Blog

  • “Yaşıdlarım nəvə sevinci yaşayır…” 
							 – 23 il sonra gələn möcüzə-Video

    “Yaşıdlarım nəvə sevinci yaşayır…” – 23 il sonra gələn möcüzə-Video

    Masallıdan Bakıya üz tutan Əzizovlar ailəsinin 23 illik övlad həsrətinə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında son qoyulub. 

    “Qafqazinfo” xəbər verir ki, hospitalın Doğum şöbəsinin rəisi, cərrah mama-ginekoloq Yeganə Əliyeva tərəfindən həyata keçirilmiş qeysəriyyə əməliyyatında 2770 qramlıq oğlan uşağı doğulub. 

    56 yaşlı Səlim Əzizov və 40 yaşlı həyat yoldaşı Sədaqət Əzizova ötən gün ilk dəfə valideyn olmanın sevincini yaşayıblar.

    Atanın sözlərinə görə, uzun illər müalicələri nəticəsiz qalsa da, bu xəstəxanada icra olunan yeni metod onların ümidlərini yenidən canlandırıb: “23 ildir ki, övlad həsrəti çəkirdik. Dəfələrlə rayonlarda, Bakıda, hətta İranda da müalicələr almışıq, amma xeyri olmayıb. İnternetdən DSX-nin hərbi hospitalında Yeganə xanım barəsində eşitdim və yanına gəldim. Təqribən 3 il müalicə olunduq. Düşündüm nəticə olmur, istədim uzaqlaşam, amma həkim təkid etdi ki, müalicə olunmalıyam. Genetik problem aşkarlanmışdı, ona görə məni digər həkimə yönləndirdi, 3 ay həmin problemə görə müalicə aldım. Axır ki, nəticə əldə olundu… 

    Bu gün mənim yaşıdlarım nəvə sevincini yaşayırlar, şükür Allahın birliyinə ki, bizə bunu qismət etdi. Bütün övladı olmayan ailələrə bu sevinci arzu edirəm. Ailələr bu üzdən dağılmasın, səbirli olsunlar, Allahdan istəsinlər, bir gün yaxşı olacaq. Doğulan oğlan uşağıdır, atamın adını – Yəhya qoymuşam…” 

    Mama-ginekoloq Yeganə Əliyeva deyib ki, artıq bu üsulla bir çox ailələr sevinc tapacaq: “Ailə eşidib ki, DSX-nin hərbi hospitalında “ROSİ” üsulu ilə azospermiya xəstələrinin problemi həll olunur. Onlar 3 il öncə bizə üz tutanda uzun bir yol keçdilər, səbirli oldular. Hazırda çəkisi 2770 qram, boyu 49 sm olan sağlam oğlan uşağı doğulub.  
    Biz “ROSİ” üsulunun təlimini ilk dəfə Yaponiyada keçdik. Hazırda Özbəkistan Respublikası ilə də əməkdaşlıq edirik. Biz embrioloqumuzla artıq bir neçə dəfə Özəbəkistana səfər etmişik. Yaponiyada öyrəndiklərimizi orada da tətbiq edirik. Artıq Özbəkistanda hamilə olan pasiyentlər var. Allah bütün ailələrə övlad qismət eləsin”. 

    Hospitalın embrioloqu Yusufcan Bekçi hesab edir ki, bu nəticəyə nail olmaq uzun illər davam edən müalicə və səbirdən keçir: “Xəstə bizə müraciət edəndə çoxlu sayda uğursuz əməliyyatlar keçirmişdi. Bizdə bir müddət müalicə olunduqdan sonra nəticə əldə etdik. Artıq əlimizdə belə gözəl körpə – Yəhya balamız var var. Biz bu körpəni çox çətinliklərlə əldə etdik. 3 il çox qısa müddət deyil. Evliliyin 22-ci ilində hamiləlik xəbərini aldıq və 23-cü ildən sonra isə körpə doğuldu. “ROSİ” üsulu ilə bunu bacardıq. Yaponiyada öyrəndiyimiz bu üsul odur ki, əgər spermlər inkişaf etməyibsə, biz onu özümüz götürüb yumurtanın içərisinə qoyuruq. Bundan sonra da bütün ümidsiz ailələrə ümid olmağa davam edəcəyik”. 

    Gülnar Əliyeva

    Foto-Video: Pərvin Zeynal



    Mənbə

  • Sabiq icra başçısı vəfat etdi

    Sabiq icra başçısı vəfat etdi

    Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmış Zülfüqar Kazımov vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, Zülfüqar Kazımov 1999-2004-cü illərdə həmin vəzifədə çalışıb.

    Mənbə

  • Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən 
							 – Paylaşım edildi

    Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən – Paylaşım edildi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.

    “Qafqazinfo” həmin paylaşımı təqdim edir:

     

    Mənbə

  • FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

    FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

    FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu “stop”u bu gün götürüb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sportinfo.az” məlumat yayıb.

    FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, “Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən “Neftçi” ilə eyni taleyi yaşayıb.

    Portuqaliya klubu 2025-ci ilin yayında “Qarabağ”ın Romaonu “Ferentsvaroş”a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. “Santa Klara” bu “dəyiş-düyüş”ə görə təzminat tələbi irəli sürüb.

    Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu “qırmızı siyahıya salıb”. Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

    Mənbə

  • Bakı-Ələt yolu hazırda 
							 – Video

    Bakı-Ələt yolu hazırda – Video

    Məlum olduğu kimi, Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində körpü çöküb.

    “Qafqazinfo” xəbər verir ki, bu səbəbdən hazırda Ələtdən Bakıya gələn istiqamətdə uzun tıxac yaranıb.

    Qeyd edək ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb. Belə ki, magistral yoldakı körpüdə baş verən çökmə zamanı yük avtomobili yaranmış yarığa düşüb.

     

    Mənbə

  • Maksimum balı təkcə o topladı 
							 – Foto

    Maksimum balı təkcə o topladı – Foto

    Məlum olduğu kimi, bu gün aprelin 19-da keçirilən imtahanların nəticələri açıqlanıb. 

    “Qafqazinfo” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 11-ci siniflərin buraxılış imtahanında cəmi bir nəfər ən yüksək nəticəni göstərib.

    Bu, Naxçıvanın Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğludur. O, imtahanda maksimal – 300 bal toplayıb.

    Mənbə

  • 19 aprel imtahanlarının nəticələri 
							 – Cəmi bir nəfər 300 bal yığdı

    19 aprel imtahanlarının nəticələri – Cəmi bir nəfər 300 bal yığdı

    Aprelin 19-da keçirilən imtahanların nəticələri elan edilib.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, aşağıdakı imtahanların nəticələri elan edilib:

    – Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    – Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    – Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

    – Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    – Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

    – Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

    1-3-cü kateqoriyaya aid olan imtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu linkdən, 4-7-ci kateqoriyaya aid olan imtahan iştirakçıları isə bu linkdən istifadə etməlidirlər.

    Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

    İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu  Babazadə Ayxan Asiman oğlu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

    Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
    İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://shorturl.at/r0TdK) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Mənbə

  • Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü 
							 – Video

    Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü – Video

    Bu gün saat 16 radələrində Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

    Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.


    Mənbə

  • İlham Əliyev Zirvə görüşündə 
							 – Fotolar – Yenilənib

    İlham Əliyev Zirvə görüşündə – Fotolar – Yenilənib

    Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

    “Qafqazinfo” xəbər verir ki, dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

    Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.

    ***

    Prezident İlham Əliyevin çıxışı

    – Hörmətli Kasım-Jomart Kemeleviç.

    Hörmətli dövlət başçıları.

    İlk növbədə, göstərilən səmimi qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.

    Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.

    Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.

    Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir.

    Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.

    Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

    Hörmətli həmkarlar, Zirvə Görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.

    Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.

    Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.

    Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

    Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

    Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

    Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.

    Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.

    Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.

    Diqqətinizə görə təşəkkür edirəm.





    Mənbə

  • “Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” 
							 – Video

    “Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” – Video

    “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ATV kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib.

    “Qafqazinfo” xəbər verir ki, V.Aslanov indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.

    O, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımların atıla biləcəyini vurğulayıb.

    Perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb. Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək. Amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər.

    Məsələn Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3 faizini əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən (Sumqayıt, Xırdalan, Masazır və digər qəsəbələr) gələn insanlar çox asanlıqla “Xocasən” və “Avtovağzal” stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından Yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər”, – sədr qeyd edib.

    Mənbə