Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, “Bavariya” PSJ-ni qəbul edəcək.
Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək.
***
Matç başladı.
***
PSJ hesabı açır. Usman Dembele 3-cü dəqiqədə fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Harri Keyn 90+4-cü dəqiqədə hesabı bərabərləşdirir.
***
Matç 1:1 hesablı bərabərliklə başa çatır. Lakin buna baxmayaraq, ümumi hesabda 6:5 öndə olan parislilər finalda “Arsenal”a rəqib olur.
Qeyd edək ki, final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da baş tutacaq.

Leave a Reply