Category: Manşet

  • “Avropanın ən güclüsüyük” 
							 – Mikayıl Cabbarovdan təbrik

    “Avropanın ən güclüsüyük” – Mikayıl Cabbarovdan təbrik

    Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi millisini təbrik edib.

    “Qafqazinfo” xəbər verir ki, qurum rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

    M.Cabbarov komandamızı Avropanın ən güclüsü adlandırıb: “Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir.

    Mənbə

  • Bir zamanlar hamı buradan qaçmaq istəyirdi, indi qalmaq üçün pul verirlər 
							 – Fotolar

    Bir zamanlar hamı buradan qaçmaq istəyirdi, indi qalmaq üçün pul verirlər – Fotolar

    Qlobal turizm sənayesində son illərdə diqqətçəkən yeni istiqamətlərdən biri tarixi məkanların yenidən funksionallaşdırılmasıdır. Bu çərçivədə ən maraqlı və qeyri-adi tendensiyalardan biri bir vaxtlar məhkumların saxlanıldığı həbsxanaların lüks hotellərə çevrilməsidir. “Xilas edilmiş qalıqlar” (“Salvaged stays”) kimi tanınan bu yanaşma sərt və qapalı məkanları müasir komfort və estetiklə birləşdirərək, turistlərə həm tarixi, həm də emosional baxımdan fərqli təcrübə təqdim edir.

    “Qafqazinfo” xəbər verir ki, bir vaxtlar azadlığın məhdudlaşdırıldığı, soyuq daş divarları və dəmir barmaqlıqları ilə tanınan bu binalar bu gün yüksək səviyyəli xidmət, dizayn və komfortla seçilən turizm obyektlərinə çevrilir.

    Bu cür məkanlar yalnız qalmaq üçün yer deyil, həm də ziyarətçilərə keçmişlə canlı təmas imkanı yaradan mədəni mühit kimi təqdim olunur.

    1918-ci ildə tanınmış memar Kəmaləddin bəy tərəfindən inşa edilən bina uzun müddət həbsxana kimi fəaliyyət göstərib. Burada Nazim Hikmət və Orxan Kamal kimi ədiblər saxlanılıb və onların bəzi məşhur əsərləri məhz bu divarlar arasında yazılıb. 1996-cı ildə əsaslı bərpadan sonra hotel kimi fəaliyyətə başlayan bina bu gün tarixi elementləri qorumaqla yanaşı, müasir lüks xidmətlər təqdim edir.

    Yaponiyanın Nara şəhərində yerləşən keçmiş yetkinlik yaşına çatmayanlar üçün həbsxana isə “Hoshinoya Nara” adı ilə hotelə çevrilib.

    1908-ci ildə tikilən və 2017-ci ilə qədər fəaliyyət göstərən bina sonradan mədəni irs elan olunub. Layihə çərçivəsində orijinal memarlıq xüsusiyyətləri qorunub saxlanılıb, eyni zamanda müasir dizayn elementləri ilə zənginləşdirilib. Hoteldəki otaqlar bir neçə kameranın birləşdirilməsi ilə yaradılıb, ərazidə isə həbsxananın tarixini əks etdirən muzeyin fəaliyyət göstərməsi planlaşdırılır.

    Almaniyanın Offenburq şəhərində yerləşən “Liberty Hotel” də bu konsepsiyanın uğurlu nümunələrindəndir.

    XIX əsrdə siyasi məhbuslar üçün nəzərdə tutulmuş bina 2017-ci ildə hotel kimi yenidən açılıb. Burada keçmişə istinad edən detallar – kamera qapıları və “Wasser & Brot” adlı restoran konsepti saxlanılıb.

    ABŞ-nin Boston şəhərində yerləşən tarixi Çarlz Küçəsi həbsxanası da bu tendensiyanın bir hissəsidir və bu gün “The Liberty Hotel” kimi fəaliyyət göstərir.

    1851-ci ildə inşa edilən bina 1990-cı ilə qədər həbsxana kimi istifadə olunub. Daha sonra hotelə çevrilən kompleksdə orijinal memarlıq elementləri, o cümlədən, dəmir barmaqlıqlar və kameralar qorunub saxlanılıb.

    Avstraliyada yerləşən keçmiş “Pentridge” həbsxanası isə genişmiqyaslı transformasiya nümunəsidir. Ərazidə fəaliyyət göstərən “The Interlude” adlı butik hotel bir neçə kameranın birləşdirilməsi ilə yaradılmış suit otaqları ilə seçilir.

    Kompleksdə həmçinin restoranlar, əyləncə məkanları və sağlamlıq zonaları mövcuddur.

    Keçmiş həbsxanaların lüks hotellərə çevrilməsi müasir turizmdə fərqli və diqqətçəkən istiqamətlərdən biri kimi formalaşıb. Bu məkanlar ziyarətçilərə həm tarixə səyahət, həm də yüksək səviyyəli istirahət imkanı təqdim edir.

    Mənbə

  • Klubdan qovulan Elvindən ironiyalı paylaşım 
							 – Foto

    Klubdan qovulan Elvindən ironiyalı paylaşım – Foto

    Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev “Qarabağ”ın dramatik mübarizə ilə əldən verdiyi kubok matçından sonra ironiyalı paylaşım edib.

    “Qafqazinfo” xəbər verir ki, başabaş gərginliklə keçən “Sabah”- “Qarabağ” oyunu bitən kimi Elvin sosial şəbəkə hesabında özününün idman zalından fotosunu paylaşıb.

    Xatırladaq ki, “Qarabağ”ın əsas heyətdən uzaqlaşdırılan Elvini satışa çıxardığı haqda xəbərlər yayılmışdı.

    Mənbə

  • “Sabah” finalda! 
							 – Video-Yenilənib

    “Sabah” finalda! – Video-Yenilənib

    Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. 

    “Qafqazinfo” xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq.

    “Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

    Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu

    22 aprel “Sabah” – “Qarabağ”

    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

    “Bank Respublika Arena”, 20:00. İlk oyun – 2:2.

    ***

    Komandaların start heyətləri açıqlanıb:

    “Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

    Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

    Baş məşqçi: Valdas Dambrauskas

    “Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran

    Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali

    Baş məşqçi: Qurban Qurbanov

    ***

    Matç başladı.

    ***

    Baş hakim oyunun 35-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərir.

    ***

    Leandro Andrade 40-cı dəqiqədə meydanı tərk edir. Koxalskinin yerinə Fabian Buntiç qapını qoruyacaq.

    ***

    İlk hissə başa çatdı.

    ***

    İkinci hissə başladı.

    ***

    Matçın 50-ci dəqiqəsində Aleksey İsayev hesabı açsa da, ofsayd səbəbilə qol qeydə alınmır.

    ***

    Kamilo Duran 59-cu dəqiqədə fərqlənir.

    ***

    Velko Simiç 78-ci dəqiqədə hesabı bərabərləşdirir. Ümumi hesab 3:3-dür.

    ***

    “Sabah” hesabda önə keçir. Patrik Mbina 88-ci dəqiqədə komandasındakı qolunu vurur.

    ***

    Patrik Mbina 93-cü dəqiqədə növbəti dəfə fərqlənsə də, ofsayd səbəbilə qol qeydə alınmır.

    ***

    “Sabah”ın legioneri Con Ley Mikelsin 94-cü dəqiqədə vurduğu qol da, ofsayd səbəbilə qeydə alınmır.

    ***

    Matç 2:1 “Sabah”ın qələbəsi ilə başa çatır. Masazır təmsilçisi ümumi hesabda 4:3 qələbə qazanaraq Azərbaycan Kubokunda finala yüksəlir. Onun finaldakı rəqibi Zirə” olacaq.









    Mənbə

  • Səkinə Sadıxova da işdən çıxarıldı

    Səkinə Sadıxova da işdən çıxarıldı

    Aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib.

    Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

    Mənbə

  • 30 il əvvəl törədilən qətlin üstü açıldı 
							 – İki nəfər həbs edildi

    30 il əvvəl törədilən qətlin üstü açıldı – İki nəfər həbs edildi

    Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

    Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

    22 aprel 2026-cı il tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

    Mənbə

  • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular

    General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular

    Dövlət Gömrük Komitəsində və tabeliyində fəaliyyət göstərən Azərterminalkompleks Birliyində maliyyə və uçot pozuntuları aşkarlanıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının audit hesabatında qeyd olunub.

    Hesabatda yazılıb ki, 2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından, müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, “hesabın möhkəmləndirilməsi” adı altında Birliyin bank hesabına yönəldilib. Bu da büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və xəzinədarlıq qaydalarının pozulması deməkdir. 

    Digər pozuntu isə Komitənin Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının tikintisi ilə bağlı müəyyən edilib.

    Belə ki, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarda kapitallaşdırılmalı olan dəyər 17 milyon 988,8 min manat olduğu halda, maliyyə uçotu sənədlərində bu məbləğ 2 milyon 733,9 min manat az əks etdirilib.

    Binanın tikintisi üzrə əvvəlki təchizatçılarla bağlanmış müqavilələrin icra olunmayan hissəsinə görə sonrakı təchizatçı ilə bağlanılmış müqavilələrin tərkibində iki müqavilə üzrə bəzi işlərin qiymətləri də artırılıb. Nəticə olaraq xərclər şişirdilib.

    Həmçinin yeni binanın dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaka amortizasiya xərclərinin hesablanmasına yol verilib.

    Qeyd edək ki, “Azərterminalkompleks” Birliyinin direktoru general-mayor Kənan Aşurludur. Ondan əvvəlki direktor Ehtiram Xəlilov isə bir neçə il əvvəl böyük yeyinti ittihamı ilə həbs edilmişdi.

    Birlik DGK-nin ən gəlirli qollarından biri hesab olunur. Amma hüquqi statusu dövlət qulluğunun xüsusi növündən fərqlənir, daha çox təsərrüfat fəaliyyəti həyata keçirir.

    Sail Ağasəlim

    Mənbə

  • TƏBİB sədri onları da işdən çıxardı 
							 – Yenilənib

    TƏBİB sədri onları da işdən çıxardı – Yenilənib

    Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.

    “Qafqazinfo” xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.

    “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib.

    ***

    Konkret.az-ın məlumatına görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad olunub.

    M. Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.

    Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.

    Mənbə

  • “Kristal”dan şad xəbər 
							 – Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxarıldı

    “Kristal”dan şad xəbər – Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxarıldı

    Mənzil sahibi olmaq istəyənlər üçün gözlənilən fürsət gəldi! “Kristal”ın “Biləcəri” layihəsində tam təmirli, yeni mənzillər satışa çıxarıldı!

    Sən də metroya yaxın, tam təmirli mənzil sahibi olmaq, üstəlik bunu 20% ilkin ödənişlə əldə etmək istəyirsənsə, “Biləcəri”də möhtəşəm fürsət səni gözləyir.

    “Biləcəri” layihəsi yerləşdiyi ərazi ilə xüsusi üstünlük yaradır. Kompleks “Avtovağzal” metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya bu qədər yaxın olmaq sənə gündəlik həyatında vaxt qazandırır, ictimai nəqliyyatdan rahat və sürətli istifadə imkanı yaradır.

     

    Kompleks tam təmirli mənzillə yanaşı, tam bir kompleks həyat tərzi təqdim edir. Həyətində geniş park, uşaqlar üçün meydança və uşaq bağçası mövcuddur. Yaxınlıqda yerləşən 2 saylı tam orta məktəb isə ailələr üçün əlavə rahatlıq yaradır. Yeraltı dayanacaq avtomobillərin təhlükəsizliyini təmin edir, mühafizə xidməti və kamera nəzarət sistemi isə sənin və ailənin təhlükəsizliyini qoruyur. Burada yaşayaraq evindən uzaqlaşmadan bir çox gündəlik ehtiyaclarını rahatlıqla həll edə biləcəksən.

    Mənzillər sakinlərə tam təmirli və bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil veriləcək. Səs və istilik izolyasiyası isə komfortu daha da artırır. “Kristal” mənzillərin yalnız sahəsinə deyil, düzgün planlanmasına da xüsusi önəm verir. Buna görə də hər bir mənzil optimal və itkisiz planlama ilə inşa edilib ki, sən evində maksimum rahatlıq hiss edəsən.

    Biləcəridə yaşıllığın əhatəsində öz evinə sahib olmaq üçün indi ən doğru zamandır. Fürsəti qaçırma, satış ofisinə yaxınlaş və yeni həyatına ilk addımı at!

    Ətraflı: *1544
    Ünvan: Biləcəri qəsəbəsi, X.Natəvan küç 52C
    kristal.az

    Mənbə

  • Alena Əliyeva konsertdə 
							 – Fotolar

    Alena Əliyeva konsertdə – Fotolar

    Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Beynəlxalq Rəqs Gününə həsr olunmuş Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib.

    “Qafqazinfo” həmin paylaşımı təqdim edir:













    Mənbə