Category: Manşet

  • Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

    Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

    Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.

    “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

    Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

    Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

    Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

    Mənbə

  • Sabah metroda qatarlar gecikəcək 
							 – Araşdırmalar gedir

    Sabah metroda qatarlar gecikəcək – Araşdırmalar gedir

    Sabah Bakı metrosunda qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.

    “Qafqazinfo” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, aprelin 21-də baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir.

    Hadisənin ilkin qiymətləndirməsi həyata keçirilib, müvafiq texniki və təşkilati yoxlamalar aparılır.

    İntervallar:

    “Əhmədli–28 May” – 2 dəqiqə 30 saniyə

    “28 May–Dərnəgül” – 5 dəqiqə

    “28 May–İçərişəhər” – 5 dəqiqə

    Digər istiqamətlər üzrə hərəkət cədvəlləri keçid vasitəsilə tanış ola bilərsiniz.

    Mənbə

  • Saleh Məmmədov 1 ilə 176 milyon artıq vəsait xərcləyib 
							 – Rəsmi

    Saleh Məmmədov 1 ilə 176 milyon artıq vəsait xərcləyib – Rəsmi

    Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

    “Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilib.

    Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

    Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

    Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

    Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

    Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

    Xatırladaq ki, Saleh Məmmədov 2017-2026-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri olub.

    Mənbə

  • Qatar yoluna düşüb ölən 22 yaşlı gənc imiş

    Qatar yoluna düşüb ölən 22 yaşlı gənc imiş

    Bu gün metronun “28 May” stansiyasında qatar yoluna düşərək həlak olan şəxsin kimliyi məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxsin 2004-cü il təvəllüdlü Ağayev Elnur İlqar oğlu olması müəyyənləşib.

    Onun hansı şəraitdə qatar yoluna yıxılması və digər detallar araşdırılır.

    Mənbə

  • Bakı metrosunda günün ikinci hadisəsi 
							 – Sərnişin həlak oldu

    Bakı metrosunda günün ikinci hadisəsi – Sərnişin həlak oldu

    Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

    “Qafqazinfo” xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

    İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

    Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

    Xatırladaq ki, bu gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır. Hadisə zamanı 2 qadın xəstəxanalıq olub.

    ***

    “İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.

    Mənbə

  • “Son zəng” bu tarixdə keçiriləcək

    “Son zəng” bu tarixdə keçiriləcək

    Bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

    Mənbə

  • Həmin 15 yaşlı məktəbli saxlanıldı

    Həmin 15 yaşlı məktəbli saxlanıldı

    Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.

    DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.

    Davam etdirilən tədbirlərlə paylaşımı edən həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

    Mənbə

  • Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək 
							 – Fərman

    Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman

    Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Fərmana əsasən, ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

    Mənbə

  • Bakı məktəbindəki təhdidlə bağlı 
							 – Açıqlama

    Bakı məktəbindəki təhdidlə bağlı – Açıqlama

    Aprelin 18-də axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

    “Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məsələ ilə bağlı məktəb tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.

    “Bu səbəbdən 20 və 21 aprel tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, – məlumatda bildirilib.

    Xəbəri rus dilində oxuyun: Школа №87 обратилась в органы из-за угроз в соцсетях

    Qeyd edək ki, yayılan iddialarda məktəbin bir şagirdi müəllim və şagirdlərin həyatına təhdidlə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində valideynlər övladlarını məktəbə göndərməkdə tərəddüd edirlər.

    Mənbə