Author: wpadmin

  • Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi 
							 – Foto

    Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi – Foto

    Dünən həbs edilən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qızının anası Fidan Abbasova bu gün sərbəst buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

    Yuxarı instansiya şikayəti dərhal icraata götürüb və həbs qərarının əsassız olduğunu elan edib.

    Xəbəri rus dilində oxuyun: Суд освободил задержанную днем ранее Фидан Аббасову – ФОТО

    Fidanın hüquqlarının müdafiəsinə isə tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Məhkəmə sonrası açıqlama verən vəkil ittihamı onsuz da qəbul etmədiklərini, şikayətlərinin qəbul ediləcəyinə inandıqlarını bildirib: “Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan 9 il əvvəl ondan hədə-qorxu ilə 200 min manat alıb. Əgər belə hal olubsa, niyə 9 il ərzində bununla bağlı müraciət etməyib? Niyə məhz atalıqla bağlı məhkəmə qərarından sonra bu iddia ortaya çıxıb? Bu qədər ziddiyyətli və sübuta yetirilməmiş iddia əsasında şəxsin həbs olunması doğru deyildi. Nəticə etibarilə məhkəmə də yekunda bizim mövqeyimizi əsaslı saydı. Fidan bir gecəlik həbsdən sonra övladının yanına qayıdır. Şübhəsiz ki, ədalət hər zaman yerini tapır”.

    Qeyd edək ki, Fidan Abbasova ilə İsmayılovlar ailəsi arasında uzun illərdir məhkəmə çəkişməsi davam edir. Məsələ ondan ibarətdir ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə bir müddət münasibətdə olublar və həmin münasibət dövründə bir uşaq dünyaya gəlib. Lakin O.İsmayılzadə uşağı qəbul etmir və səbəbi tibbi cəhətdən ata olmasının mümkün olmadığını iddia etməsi ilə əsaslandırır. Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim olunan sübutlar əsasında uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib. Bununla bağlı son məhkəmə qərarı elə bir neçə gün əvvəl elan olunub.

    Sail Ağasəlim

    Mənbə

  • Xətaidə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert proqramı 
							 – Video – Fotolar

    Xətaidə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert proqramı – Video – Fotolar

    Xətai rayonunda, Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

    “Qafqazinfo” xəbər verir ki, tədbirdə RİH başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Bildirilib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm təməl üzərində inkişaf yoluna qədəm qoyub, ölkədə siyasi sabitlik təmin edilib, iqtisadi yüksəlişə nail olunub və milli dövlətçilik ənənələri daha da gücləndirilib.

    Xüsusilə vurğulanıb ki, Ulu Öndərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində həyata keçirdiyi siyasət bu gün də öz aktuallığını qoruyur. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir.

    Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə turniriin qalibləri elan olunub və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını da daha da gücləndirir.

    Rəsmi hissədən sonra tədbir zəngin və rəngarəng konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları, sevilən müğənnilər və gənc ifaçılar tərəfindən Ulu Öndər Heydər Əliyevə, müstəqil Azərbaycana, Vətənə və qəhrəmanlıq ruhuna həsr olunmuş mahnılar səsləndirilib. Vətənpərvərlik ruhunda təqdim olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb, parkda bayram ab-havası hökm sürüb.

    Tədbirin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq gecə səmasını al-əlvan rənglərə boyayıb. Rəngarəng fişənglərin yaratdığı ecazkar mənzərə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb və bayram tədbiri yüksək əhval-ruhiyyə ilə başa çatıb.










    Mənbə

  • Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi 
							 – Yenilənib

    Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi – Yenilənib

    SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.

    Şantajla bağlı ittiham üzrə şikayətçi Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan 2017-ci ildə onlardan 200 min manat pul alıb.

    Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının O.İsmayılzadə olduğunu təsdiqləyib.

    Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.

    ***

    Fidan Abbasova barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Məlumatı onun vəkili Ceyhun Yusifov təsdiq edib.

    Vəkil deyib ki, müvəkkilinə verilmiş ittihamı əsassız hesab edirlər, qərardan apellyasiya şikayəti veriləcək.


    Mənbə

  • Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi 
							 – DTX araşdıracaq

    Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi – DTX araşdıracaq

    Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.

    “Qafqazinfo” xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub.

    Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.

    Eləcə də, Azərbaycanın müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır.

    Prezidentin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.

    Mənbə

  • Marko Yankoviçə ağır cəza 
							 – “Qarabağ” 75 minə yaxın cərimələndi

    Marko Yankoviçə ağır cəza – “Qarabağ” 75 minə yaxın cərimələndi

    “Qarabağ” klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Ağdam təmsilçisi isə 70000 manatdan çox cərimələnib.

    Qarşılaşma bitdikdən sonra “köhlən atlar”ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.

    “Qarabağ” isə oyunçunun bu hərəkəti ucbatından 25500 manat ödəyəcək.

    Ağdam klubunun qapıçısı Mateus Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.

    Həmin görüşdə “Qarabağ” azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb. Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək. Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək. Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.

    “Köhlən atlar”ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub. “Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, 5 oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.

    Bundan əlavə, “Sabah” klubu da sözügedən qarşılaşmada yaşananlara görə cərimə olunub.

    “Sabah”dan isə 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib. 

    “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilib. 

    “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cəriməyə məruz qalıb.

    Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilib. 

    “Qarabağ” ümumilikdə 74 min 500 manat cərimə ödəyəcək. 

    “Sabah” isə 12 200 manat cərimə olunub. 

    Qeyd edək ki, həmin qarşılaşmadan sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç stadionun dəhlizində baş hakim Rəvan Həmzəzadəyə hücum çəkmişdi. 

    Mənbə

  • Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu

    Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

    “Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

    Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

    O, Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

    Mənbə

  • “Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” 
							 – Fərhad Məmmədov

    “Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” – Fərhad Məmmədov

    “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında iştirak edən “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov gündəmlə bağlı sualları cavablandırıb.

    “Qafqazinfo” onunla müsahibəni təqdim edir:

    – Siz yenicə Ermənistandan qayıtmısınız, orada “İrəvan Dialoqu” forumuna qatılmısınız. Tədbirdə iştirakınız necə keçdi və əsas müzakirə mövzuları hansılar idi?

    Forumda hökumət rəsmiləri ilə yanaşı, onlarla ölkədən ekspertlər və media nümayəndələri də iştirak edirdi. İki gün ərzində təqdimatlar və müzakirələrin yer aldığı onlarla sessiya keçirildi. Əlbəttə ki, qeyri-rəsmi müzakirələr də oldu.

    Ermənistanın Baş naziri, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi forumda çıxış edərək, Ermənistanın müxtəlif mövzularla bağlı rəsmi mövqeyini təqdim etdilər.

    Azərbaycanlı ekspertlər fikirlərini sərbəst şəkildə ifadə etdilər. Qeyd etmək lazımdır ki, forumdakı xarici iştirakçılar da Azərbaycan nümayəndələrinin iştirakına maraq göstərirdilər.

    – Forumda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi necə nəzərdən keçirildi?

    – Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Ermənistanla birbaşa əlaqəli mövzularla yanaşı, əsas müzakirə mövzularından biri idi. Qeyd etmək vacibdir ki, bu yaxınlarda Ermənistanda Avropa Siyasi İcmasının zirvə görüşü keçirildi və Azərbaycan Prezidenti video bağlantı vasitəsilə tədbirdə iştirak etdi. ASİ zirvə görüşü ilə yanaşı, Fransa Prezidentinin rəsmi səfəri və ilk Aİ-Ermənistan zirvə görüşü də baş tutdu. Xüsusilə, Ukrayna Prezidentinin Rusiya hərbi bazasının yerləşdiyi Ermənistana səfərini də qeyd etmək lazımdır. Həmçinin, Ermənistanda seçki kampaniyası tezliklə başlayacaq və iyunun əvvəlində parlament seçkiləri ilə başa çatacaq. Beləliklə də, burada əsas aspektlərdən biri də Ermənistanın xarici siyasət prioritetlərinin transformasiyasıdır.

    Azərbaycanla sülh gündəliyi Ermənistana TRIPP layihəsinin həyata keçirilməsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması da daxil olmaqla, xarici siyasətini şaxələndirməyə imkan verir. Başqa sözlə, forumda müzakirə olunan bir çox mövzu Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin bərqərar olması nəticəsində aktuallaşıb. Bu, regionda yeni bir fəsildir, özü ilə bir çox transformasiyalar gətirir və yeni imkanlar açır. Bütün bunlar “İrəvan Dialoqu”nda müzakirə mövzusuna çevrildi.

    Azərbaycanlı ekspertlər öz çıxışlarında Azərbaycanın sülh gündəliyinə sadiqliyini, sülhün bərqərar olması üçün konkret addımların atılmasını qeyd etdilər və sülh gündəliyinin genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri ilə bağlı fikirlərini bildirdilər.

    – Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ankara-İrəvan danışıqları ilə bağlı açıqlamaları Azərbaycan mediasında tənqid edildi. “Ermənistan və Türkiyə arasında normallaşma prosesinə başladığımız zaman, mən erməni həmkarıma çoxsaylı təkliflər etdim və onların heç biri Türkiyəyə fayda gətirmək məqsədi daşımırdı. Mənim əsas məqsədim erməni xalqının rifahına və daha yaxşı gələcəyinə töhfə vermək idi”. Siz tədbirdə iştirak etmiş bir şəxs kimi bu bəyanatları necə şərh edərdiniz?

    – Ermənistanda keçirilən forumda həm türk rəsmiləri, həm də ekspertlər iştirak ediblər. Rəsmilər arasında xüsusi nümayəndə Serdar Kılıç və Türkiyə Xarici İşlər Nazirliyinin departament rəhbəri də olub. Sərdar Kılıçın nitqinin bu hissəsi həqiqətən də Türkiyə hökumətinin ona tapşırdığı vəzifələrə yanaşması ilə bağlı çoxsaylı suallar doğurur və ən azı qəribə görünürdü.

    Serdar Kılıç sessiyadakı çıxışında bir dəfə Vaşinqtonda keçirilən sammiti xatırladanda Azərbaycanın adını çəkmişdi. Və yalnız ABŞ-nin rolunu qeyd etmək üçün. Yəni bu bölmədə ölkənin adını çəkməmək mümkün deyildi. Serdar Kılıç və hər kəs üçün aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycan-Ermənistan sülh gündəliyi ilə paralel gedir.

    Sərdar Kılıç “üçüncü tərəflərin problemləri öz taktiki məqsədləri üçün istifadə etməyə çalışmasından narahat olduğunu” deyəndə kimə işarə edirdi?

    Onun kuluarlarda davranışı da qəribə idi. Bir neçə dəfə onunla raslaşdım, amma bir-birimizlə salamlaşıb özümü azərbaycanlı kimi təqdim etdikdən sonra Serdar Kılıç ünsiyyəti dayandıraraq çıxıb getdi. Serdar Kılıç Azərbaycan nümayəndə heyətinin iştirakından narahat kimi görünürdü və əgər bu, ondan asılı olsaydı, həmin sessiyadan azərbaycanlı iştirakçını çıxarardı. Bu, məni həqiqətən məyus etdi.

    Sərdar Kılıçın mövqeyi Ankaranın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir, çünki Türkiyənin daha yüksək vəzifəli rəsmilərindən fərqli mövqe eşidirik.

    – “İrəvan Dialoqu”nda iştirak etməklə yanaşı, siz həmçinin erməni ekspertlərlə görüşdə iştirak etmisiniz. Hansı mövzuları müzakirə etdiyinizi bizə deyə bilərsinizmi?

    – Məlum olduğu kimi, “Sülh Körpüsü” təşəbbüsü vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilir. Ermənistandan olan həmkarlar bizim Ermənsiatnda olmağımızdan istifadə edərək erməni ekspertlərlə müzakirə görüşü təşkil etdilər və buna görə onlara minnətdarıq. Bu görüş dörd saat davam etdi. Bir-birimizə sülh prosesi ilə bağlı çoxsaylı suallar verdik, maneələr və imkanlar, regional proseslər barədə fikir mübadiləsi apardıq. Konkret gündəm məsələlərini müzakirə etməklə yanaşı, “Sülh Körpüsü”nün gələcək fəaliyyəti üçün də fikirlər bildirildi. Bu müzakirələr artıq ənənə halını alır və sülh prosesini vətəndaş cəmiyyəti səviyyəsində davam etdirmək üçün fürsət yaradır.

    Mənbə

  • Sirus Təbrizliyə həsr edilən “Kəramət mücahidi” kitabının təqdimatı keçirildi 
							 – Fotolar

    Sirus Təbrizliyə həsr edilən “Kəramət mücahidi” kitabının təqdimatı keçirildi – Fotolar

    Ötən axşam mərhum deputat, jurnalist Sirus Təbrizliyə həsr olunan “Kəramət mücahidi” kitabının təqdimat mərasimi keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, “Sirius Yayın Evi”nin təşkilatçılığı ilə işıq üzü görən və mərhum yazar, jurnalist Məmməd Muradın müəllifi olduğu “Sirus Təbrizli – Kəramət mücahidi” kitabı oxuculara təqdim olunub.

    Tədbirdə ədəbiyyat və ictimaiyyət nümayəndələri, ziyalılar və tanınmış simalar iştirak ediblər. Çıxışlarda Sirus Təbrizlinin yaradıcılığı, ictimai fəaliyyəti və kitabın əhəmiyyəti barədə fikirlər səsləndirilib.

    “Atam haqqında yazılan bu kitabda əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün burada onu sevənlər, dostları və yaxınları toplaşıb. Kitabın redaktoru Kərim Kərimli, ikinci redaktoru Aynur Əlifqızı, korrektoru Fəridə Ziyadova, kitabın dizayneri Elnarə Heybətovadır. Hər birinə öz təşəkkürümü bildirirəm”. 

    Təqdimatda iştirak edən professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərov çıxışı zamanı bildirib ki, Sirus Təbrizli sənət üçün doğulmuş Azərbaycanlı idi:

    “O Təbrizdə doğulmuşdu. Sirus mənafe daşıyıcısı olmayıb, ictimai mənafe daşıyıcısı olub. Videolarda da var — Vətən üçün çalışıb, özü üçün çalışmayıb. Hətta yadımdadır, nazir olanda mikrorayonda, şəhərdən uzaq bir ərazidə yaşayırdı. Ona ev təqdim etmək istəyəndə qəbul etməmişdi. Demişdi ki, “Mən nazir seçilmişəm deyə şəhərin mərkəzinə köçməli deyiləm”.
    Bax, bu dərəcədə sadə və prinsipial insan idi. Ona görə də Azərbaycanın yeni dünyaya qoşulması üçün açıq şəkildə xidmət edib, böyük əmək sərf edib”.

    Xalq şairi Vahid Əziz çıxışı zamanı bildirib ki, istər Sirus Təbrizli, istərsə də Məmməd Muradla çox yaxın dost olublar: 

    “Allah hər ikisinə də rəhmət eləsin. Bu iki insan hər zaman yaşayacaq. Onlar haqqında bir-iki cümlə danışmaq kifayət etməz. Çünki təkcə sənətləri ilə deyil, xarakterləri, insanlara verdikləri dəyər və yaddaşlarda qoyduqları izlərlə də xatırlanırlar. Belə insanlar fiziki olaraq aramızdan getsələr də, illərlə dinlənilən xatirələrdə və insanların qəlbində yaşamağa davam edirlər”. 

    Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov çıxışı zamanı bildirib ki, hər gün görüşdüklərini bildirib:

    “O, ideyanı həyata keçirmək üçün lazım olan fəaliyyəti təşkil etməyi və onu reallaşdırmağı bacaran bir insan idi. Onun qızları bu gün bizi buraya toplayıb və bu tədbiri təşkil edib. Buna görə onlara təşəkkür edirəm”. 

    Kitab təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.

    Lamiyə Məmmədova

    Fotolar- Pərvin Zeynal









    Mənbə

  • Akif İslamzadə infarkt keçirdi 
							 – Xəstəxanadadır

    Akif İslamzadə infarkt keçirdi – Xəstəxanadadır

    Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.

    “Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, sənətkar infarkt keçirib.

    Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.

    Mənbə

  • Nazirləri bir də belə görün… 
							 – Video

    Nazirləri bir də belə görün… – Video

    Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin final mərhələsi baş tutub.

    “Qafqazinfo” xəbər verir ki, oyun Nazirlər Kabineti ilə Milli Məclis komandaları arasında keçirilib.

    Matç 6:6 hesablı heç-heçə ilə başa çatıb.

    Həmin görüntüləri təqdim edirik:

    Video: Azər İsmayıl

    Mənbə