UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün “Arsenal” Londonda “Atletiko”nu qəbul edir.
Bu qarşılaşmadan sonra ÇL-də ilk finalçının adına aydınlıq gələcək.
Bu komandalar arasında İspaniyada keçirilən ilk matç 1:1 hesablı bərabərliklə başa çatıb.
***
Matç başladı.
***
“Arsenal” hesabı açır. Bukayo Saka 45-ci dəqiqədə fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Matç “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da “topçular” ümumi hesabda 2:1 qələbə qazanaraq ÇL-in finalına vəsiqə qazanırlar. Onların finaldakı rəqibi isə “Bavariya” – PSJ cütünün qalibi olacaq.
Məlumat üçün qeyd edək ki, “Arsenal” bu mövsüm 11 qələbə və 3 heç-heçə ilə ÇL-də məğlubiyyətsizlik seriyası keçirən yeganə klub olub.

Leave a Reply