Author: wpadmin

  • İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

    İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

    Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb.

    “Qafqazinfo”  xəbər verir ki, İlham Əliyev bu haqda mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib.

    “Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

    Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

    30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

    2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

    Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

    İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

    Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

    Hörmətli dostlar,

    “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

    Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”, – müraciətdə deyilir.

    Mənbə

  • İnsidentdən dəqiqələr sonra… 
							 – Fotolar

    İnsidentdən dəqiqələr sonra… – Fotolar

    Xəbər verdiyimiz kimi, bu gün ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə keçirilən tədbirdə atışma baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı vaxtı ilə səhər saatlarında ABŞ paytaxtında “Washington Hilton” hoteldə olub.

    Hadisəni törədən şəxsin Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allen olduğu məlum olub. Hazırda həmin şəxs polis nəzarətindədir.
















    Mənbə

  • İlham Əliyevdən həmin hücumla bağlı paylaşım 
							 – “Məni dərindən sarsıtdı”

    İlham Əliyevdən həmin hücumla bağlı paylaşım – “Məni dərindən sarsıtdı”

    “Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı”.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə Dövlət başçısı vurğulayıb.

    Mənbə

  • Tədbirdə atəş açan şəxsin kimliyi 
							 – Açıqlandı

    Tədbirdə atəş açan şəxsin kimliyi – Açıqlandı

    ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

    “Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, o, Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allendir.

    Məlumata görə, həmin şəxs polis nəzarətindədir.

    Mənbə

  • Trampın olduğu tədbirdə atışma 
							 – Anbaan video

    Trampın olduğu tədbirdə atışma – Anbaan video

    ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub.

    “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, zalda əvvəlcə güclü partlayışlar baş verib bundan sonra isə izdiham yaşanıb.

    Tədbirdə Prezident Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və Kerolayn Livitt də iştirak edib.


    Mənbə

  • Çoxmərtəbəli binalarda kombilərə icazə verilməyəcək? 
							 – Video

    Çoxmərtəbəli binalarda kombilərə icazə verilməyəcək? – Video

    Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin dövrü məhdudlaşır.

    “Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarı ilə binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.

    Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sisteminə icazə veriləcək.

    Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri – məsələn, günəş panelləri ilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər. Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu, həm də binaların vahid mərkəzdən və daha təhlükəsiz qızdırılması deməkdir. Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır.

    Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq.

    Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

    Mənbə

  • Zaur Kamal efirə qayıdacağını demişdi, ARB təkzib etdi 
							 – Yenilənib

    Zaur Kamal efirə qayıdacağını demişdi, ARB təkzib etdi – Yenilənib

    ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal yenidən efirə qayıdacaq.

    “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələlik bəlli olmayan proqramla efirə çıxacaq.

    Teleaparıcının “Həmin Zaur” layihəsinin adı dəyişdirilərək, başqa adla təqdim ediləcək.

    Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb. Buna səbəb kimi həmin proqramların bayağılığı və etik normalara uyğunsuzluğu göstərilib.

    ***

    ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Zaur Kamalın açıqlamasını təkzib edib:

    “Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”.

    ***

    Zaur Kamal efirə qayıdacağına dair paylaşım etsə də, təkzibdən sonra həmin paylaşımı instaqram hesabından silib.

    Mənbə

  • Pezeşkian əhaliyə 
							 – Çağırış etdi

    Pezeşkian əhaliyə – Çağırış etdi

    İran Prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının azaldılması üçün əhaliyə çağırış edib.

    “Qafqazinfo” xəbər verir ki, Pezeşkian bunu Tehran şəhərində İdman və Gənclər Nazirliyinə səfəri zamanı jurnalistlərə açıqlamasında səsləndirib.

    “Cəbhə xəttində olan əziz xalqımızdan sadə xahişimiz var: elektrik istehlakını azaldın. Evdə on lampanı yandırmaq əvəzinə, ikisini yandırın. Bunun nə problemi var?”, – deyə o bildirib.

    Onun sözlərinə görə, bu cəhdlər ölkə daxilində narazılıq yaratmağa yönəlib və əhali buna imkan verməməlidir.

    Müraciət ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının İslam Respublikasının iqtisadi dəhlizlərinə və enerji sisteminə təzyiq göstərdiyi bir vaxtda gündəmə gəlib.

    Mənbə

  • Trampdan sonra kim prezident olacaq? 
							 – Adlar

    Trampdan sonra kim prezident olacaq? – Adlar

    Amerikanın “Politico” nəşri ABŞ dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində ən güclü namizədlərdən biri kimi təqdim edib.

    “Qafqazinfo” xəbər verir ki, Ağ Evə yaxın mənbələr Rubionu xarici münaqişələrin həllindəki effektiv yanaşması və siyasi manevr qabiliyyətinə görə “ciddi fiqur” hesab edirlər.

    Nəşr yazır ki, xüsusilə Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması istiqamətindəki fəaliyyəti və Donald Trampa sarsılmaz sadiqliyi onun MAGA (Amerikanı Yenidən Böyük Edək) hərəkatı daxilindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

    Xatırladaq ki, bir müddət əvvəl keçmiş vitse-prezident Kamala Harrisin də 2028-ci ildə yenidən şansını sınayacağı barədə məlumatlar yayılmışdı. “The Washington Post” qəzeti isə prezident postu üçün daha bir sürpriz namizədin adını açıqlayacağını bildirib.

    Mənbə

  • XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

    XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

    Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

    O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

    2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

    2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpasına gətirib çıxarmışdır. “Qovulma” iddiaları erməni sakinlərə yenidən inteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təqdim edildiyi faktını görməzlikdən gəlir.

    Xüsusilə narahatedici hal odur ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzlikdən gələrək birtərəfli yanaşmaları təşviq edir.

    Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir”.

    Xatırladaq ki, mer Mamdani “X” hesabında 1915-ci il hadisələrini “soyqırımı” kimi xarakterizə etməklə yanaşı, Azərbaycanın öz suveren ərazilərini azad etməsini “ermənilərin qovulması” kimi qələmə verərək birtərəfli ittihamlar səsləndirmişdi.

    Mənbə