Blog

  • Leyla Əliyeva Bakıda toyda 
							 – Video

    Leyla Əliyeva Bakıda toyda – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakıda toyda iştirak edib.

    “Qafqazinfo” xəbər verir ki, toydan görüntülər sosial şəbəkələrədə yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

    Mənbə

  • Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu

    Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu

    Azərbaycanın Təbrizdəki konsulu qəzada vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Hörmətli diplomat həmkarımız, Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı”, – XİN-dən bildirilib

    Mənbə

  • Komandası tarixi uğur qazandı, sevincindən ağladı 
							 – Video

    Komandası tarixi uğur qazandı, sevincindən ağladı – Video

    İngiltərə Çempionatının pley-off finalında “Hall Siti”nin “Midlsbro”nu məğlub edərək (1:0) Premyer Liqaya vəsiqə qazanmasından sonra klubun sahibi, iş adamı Acun Ilıcalı göz yaşlarına hakim ola bilməyib.

    “Qafqazinfo” xəbər verir ki, “Uembli” stadionunda keçirilən həlledici qarşılaşmada 90+5-ci dəqiqədə vurulan qol komandaya 10 ildən sonra yenidən İngiltərə Premyer Liqasına vəsiqə qazandırıb.

    A.Ilıcalı sevincini həyat yoldaşı Çağlanı qucaqlayaraq ağlamaqla ifadə edib.

    Mənbə

  • Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? 
							 – Açıqlama

    Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? – Açıqlama

    Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

    Məsələ ilə əlaqədar ADY-nin Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib etdi və bildirdi ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur: “Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.

    İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birininin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

    Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər. 
    Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil”.

    B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.

    Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.

    Mənbə

  • Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi 
							 – Video

    Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi – Video

    Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.

    “Qafqazinfo” Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.

    Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.

    Mənbə

  • Kasparov beynəlxalq axtarışa verildi

    Kasparov beynəlxalq axtarışa verildi

    Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

    “Qafqazinfo” xəbər verir ki, onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.

    Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.

    2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Daha sonra Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.

    Mənbə

  • “Casus” demişdilər 
							 – Baş nazir oldu

    “Casus” demişdilər – Baş nazir oldu

    Sloveniya parlamentində keçirilən səsvermənin nəticəsinə əsasən, Sloveniya Demokrat Partiyasının (SDS) lideri Yanez Yansa ölkənin yeni Baş naziri seçilib.

    “Qafqazinfo” xəbər verir ki, martın 22-də keçirilən ümumi seçkilərdən sonra Prezident Nataşa Pirts Musar hökumətin formalaşdırılması üçün heç bir namizədi irəli sürməyib.

    Seçkilərdə birinci olan Azadlıq Hərəkatının lideri Robert Qolob isə koalisiya danışıqlarında razılıq əldə edə bilməyib. Bundan sonra parlamentdə ikinci yeri tutan SDS partiyasının lideri Yanez Yansanın namizədliyi səsverməyə çıxarılıb.

    Seçki prosesi dövründə İsraillə əlaqələrinə dair iddialarla gündəmə gələn Yansa parlamentdəki çıxışında Sloveniyanın maraqları naminə çalışacağını bildirib və yeni hökumət kabinetini 15 gün ərzində təqdim edəcəyini açıqlayıb.

    Yansanın İsrailin “Qara kub” (Black cube”) adlı kəşfiyyat şirkəti ilə əməkdaşlıq etdiyini iddia edən bir qrup parlament binası qarşısında aksiya keçirib.

    Etirazçılar binanın önünə qara kub yerləşdirərək üzərinə “Xain hökumət. Bu layihə İsrail tərəfindən dəstəklənir” sözləri yazılmış lövhə qoyublar. Onlar Yansanın rəhbərlik etdiyi hökuməti qəbul etmədiklərini bəyan ediblər.

    Qeyd edək ki, ümumi seçkilər ərəfəsində İsrailin “Qara kub” adlı kəşfiyyat şirkətinin Sloveniyadakı siyasi proseslərə təsir göstərdiyi barədə iddialar yayılmışdı.

    “Mladina” jurnalının məlumatına görə, şirkətin nümayəndələri üç dəfə paytaxt Lyublyanaya səfər edərək müxalifətdə olan SDS partiyasının lideri Yanez Yansa ilə görüşüblər.

    Jurnal iddia edib ki, həmin şəxslər saxta kimliklərdən istifadə edib, özlərini xarici investisiya şirkətinin nümayəndələri kimi təqdim edərək, bəzi sloveniyalı siyasətçilərlə görüşləri gizli şəkildə qeydə alıblar.

    İddialardan sonra keçmiş Baş nazir Robert Qolob Avropa İttifaqını seçkilərə xarici müdaxilə olub-olmadığını araşdırmağa çağırıb. Yansa isə bu ittihamları rədd edib və “Qara kub” haqqında əvvəllər heç nə eşitmədiyini bildirib.

    Əlavə edək ki, Qolob hökuməti 2024-cü ildə Fələstin dövlətini rəsmi şəkildə tanımış, həmçinin İsraildən hərbi texnikanın idxalı, ixracı və tranzitinə qadağa tətbiq etmişdi. Müxalifət lideri Yansa isə bu qərarın uzunmüddətli perspektivdə ölkəyə zərər verəcəyini bildirərək referendum keçirilməsini tələb etmişdi.

    Mənbə

  • Sənan Əsədzadə Misirdə saxlanıldı

    Sənan Əsədzadə Misirdə saxlanıldı

    Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.

    “Qafqazinfo” Bizim.media-ya istinadən xəbər verir ki, S.Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış elan edilib.

    Mənbə

  • Hava nə vaxtadək belə olacaq? 
							 – Xəbərdarlıq

    Hava nə vaxtadək belə olacaq? – Xəbərdarlıq

    Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

    Bu barədə “Qafaqzinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

    Mənbə

  • Kim Çen In İlham Əliyevə məktub yolladı

    Kim Çen In İlham Əliyevə məktub yolladı

    Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Qafqazinfo” xəbər verir ki, mətndə deyilir:

    “Zati-aliləri.

    Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək”.

    Mənbə