İranda 21 yaşlı karate çempionu edam edildi

İranda etirazlar zamanı həbs olunan 21 yaşlı karate çempionu Sasan Azadvar Conaqani İsfahandakı Dəstgerd həbsxanasında edam edilib.

“Qafqazinfo” xəbər verir ki, İran məhkəmə sistemi tərəfindən yayılan məlumatda Azadvar “Allaha düşmənçilik” və “düşmənlə effektiv əməkdaşlıq” ittihamları ilə məhkum olunub.

Onun etirazlar zamanı təhlükəsizlik qüvvələrini daşıyan nəqliyyat vasitəsinə daş və kərpic atdığı, şüşələrini sındırdığı və təhlükəsizlik işçilərinə hücum etdiyi iddia edilib.

“Hengaw” insan haqları təşkilatı bildirib ki, Azadvar işgəncəyə məruz qalıb və vəkillərinin müdafiəsi zamanı qarşı tərəfdə etibarlı sübut olmayıb. Vəkillər platforması isə ittihamların İran qanunvericiliyindəki “Allaha düşmənçilik” maddəsinə uyğun olmadığını vurğulayıb.

Mənbə

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *