Blog

  • Bakı-Tbilisi qatarı 6 il sonra bu tarixdən açılır?

    Bakı-Tbilisi qatarı 6 il sonra bu tarixdən açılır?

    Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.

    “Qafqazinfo” “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

    Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.

    Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.

    ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən “Gürcüstan Dəmir Yolları” ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.

    Mənbə

  • Türkiyədə dəhşətli qətliam 
							 – 6 ölü, 8 yaralı

    Türkiyədə dəhşətli qətliam – 6 ölü, 8 yaralı

    Türkiyənin Mersin şəhərində dəhşətli qətliam törədilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Tarsus rayonunda qeydə alınıb.

    Məlumata görə, silahlı şəxs əvvəlcə yerli restoranlardan birinə daxil olaraq qəfildən atəş açıb. Nəticədə obyektin sahibi və bir əməkdaşı həyatını itirib. Hadisədən sonra avtomobillə ərazidən qaçan şəxs əvvəlcə heyvan otaran gənci, daha sonra isə evinin qarşısında dayanan yük maşını sürücüsünü də güllələyərək qətlə yetirib. O, həmçinin qaçmağa çalışarkən qarşısına çıxan daha 8 nəfəri də müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıb.

    ***

    “Anadolu” Agentliyinin məlumatına görə, silahlı hücumda ölənlərin sayı 6-ya yüksəlib.

    Mənbə

  • Nərgiz Paşayevanın qızı Kannda 
							 – Fotolar

    Nərgiz Paşayevanın qızı Kannda – Fotolar

    “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalında iştirak edib.

    “Qafqazinfo” xəbər verir ki, Ülviyyə Mahmudova bu haqda sosial şəbəkə hesabında görüntülər paylaşıb.

    O, paylaşımında “Vivienne Westwood”dan qırmızı vintaj libas və “Bvlgari” zinət əşyaları ilə qırmızı xalçada yer aldığını vurğulayıb.

    Əlavə edək ki, mayın 11-i başlayan Kann Film Festivalı ayın 23-dək davam edəcək.




    Mənbə

  • Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu 
							 – Fotolar

    Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu – Fotolar

    Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Orsusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

    “Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

    Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb. 

    Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunublar.

    Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib.

    Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.




    Mənbə

  • Prezidentlə xanımının rəsmi qonaqlarla birgə 
							 – Fotosu

    Prezidentlə xanımının rəsmi qonaqlarla birgə – Fotosu

    Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

    Mənbə

  • Prezident WUF13-də çıxış etdi 
							 – Video – Fotolar

    Prezident WUF13-də çıxış etdi – Video – Fotolar

    Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

    Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olunub.

    Dövlət başçısı tədbirdə çıxış edib.

    Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.





























    Mənbə

  • “Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm”

    “Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm”

    “Əslində, bu forumun təkcə ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin bir nəticəsidir”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13-lə bağlı mətbuat konfransında deyib.

    Xəbəri rus dilində oxuyun: “Я вырос в Баку, но столько дождя не видел”

    Günel İbrahimova

    Mənbə

  • Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı 
							 – Video

    Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı – Video

    Türkiyə millisinin futbolçu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” klubu Asiya Çempionlar Liqasının qalibi olub.

    “Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğuru möhtəşəm mərasimlə qeyd edərkən, Merih Demiralın meydana çıxışı xüsusilə diqqət çəkib.

    Türkiyəli müdafiəçi çempionluq şənliyində meydana məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olub.

    Qeyd edək ki, mahnının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aiddir. Mahnı bir çox ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə Azərbaycanın Xalq artisti Azərinin ifasında xüsusən məşhurdur.

    Mənbə

  • Polislər bu gün yollarda… 
							 – Video

    Polislər bu gün yollarda… – Video

    Bu gün Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış gününə təsadüf etsə də, ictimai asayişin fasiləsiz qorunması təmin edilib.

    “Qafqazinfo” xəbər verir ki, hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb.

    Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.

    İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət həyata keçirilib, suyun kənarlaşdırılması, təxliyə və xilasetmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub.

    Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.

    Mənbə

  • Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı 
							 – Video

    Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı – Video

    İranda “Üfüq” televiziyasının aparıcısı canlı yayımda silahdan atəş açıb.

    “Qafqazinfo”nun xəbərinə görə, hadisə odlu silah təliminə həsr olunmuş proqramın canlı efirində baş verib.

    Veriliş zamanı studiyada olan aparıcı və hərbi geyimli təlimatçı AK-47 (“Kalaşnikov”) avtomatının istifadəsi və atış qaydalarını nümayiş etdiriblər.

    Hadisənin İranın müxtəlif televiziya kanallarında yayımlanan hərbi-təlim xarakterli proqram çərçivəsində baş verdiyi qeyd olunur. Bəzi iddialara görə, bu cür verilişlər ölkədə elan edilən könüllü hərbi hazırlıq kampaniyaları ilə əlaqələndirilir.

    Mənbə