Author: wpadmin

  • Prezident ailəsinin Qəbələdən səmimi 
							 – Fotosu

    Prezident ailəsinin Qəbələdən səmimi – Fotosu

    Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Qəbələdən ailəsi ilə birgə fotosunu paylaşıb.

    “Qafqazinfo” xəbər verir ki, fotoda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yer alıb.

    Həmin fotonu təqdim edirik:

    Mənbə

  • IV kurs tələbəsi vəfat etdi

    IV kurs tələbəsi vəfat etdi

    Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesabında məlumat verilib.

    Bildirilib ki, mühasibat ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Quliyev Əli Əlipənah oğlu dünyasını dəyişib.

    Mənbə

  • Şəhla müəllim işdən çıxıb? 
							 – Vəkilindən açıqlama

    Şəhla müəllim işdən çıxıb? – Vəkilindən açıqlama

    “İdrak” Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Modern.az yayıb.

    Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

    Məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.

    Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo”da müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğuna dair məlumat dərc olunmuşdu. Məqalədə qeyd edilmişdi ki, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim olunub.

    Xəbəri rus dilində oxuyun: Шахла Камилова уволилась из лицея “Идрак”?

    Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” Liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

    Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.

    Mənbə

  • Prezident onları təltif etdi 
							 – Adlar

    Prezident onları təltif etdi – Adlar

    Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər “Tərəqqi” medalı ilə təltif edilib.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Ağamirov İlkin Musa oğlu;

    Allahverdi Bəxtiyar Adil oğlu;

    Babaşov Nemət Adışirin oğlu;

    Bayramov Mübariz Xanlar oğlu;

    Bəşirov Səhliyalı Vahid oğlu;

    Əliyev Əli Vəli oğlu;

    Əliyev Vaqif Əli oğlu;

    Hacıyev Rauf Akif oğlu;

    Hüseynov Bəxtiyar Niyazi oğlu;

    Hüseynova Samirə Atamalı qızı;

    İlyas Emin Firudin oğlu;

    Krimpe Jana;

    Qasımov İsrafil Məmməd oğlu;

    Qəfərova Rəna Əbülfəz qızı;

    Məmmədov Muxtər Bilal oğlu;

    Məmmədova Rəna Müzəffər qızı;

    Mənsimov Elnur Ataş oğlu;

    Nurəliyev Nurlan İbadulla oğlu;

    Taşbağ Necmeddin;

    Van Ciyi;

    Vəliyev Ceyhun Əjdər oğlu.

    Mənbə

  • Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

    Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

    Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb.

    “Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək.

    Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayəhaqları ödəniləcək.

    Mənbə

  • Prezident sel və daşqınlarla mübarizə üçün 
							 – 86 milyona yaxın vəsait ayırdı

    Prezident sel və daşqınlarla mübarizə üçün – 86 milyona yaxın vəsait ayırdı

    Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    “Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat vəsait ayrılıb.

    O cümlədən:

    Bakı Şəhər İcra Hakimiyyətinə – 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat;

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə – 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat;

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə – 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat;

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə – 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

    Azərbaycanın Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Mənbə

  • Vaqif Axundova ağır itki

    Vaqif Axundova ağır itki

    Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Vaqif Axundova ağır itki üz verib.

    “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, Vaqif Axundovun bacısı Səkinə xanım vəfat edib.

    Allah rəhmət eləsin!

    Mənbə

  • “Xameneinin sağ olduğuna dair dəlillərimiz var”

    “Xameneinin sağ olduğuna dair dəlillərimiz var”

    “İranla mümkün razılaşma nüvə silahının qarşısını almalıdır”.

    “Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

    O bildirib ki, İranın təqdim etdiyi yeni təklif əvvəlkilərlə müqayisədə “gözləniləndən daha yaxşı görünür”, lakin hər hansı gələcək razılaşmanın əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaq olmalıdır.

    Rubio ABŞ Prezidenti Donald Trampın mümkün qərarları barədə fərziyyə yürütməkdən imtina edib və bütün yekun qərarın prezidentə aid olduğunu vurğulayıb.

    Rubio İranın nüvə proqramını “əsas problem” adlandırıb: “Nüvə məsələsi bu prosesin başlanmasının əsas səbəbidir”.

    O, Tehranın danışıqlarda vaxt qazanmağa çalışdığını deyərək, İran tərəfinin “çox təcrübəli danışıq aparıcıları” olduğunu qeyd edib.

    Rubio həmçinin vurğulayıb ki, əldə olunacaq hər hansı razılaşma İranın “istənilən vaxt nüvə silahına doğru irəliləməsinin qarşısını qəti şəkildə almalıdır”.

    Onun sözlərinə görə, hazırda təqdim olunan təkliflə bağlı bir sıra suallar qalır, o cümlədən, sənədi təqdim edən şəxsin mandatı və təklifin real məzmunu.

    Dövlət katibi əlavə edib ki, danışıqlar prosesi təkcə ABŞ və İran arasında deyil, eyni zamanda, İran daxilində müxtəlif tərəflər arasında da koordinasiya tələb edir.

    “İranlılar əvvəlcə öz aralarında razılaşmalıdır ki, nə təklif edirlər və nəyə hazırdırlar”, – deyə o bildirib.

    Rubio həmçinin ABŞ-nin Ayətullah Müctəba Xameneinin vəziyyəti ilə bağlı məlumatlara malik olduğunu, lakin onun Ali Lider kimi fəaliyyət qabiliyyəti barədə sualların olduğunu da qeyd edib: “ Onun sağ olduğuna dair dəlillərimiz var. Əksini təsdiq edən heç bir dəlilimiz yoxdur”.

    Mənbə

  • Qəbələdəki tarixi görüşdən geriyə qalanlar 
							 – Video

    Qəbələdəki tarixi görüşdən geriyə qalanlar – Video

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb.

    “Qafqazinfo” həmin paylaşımı təqdim edir:

     

     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

    A post shared by @presidentaz

     



    Mənbə

  • 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

    4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

    “Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq Əmr imzalayıb.

    Əmrə əsasən, sözügedən müəssisəsinin rəisi Elgiz İsmayılov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Müəssisənin rəisi vəzifənin icrası müvəqqəti olaraq 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılova həvalə edilib.

    Mənbə