Author: wpadmin

  • QHT-lər Zəngilandakı həmin dəqiqədən danışır

    QHT-lər Zəngilandakı həmin dəqiqədən danışır

    Prezident İlham Əliyevin Zəngilanda 44 günlük Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev ilə təsirli söhbəti ictimaiyyət arasında bir daha dövlətin şəhid ailələrinə qayğısı kimi yüksək qiymətləndirilib. 

    “Qafqazinfo” xəbər verir ki, Prezidentin nümunəvi davranışı bütün şəhid ailələrinə ehtiram kimi şərh edilib.

    “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev:

    Prezident İlham Əliyevin Zəngilanda qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə görüşünü dəfələrlə izlədim. Dövlət davranışı belə anlarda görünür. Çünki şəhid ailəsinə hörmət təkcə orden verməklə ölçülmür. Yaşlı insana ehtiram da təkcə tribunadan deyilən sözlə olmur. Bəzən bir baxış, bir davranış hamısından daha çox şey deyir. Bu formal münasibət, “protokol reaksiyası” deyildi… Dövlətin öz şəhidinə səmimi, həssas, duyğulu münasibəti idi… Dövlət öz şəhidinin atasının qarşısında, şəhid atası isə dövlətinin qarşısında məğrur, səmimi dayanmışdı.

    Prezident bir daha göstərdi, şəhidlərin valideynləri, ailə üzvləri bu dövlət üçün sıradan insanlar ola bilməz. O insanlar bu torpağın hansı qiymətə geri qayıtdığını yaxşı bilirlər və bu dəyəri hər gün öz həyatlarında daşıyırlar.

    Prezident bir daha göstərdi, dövlət öz torpağına qayıdan insanı necə qarşılayır, şəhid atasına necə yanaşır, ağsaqqalın qarşısında necə davranır.

    Dövlət başçısının münasibəti, davranışı daha bir mesaj idi. Dövlət başçısı yaşlı insana necə yanaşırsa, məmur da onu görür. Şəhid ailəsinin yanında necə dayanırsa, cəmiyyət də onu yadda saxlayır.

    Dövlət başçısı bir daha göstərdi ki, ölkəmizdə şəhid ailəsinə ehtiram da, yaşlı insana hörmət də təkcə ənənə deyil, dövlət davranışının özüdür”.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova:

    “Bu gün qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə cənab Prezidentimizin arasındakı görüşü izləyəndə həm kövrəldim, həm də özümüzü əmin hiss etdim.

    Şəhidimizin anası erkən rəhmətə gedib, atası Əli müəllim onu çox çətinliklə,köçkünçülük həyatı ilə böyüdüb. Amma qəhrəman yetişdirib. Samir üzünü belə görmədiyi Vətən torpağı, yurd yeri üçün igidliklə döyüşüb, şəhidlik zirvəsinə ucalıb.

    Atanın çəkdiyi əziyyətlər, əzizlərinin itkisi,əzabı onun simasından hiss olunur. Cənab Prezidentin onun kədərini, ağrısını hiss etməsi,qayğı göstərib narahat olması mənəvi cəhətdən bizə əminlik göstəricisidir. Hər bir kəs şəhid adına sayğı,ehtiram, şəfqət nümayiş etdirməlidir.

    Çünki bu gün üzərində qürurla gəzdiyimiz o torpaqların azadlığını o belibükük Ataların kədərinə, o gözüyaşlı Anaların həsrətinə borcluyuq.Vətən elə o Atalardan, Analardan başlayır!

    Cənab Prezident bu dəyəri hiss edir, qoruyur və keşiyində durur!

    Hər kəs də nümunə götürməli!”

    “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova:

    “Cənab Prezidentin qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə görüşü məni də bir şəhid anası olaraq həqiqətən çox duyğulandırdı. Onsuz da cənab Prezident hər zaman şəhid ailələrinə xüsusi qayğı göstərir. İlk və ən vacib tapşırığı da şəhid ailələrini daim diqqətdə saxlamaq, onlara hörmət etmək, problemlərinin həllində köməklik göstərməkdir. Belə bir münasibət bizim üçün çox önəmli və ən böyük təskinlikdir. Vətəni, torpağı övladlarına sevdirən, lazım gələrsə, uğrunda can verməyi öyrədən valideynlər qarşısında baş əyirəm. Cənab Prezidentin bu addımı bizim arxamızda uca dağ qədər möhkəm dayağımız olduğunun bariz nümunəsidir”.

    “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova:

    “Kaş, hamı cənab İlham Əliyev kimi şəhidlərimizə və ailələrinə dəyər versin. Təşəkkür edirik”.

    “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Səfiyar Behbudovun bacısı Naibə Behbudova:

    “Prezidentimizin hər zaman şəhid ailələrinə qayğı və diqqəti hər kəsə məlumdur və bunlar danılmazdır”.

    Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli:

    “Dövlət başçısı bir daha nümunə göstərdi. Şəhid ailələrinə və müharibə veteranlarına diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər bir vətəndaşımızın mənəvi, vətəndaşlıq borcudur. Dövlət hər zaman Şəhidlərinə sahib çıxır və çıxacaq. Allah Şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Allah Qazilərimizə can sağlığı versin, uzun ömür nəsib eləsin! ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!”

    “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu:

    “Çox gözəl, həm də təsirli səhnə idi. Əslində cənab Prezidentimizin dəfələrlə belə alicənab, ibrətamiz, nümunəvi davranışı olub. Şəhidlərimizin ruhu daima şad olsun! Ali Baş Komandanımız başda olmaqla Allah ordumuzu qorusun!”

    “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova:

    “Dövlət başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər birimiz üçün həm qürur, həm də mənəvi dayaqdır. Şəhid əmanətinə sahib çıxmaq hər kəsin vicdan borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Oxuyanda insanın ürəyi sızlayır… Şəhid ailələrinin çəkdiyi ağrı sözlə ifadə olunmur. Samir kimi qəhrəmanların və onları böyüdən valideynlərin qarşısında hər zaman baş əyirik!”

    “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli:

    “Dövlət başçısı bir daha göstərdi ki, ölkəmizdə şəhid ailəsinə ehtiram da, yaşlı insana hörmət də təkcə ənənə deyil, dövlət davranışının özüdür. Bu hamıya nümunə olmalıdır”.

    “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva:

    “Cənab Ali Baş Komandanın Şəhid ailələrinə diqqət və qayğısı hər birimizə nümunədir. Şəhidlərin ruhu şad məkanı cənnət olsun”.

    “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva:

    “Çox təsirli və qürurverici görüş idi. Şəhid ailələrinin yaşadığı ağrını sözlə ifadə etmək çətindir, amma onların yanında olmaq hər birimizin mənəvi borcudur. Əli müəllimin həyat yolu böyük fədakarlıq və Vətən sevgisinin nümunəsidir. Cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və həssas münasibət insanlarda dövlətə və gələcəyə inam yaradır. Bu torpaqlar şəhidlərimizin qanı və valideynlərinin duaları hesabına azaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin”.

    “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni:

    “Müzəffər Ali Baş Komandan hər zaman şəhidləri və şəhid ailələrini yüksək dəyərləndirib, diqqət və qayğı ilə onları əhatə edib və bununla da hər məmura böyük örnək göstərib. Cəmiyyətimiz də bunu hər zaman yüksək qiymətləndirib”.

    Mənbə

  • Atasının Prezidentlə söhbəti gündəm olan 
							 – Şəhid Samirin döyüş yolu

    Atasının Prezidentlə söhbəti gündəm olan – Şəhid Samirin döyüş yolu

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarını təqdim edərkən Vətən Müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə təsirli söhbət edib.

     “Qafqazinfo” bu məqamda şəhid Sarıyev Samirin keçdiyi döyüş yolunu bir daha xatırladır.

    Sarıyev Samir Əli oğlu 1993-cü il 11 noyabrda Şirvanda dünyaya gəlib.

    23 oktyabrda Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

    Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib. 

    Mənbə

  • Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət 
							 – Video

    Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət – Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

    “Qafqazinfo” xəbər verir ki, açarların təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə Dövlət başçısı arasında təsirli söhbət olub.

    Prezident özünü yaxşı hiss etmədiyini bildirən şəhid atasını yola salmaq üçün ayrıca göstəriş verib.

    Qeyd edək ki, Sarıyev Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

    Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib. 


    Mənbə

  • Bugünkü qəzada həyatını itirən hərbçilərin 
							 – Fotoları

    Bugünkü qəzada həyatını itirən hərbçilərin – Fotoları

    Xəbər verdiyimiz kimi, bu gün Ağdam rayonunda ölümlə nəticələnən qəza baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, qəza 4 hərbçi həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

    Qəzada həlak olanlar leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu, Abbasov İsmayıl Abdulla oğludur.

    Mənbə

  • Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi

    Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi

    Slovakiya Baş naziri Robert Fitso ötən gün Rusiyaya səfərindən qayıdarkən cari ayda Moskvaya, İrəvana və Bavariyaya səfərlərinin yekunlarına dair xüsusi hökumət təyyarəsindən yaydığı videoda ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb. 

    “Qafqazinfo” xəbər verir ki, bu zaman o, Azərbaycan dövlət başçısının Avropa Parlamenti ilə bağlı mövqeyini qeyd edərək bildirib:

    “Yeri gəlmişkən, İrəvanda bu dəfə Azərbaycan Prezidentindən ölkə əleyhinə qəbul edilən müxtəlif bəyannamə və qətnamələrə görə Avropa Parlamentini sərt tənqid edən suveren xarici siyasət nümunəsinin şahidi oldum. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi – bizim isə belə problemlərimiz kifayət qədər çoxdur. 

    Mənbə

  • Xıdırlıda ağır qəza 
							 – 4 ölü, 1 yaralı

    Xıdırlıda ağır qəza – 4 ölü, 1 yaralı

    Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Çuxurməhlə kəndi ərazisində qeydə alınıb.

    Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.

    Ölən şəxslərin hərbçi olduqları bildirilir.

    FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Qəzada ölən şəxslərin adları məlum olub.

    Onlar – leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu, Abbasov İsmayıl Abdulla oğludur.

    Ziya Əmirxanlı


    Mənbə

  • “Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” 
							 – Prezident

    “Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” – Prezident

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

    “Qafqazinfo”nun məlumatına görə, kənd sakinləri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

    Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, – Arazboyu bölgəsində, – bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.

    Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.

    Kişi sakin: Dünya da bizi tanıdı.

    Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.

    Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.

    Kişi sakin: Bəli, son 200 ildə.

    Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

    Sakinlər: Sağ olun.

    Mənbə

  • Mehriban Əliyeva Zəngilandan paylaşım etdi 
							 – Fotolar

    Mehriban Əliyeva Zəngilandan paylaşım etdi – Fotolar

    Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Zəngilan rayonunun təbiəti ilə bağlı paylaşım edib.

    “Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

    “Zəngilan təbiətinin inanılmaz gözəlliyi”.




    Mənbə

  • Meloni Bakı səfərində bu avtomobildən istifadə edib 
							 – Video

    Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

    İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakı səfəri vaxtı istifadəsinə verilən avtomobil nümayiş etdirilib.

    “Qafqazinfo” xəbər verir ki, sözügedən avtomobilin görüntülərini AZTV yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

    Mənbə

  • “Qarabağlar” və “Dilbazlar” yarışdı 
							 – Fotolar

    “Qarabağlar” və “Dilbazlar” yarışdı – Fotolar

    Binə Atçılıq Mərkəzində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ənənəvi atçılıq yarışları təşkil olunub.

    “Qafqazinfo” xəbər verir ki, yarışlarda dövlət və ictimaiyyət nümayəndələri, atçılıq üzrə mütəxəssislər, atsevərlər və çoxsaylı tamaşaçılar iştirak edib.

    Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş yorğa atları arasında keçirilən mübarizədə Respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 80-ə yaxın yorğa atı 12 müxtəlif məsafə üzrə öz gücünü və sürətini nümayiş etdirib.

    Milli sərvətimiz hesab olunan Qarabağ və Dilbaz atları arasında təşkil edilən cıdır yarışları zamanı Azərbaycanın qədim atçılıq mədəniyyətinin canlı nümunəsi olan bu atların nümayiş etdirdiyi çeviklik, sürət və zəriflik yarışlara xüsusi rəng qatıb.

    Milli atçılıq ənənələrinin yaşadılması, Azərbaycan atçılıq məktəbinin inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verən Atçılıq Federasiyasının təşkil etdiyi yarışlar böyük maraq və vətənpərvərlik ruhunda başa çatıb.

    Tədbirin yekununda yarışların cari mövsümün ilk yarışları olduğu bildirilib, il ərzində müxtəlif məsafələr və kateqoriyalar üzrə daha bir neçə yarışın keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.

    Keçirilmiş yarışların nəticələrinə əsasən:

    – 1 000 metr məsafədə, 3 yaşında Qarabağ atları arasında cıdır yarışı – “Semum” ləqəbli atla Sadiq Azayev;

    – 1 000 metr məsafədə, 3 yaşında Dilbaz atları arasında cıdır yarışı –  “Silver” ləqəbli atla Ramal Əliyev;

    – 1 400 metr məsafədə, 4 yaşında Dilbaz atları arasında cıdır yarışı – “Tomris” ləqəbli atla Azər Əliyev;

    – 1 600 metr məsafədə, 5 yaş yuxarı Qarabağ atları arasında cıdır yarışı – “Xatun” ləqəbli atla Rauf Tahirov qalib olub.

    Sonda qaliblərə ARAF-ın diplom, pul mükafatı və kubok təqdim olunub.

    Qaliblərə mükafatı Azərbaycan Atçılıq Federasiyasının baş katibi Samir Abasquliyev təqdim edib.

    Azərbaycan Atçılıq Federasiyasının at yarışları üzrə departament müdiri Elnarə Musayeva yarış barədə fikirlərini bildirib: “Bu gün biz atçılıq mərkəzində toplaşmışıq. Burada Ulu Öndərimiz Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş yarış keçirilir. Həmən bu yarış həm yorğa atların yarışıdır, həm də cıdır yarışlarıdır. Öncə yorğa atların yarışı olacaq, ondan sonra cıdıra keçəcəyik. Azərbaycanın bütün bölgələrindən 80-ə yaxın yorğa atlar yarışa qatılıb və ümumilikdə 12 məsafə üzrə yarışacaqlar. Ondan sonra isə biz artıq “Qarabağlar” və “Dilbazlar” atları arasında cıdır yarışlarına keçəcəyik. Orada da ümumilikdə 4 yarış keçiriləcək. Siz də gördüyünüz kimi, yarışa çox böyük maraq var və ümumilikdə atçılıq idmanı bizim ölkəmizdə inkişaf edir. Çox böyük maraq var bu idmana və get-gedə də artır. Gördüyünüz kimi, bütün bölgələrdə inkişaf edir və biz bu istiqamətdə böyük addımlar atırıq.

    Federasiya rəsmisi iyunda ayında Azərbaycanda keçiriləcək  çövkən üzrə dünya çempionatından da danışıb: “Çövkən bizim milli oyunumuzdur və iyun ayında bu növ üzrə Azərbaycanda dünya çempionatı keçiriləcək. Artıq hazırlığa başlanılıb və bu istiqamətdə böyük addımlarla irəliləyirik. Hazırda yığma komandanın formalaşması üzərində iş gedir. Ən güclü idmançılarımız toplaşıb və baş məşqçi rəhbərliyi altında məşqlər davam etdirilir. Ümidvarıq ki, çox gözəl bir tədbir keçiriləcək”.

    Azərbaycan Atçılıq Federasiyasının yorğa atların yarışlarının təşkilatçısı Elman Allahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, yarışlara rəsmi olaraq 2019-cu ildən Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə başlanılıb: “Bu gün də Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş yarış keçiririk. Ümumilikdə respublikanın bütün bölgələrindən 80-ə yaxın at iştirak edir. Yarışlar 12 məsafə üzrə keçiriləcək.

    Əvvəllər 20-30 at iştirak edirdisə, indi artıq 80-ə yaxın at olur. Yəni yarışlara çox böyük maraq var, atçılığa maraq gündən-günə artır”.

    FOTO: Xəyal Vəlizadə

























    Mənbə