Author: wpadmin

  • Yanan anbarlar bu şirkətlərə məxsusdur 
							 – Rəsmi – Yenilənib

    Yanan anbarlar bu şirkətlərə məxsusdur – Rəsmi – Yenilənib

    “Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. 

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

    “Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

    Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

    Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, – paylaşımda deyilir.

    Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

    ***

    Hadisə ilə bağlı “Birmarket” də məlumat yayıb. Elektron ticarət platformasının tətbiqində müştərilərə bildiriş göndərilərək, yanğın zamanı onlara məxsus anbara da zərər dəydiyi, bu səbəbdən sifariş və çatdırılmalarda gecikmələrin ola biləcəyi qeyd edilib.

    Mənbə

  • Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı 
							 – Video

    Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – Video

    Paytaxtın Nəsimi rayonu ərazisində – Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

    “Qafqazinfo” xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

    Xəbəri rus dilində oxuyun: Новая разметка в центре Баку запутала водителей – ВИДЕО

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə işlər davam etdirilir: “Paytaxtın Rəşid Behbudov küçəsində zolaqların sayı saxlanılmaqla mikromobillik zolağı təşkil edilib. Zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir. Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq. Ərazidə müvafiq nişanlar da quraşdırılacaq. Görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır.  Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı – sol tərəfdə onlar üçün ayrılan yerdə dayana bilərlər”.

    Mənbə

  • Lökbatandakı yanğın yerindən yeni 
							 – Fotolar

    Lökbatandakı yanğın yerindən yeni – Fotolar

    Xəbər verdiyimiz kimi, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopterləri də cəlb olunub. 

    Həmçinin qurumun xilasediciləri tərəfindən anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Orada yanan müxtəlif təyinatlı mallarla bağlı suallara isə yanğın tam söndürüldükdən sonra aydınlıq gələcək.














    Mənbə

  • Lökbatanda güclü yanğın başladı 
							 –  Video – Fotolar – Yenilənib

    Lökbatanda güclü yanğın başladı – Video – Fotolar – Yenilənib

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in texnika və canlı qüvvəsi cəlb edilib.

    ***

    Lökbatandakı anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, FHN tərəfindən daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

    ***

    DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

    Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

    ***

    FHN-dən bildirilib ki, yanğının söndürülməsi əməliyyatına nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

    ***

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 01:20 radələrində Mərkəzə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.






    Mənbə

  • Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq 
							 – Video

    Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq – Video

    Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

    “Qafqazinfo”nun xəbərinə görə, bu barədə “AzParking MMC”nin məlumatında bildirilib.

    Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

    Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

    Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

    Mənbə

  • 20 günün əsgəri vəfat etdi

    20 günün əsgəri vəfat etdi

    Əsgər Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.

    “Qafqazinfo” Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.

    Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir.

    ***

    Əldə etdiyimiz məlumata görə, H. Əsədov Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edib.


    Mənbə

  • Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib 
							 – Video

    Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib – Video

    “Batuwatte Chamara” ləqəbli transmilli kriminal fiqurlarından biri hesab edilən mafiya lideri və narkobaron Manoj Suranqa Azərbaycanda saxlanıldıqdan sonra Şri-Lankaya təhvil verilib.

    “Qafqazinfo” “Newswire.lk”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası DTX-nin əməliyyatla təsbit edib ələ keçirdiyi və ölkədən çıxarılan mafiya başçısını mayın 7-si Şri-Lanka hüquq mühafizə orqanının Bakıya gələn xüsusi qrupu ekstradisiya prosesini reallaşdıraraq ölkəsinə aparıb.

    48 yaşlı kriminal avtoritet mayın 10-u axşam saatlarında Hindistanın Yeni Dehli şəhəri vasitəsilə Şri-Lankaya çatdırılıb.

    Əvvəlcə Dubayda yaşasa da, təxminən bir il əvvəl isə Azərbaycana gəlib.

    Daha sonra Azərbaycanda aşkar edilərək saxlanılıb.

    Bu xəbəri rus dilində oxuyun: Задержанный в Баку главарь мафии экстрадирован в Шри-Ланку – ВИДЕО

    Şri Lanka Dövlət Kəşfiyyat Xidmətinin (SIS) mətbuata açıqlamasına görə, xüsusilə təhlükəli kriminalın tapılaraq saxlanılması əməliyyatı SIS ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti arasında birgə əməliyyat əməkdaşlığı çərçivəsində həyata keçirilib.

    Şri-Lanka polisinə görə mafiya başçısı silahlı hücumlar, sifarişli qətllər və mütəşəkkil cinayət fəaliyyətlərində ittiham olunur. Onun iri narkotika dövriyyəsi şəbəkəsinin təşkilatçısı olduğu bildirilir. İstintaqa görə, o, kristal metamfetaminin Şri-Lankaya daşınması və orada ticarət məqsədilə yayılması şəbəkəsinə rəhbərlik edib.

    Şübhəlinin Hindistandakı kriminal qruplaşmalarla münasibətlərinin olduğu da iddia olunur.

    Polis mənbələri onun təxminən 25 illik cinayət keçmişinə malik olduğunu açıqlayıb.

    Məlumata görə, o, cinayət aləminə daxil olmazdan əvvəl model kimi işləməyə səy göstərib.

    İlk dəfə qanunsuz silah qaçaqmalçılığı ittihamı ilə həbs edildikdən sonra orada yeraltı aləmə qoşulub və inkişaf edib.

    Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan beynəlxalq axtarışda olan bir sıra xarici kriminal avtoritetlərin saxlanıldığı ölkələrdən birinə çevrilib.

    Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində Hindistan və Pakistan əsilli müxtəlif cinayətkar qruplaşmaların üzvləri də məhz Bakıda tutulub.

    Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi əməliyyatlar ölkənin transmilli cinayətkarlığa qarşı mübarizədə etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

    Mənbə

  • Akif İslamzadənin vəziyyəti necədir?

    Akif İslamzadənin vəziyyəti necədir?

    Ötən həftə infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən və ürəyinə stent qoyulan Akif İslamzadənin vəziyyəti açıqlanıb.

    “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, Akif İslamzadənin ümumi vəziyyəti ağır stabil olaraq qalır.

    “Xəstənin huşu aydındır. Hemodinamik vəziyyətinə uyğun olaraq xəstə aktivləşdirilib. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”.

    Lamiyə Məmmədova

    Mənbə

  • “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi…” 
							 – Fotolar

    “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi…” – Fotolar

    “Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır”.

    Bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev “Qafqazinfo”ya təəssüratlarını danışarkən deyib:

    “Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda Prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar, tək qoymadılar, çox sağolsunlar.

    Ə. Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb:

    “Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi artıq. Amma əsgərliyini görmüşdü.

    Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım.

    Amma Zəngilanda döyüşsə də, dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi.

    Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu”.

    Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.

    Telli Minbir






    Mənbə

  • “Barselona” “Real”ı udub çempion oldu 
							 – Yenilənib

    “Barselona” “Real”ı udub çempion oldu – Yenilənib

    İspaniya çempionatının 35-ci turunda “El Klasiko” baş tutacaq.

    “Qafqazinfo” xəbər verir ki, “Barselona” və “Real” “Nou Kamp”da üz-üzə gələcək.

    Matçın start fiti saat 23:00-da veriləcək.

    ***

    Matç başladı.

    ***

    “Barselona” hesabı açdı.

    9-cu dəqiqədə Markus Reşford fərqləndi.

    ***

    “Barselona” 2-ci qolu vurur.

    Ferran Torres 18-ci dəqiqədə fərqlənir.

    ***

    İlk hissə başa çatdı.

    ***

    İkinci hissə başladı.

    ***

    Matç bitdi.

    Mənbə