kimi istifadəyə verilib. Eyni zamanda yaxınlıqdakı orta məktəblə bağlı da Təhsil Nazirliyi ilə danışılıb və yeni təhsil sisteminin həmin məktəbə də inteqrasiyası planlaşdırılıb.

    Məsələ budur ki, gözəllik, yaxşılıq da yoluxucudur. Bütün abadlıqlar bir yerdən başlayıb sahmana düşür. Bunun üçün isə nümunə lazımdır. ADA universiteti və Qazax mərkəzi də bir-birindən 500 km aralı olan iki nümunədir. Azərbaycanın ən Şərq və ən Qərb nöqtələrində yerləşən iki mayak. Mayak varsa, deməli, ümmanlarda gəmilər nizamla, cəsarətlə üzəcək.

    Nə gözəl ki Azərbaycan tarixi ədalətli hökmdarlarla, istedadlı qələm adamları ilə yanaşı, maarifpərvər şəxsiyyətləri də sevir və yaşadır. Bu, həm də maarifpərvər adamların özlərinin bir-birinə ötürdükləri estafetdir, onları xələfləri əməllərində yaşadırlar. Biri digərini unudulmağa qoymur.

    “Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini, onun cümləyə zəruri olmasını inkar edə” deyirdi Firudin bəy. Bu gün onun yaratdığı ideyanı yaşadan Hafiz Paşayevi də yetişdirdiyi tələbələr, gənc köçərlilər, axundovlar, hacıbəyovlar yaşadacaq.

    Sərdar Amin

    Xüsusi olaraq “Qafqazinfo” üçün

    Mənbə

  • İlqar Əliyev həbsdə vəfat etdi

    İlqar Əliyev həbsdə vəfat etdi

    Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O, 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı.

    Xəbəri rus dilində oxuyun: В заключении скончался IT-эксперт Ильгар Алиев

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

    Aslan Vəliyev

    Mənbə