Author: wpadmin

  • General Əlixanovun xanımı da vəkilliyə başladı

    General Əlixanovun xanımı da vəkilliyə başladı

    Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

    “Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

    Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.

    H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.

    Mənbə

  • Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

    Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

    Ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə paylaşım edib.

    “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında birgə çalışdığı komandaya təşəkkürünü bildirib.

    “Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun…

    Xatırladaq ki, TƏBİB-ə yeni icraçı direktor təyinatından sonra bir sıra tibb müəssisələrində rəhbərlik dəyişdirilib. Ötən gün işdən azad olunan A.Əhmədovun yerinə tanınmış pediatr Erkin Rəhimli gətirilib.

    Mənbə

  • Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

    Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni təyinatlar olub.

    “Qafqazinfo” xəbər verir ki, Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı təyin edilib.

    F.Qaraqurbanlıya 1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb. 2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və “Baku Medical Plaza”da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb. 

    R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

    1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

    2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.

    Mənbə

  • Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

    Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

    Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

    “Qafqazinfo” xəbər verir ki, E.Rəhimov 2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

    E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir. 

    Mənbə

  • Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı 
							 – Video – Yenilənib

    Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı – Video – Yenilənib

    Bakı şəhər Səbail rayonu ərazisində avtomobildən açılıb düşən ehtiyat hissə digər hərəkət iştirakçılarına təhlükə yaradıb və bir maşına ciddi zərər vurub.

    “Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntüləri Rəşad Məmmədli adlı şəxs sosial şəbəkədə paylaşıb.

    O bildirib ki, hadisə aprelin 27-si Mikayıl Müşfiq küçəsində qeydə alınıb: “Saat 19:09 radələrində Qurd qapısından Bakı Şəhər Yol Polis İdarəsinə gedərkən əks tərəfdən gələn “Nissan Patrol”un baqaj hissəsində yerləşən ehtiyat təkərin qapaq hissəsi maşından düşərək mənim idarə etdiyim “Hyundai Grandeur” markalı avtomobilimin ön hissəsinə ciddi zərər vurdu. Bununla yanaşı, sağ zolaqda olan digər maşına da zərər dəydi. Lakin həmin avtomobil hazırkı vaxtadək tapılmayıb. Halbuki baş vermiş hadisə yol qəzası sayılmalıdır”.

    Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları həmin avtomobili müəyyən edib və hadisə ilə bağlı müvafiq məsuliyyət tədbirləri görüləcək.

    Mənbə

  • “Survivor”da faciə 
							 – İştirakçının ayağı amputasiya edildi – Video

    “Survivor”da faciə – İştirakçının ayağı amputasiya edildi – Video

    Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur “Survivor Yunanıstan” yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında ağır qəza keçirib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə iştirakçı nizə ilə balıq ovu etdiyi zaman qeydə alınıb.

    Bildirilir ki, Floros dənizdə olarkən turist qayığı tərəfindən vurulub və ağır xəsarətlər alıb.

    “Survivor” layihəsinin istehsal qrupu açıqlamasında Stavros Florosun vəziyyətinin ağır, lakin stabil olduğunu bildirib. Məlumata görə, hazırda onun həyati təhlükəsi yoxdur.

    İştirakçının atası da mediaya açıqlamasında oğlunun çox qan itirdiyini və sağ qalmasının möcüzə olduğunu deyib. O, təhlükəsizlik qaydalarının pozulması ilə bağlı iddiaları da təkzib edib.

    Hadisədən sonra yarışmanın çəkilişlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib. Qəza ilə bağlı araşdırma aparılır.

    Mənbə

  • Azər Əhmədov vəzifəsindən azad edildi

    Azər Əhmədov vəzifəsindən azad edildi

    TƏBİB-ə yeni sədr təyinatından sonra bu qruma tabe olan tibb müəssisələrində kütləvi kadr dəyişiklikləri aparılır.

    “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu gün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov da vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Azər Əhmədov Türkiyədə təhsil almış uzman həkimlərdəndir. O, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri kimi tanınır.

    Mənbə

  • İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

    İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

    Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.

    Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər.

    Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və tədbirin şəhərsalma gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib.

    Baş nazir Şahbaz Şərif vacib işlərlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın sessiyada yüksək səviyyədə təmsil olunacağını deyib.

    Tərəflər, həmçinin regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

    Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətindəki uğurlu təşəbbüslərini yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq etimadın göstəricisi olduğunu qeyd edib.

    Liderlər sıx təmasda olmaq barədə razılığa gəliblər.

    Baş nazir Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

    Dövlət başçısı dəvəti məmnuniyyətlə qəbul edib.

    Mənbə

  • Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü 
							 – Video

    Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – Video

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.

    “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Paşinyanın İrəvanda seçkiqabağı kampaniyası zamanı baş verib. 

    Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir. 

    Daha sonra bu barədə danışan Paşinyan söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan Türkiyə tərəfinin qaydalarında ixrac ölkələri siyahısına daxil deyildi, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə tədarük olunan kimi rəsmiləşdirilir, sonra isə Ermənistana təkrar ixrac edilirdi.

    Baş nazir yeni qaydalara əsasən Türkiyə tərəfinin sənədlərdə birbaşa Ermənistanı çatdırılma ölkəsi kimi göstərməyə icazə verdiyini qeyd edib.

    Paşinyanın açıqlamasına baxmayaraq, səs yazısı sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

    Mənbə

  • Prezident Bakı Olimpiya Stadionunda 
							 – Fotolar

    Prezident Bakı Olimpiya Stadionunda – Fotolar

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

    “Qafqazinfo” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.

    Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

    Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

    Tədbirdə BMT-nin 6 rəsmi dili – ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.

    Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

    İki hektar sahəni əhatə edən zonada isə “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. “Media mərkəzi”nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

    Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

    Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

    “Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

    Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

    Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

    Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

    Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

    Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.














































    Mənbə