Blog

  • Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu 
							 – Video-Yenilənib

    Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

    Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür.

    Bu zaman onlar arasında insident baş verir və yaxınlıqdan keçən gənc oğlan N.Kərimovaya yardım edir. Belə ki, o, Şamxal Nəcəfovun fikrini yayındırır. Nəticədə Ş.Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənclə N.Kərimova qaçaraq ərazidən uzaqlaşırlar.

    Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə Ş.Nəcəfov saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

    ***

    Səbail Rayon Məhkəməsinin qərarı ilə Şamxal barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndərilib.

    Mənbə

  • Bakıya dolu yağır 
							 – Video

    Bakıya dolu yağır – Video

    Hazırda Bakıya dolu və leysan yağır.

    “Qafqazinfo” həmin görüntüləri təqdim edir:

    Mənbə

  • Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı 
							 – Video

    Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

    Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür.

    Bu zaman onlar arasında insident baş verir və yaxınlıqdan keçən gənc oğlan N.Kərimovaya yardım edir. Belə ki, o, Şamxal Nəcəfovun fikrini yayındırır. Nəticədə Ş.Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənclə N.Kərimova qaçaraq ərazidən uzaqlaşırlar.

    Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə Ş.Nəcəfov saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

    Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:

    Mənbə

  • Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

    Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

    Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, yuxarı instansiyaya sədrinin təyin edilməsi ilə bağlı məsələyə yaxın günlərdə müvafiq qaydada baxılacağı və Prezidentə təqdim olunacağı gözlənilir.

    Qanunvericiliyə əsasən, Azərbaycanda məhkəmə sədrləri 5 il müddətinə təyin olunur. Bu müddət başa çatdıqdan sonra əvvəlki sədrin yenidən təyin edilməsi və ya başqa namizədin irəli sürülməsi mümkündür.

    Qeyd edək ki, M.Əkbərov 2021-ci il mayın 24-də Prezidentin Sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

    Mənbə

  • Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 
							 – Siyahı – Fotolar

    Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

    Yeni araşdırma Avropada səyahətçilər üçün ən sərfəli və ən bahalı şəhərləri müəyyən edib. Artan aviabilet qiymətləri fonunda turistlərin bahalı səfərlər əvəzinə daha qənaətcil və rahat marşrutlara üstünlük verdiyi bildirilir. Bu yay qısa şəhər tətilləri Avropanın əsas səyahət trendlərindən biri olacaq.

    “Qafqazinfo” xəbər verir ki, “Post Office Travel Money” tərəfindən hazırlanan “Şəhər Xərcləri Barometri” hesabatında 50 şəhərdə turistlərin əsas xərcləri müqayisə olunub.

    Araşdırma çərçivəsində iki nəfər üçün 12 əsas turist xərci nəzərə alınıb. Bunlara bir fincan qəhvə, bir şüşə pivə, qazlı içki, bir stəkan şərab, iki nəfərlik üç çeşidli şam yeməyi və digər gündəlik xərclər daxil edilib.

    Araşdırmada vurğulanır ki, şəhərin ümumi reytinqindən daha vacib məqam turistlərin səfər zamanı gündəlik xərcləri necə hiss etməsidir. Xüsusilə hotel qiymətlərindəki kiçik artımların belə qısa tətilin ümumi büdcəsinə ciddi təsir göstərə biləcəyi qeyd edilir.

    Bildirilir ki, daha əlverişli şəhərlərdə turistlər planlarını daha rahat və spontan şəkildə qura bilir. Bahalı istiqamətlərdə isə xərclərə nəzarət etmək üçün əvvəlcədən planlaşdırma daha vacib esab olunur.

    2026-cı ildə Avropada tətil üçün ən ucuz şəhərlər hansılardır?

    Hesabata görə, bəzi Avropa şəhərləri “gəlmə anından etibarən xeyli əlverişli” hissi yaradır. Bu şəhərlərdə çöldə yemək daha qənaətcil, ictimai nəqliyyat daha əlçatandır və bir çox turistik məkanı gözləniləndən daha aşağı qiymətə ziyarət etmək mümkündür. Bu, səyahətçilərə daim büdcə tərtib etmədən və ya xərclərini izləmədən şəhər təcrübəsinə daha asanlıqla qərq olmağa imkan verir.

    Barometr nəticələri göstərir ki, Şərqi Avropa şəhərləri hələ də tətillər üçün əlverişli olması ilə seçilir. Ən əlverişli 10 məkandan səkkizi Şərqi Avropa şəhərlərindəndir.

    Barometrdəki 12 xərc kateqoriyasına əsasən, 248 funt-sterlinqlə (568 manat) Sarayevo ilk dəfə olaraq 2026-cı il üçün Avropada ən yaxşı qiymətə tətil mümkün olan şəhərdir. Bosniya və Herseqovinanın paytaxtı Buxarest, Tirana, Belqrad və Trençinlə birlikdə ilk beşlikdədir.

    Əlverişli yaşayış yeri, ucuz ictimai nəqliyyat və münasib giriş haqları olan turistik yerləri ilə Sarayevo “yüksək qiymətlər olmadan güclü mədəniyyət, tarix və qastronomiya axtaran” səyahətçilər üçün “mükəmməl” seçim kimi təsvir edilir.

    Görüləsi çoxlu yerlər və əlverişli yemək seçimləri axtaranlar üçün Rumıniyanın paytaxtı Buxarest “sifariş ediləcək şəhər” kimi seçilir. Aşağı yaşayış, yemək və nəqliyyat xərcləri şəhəri “bu ilin tətil üçün ən ucuz şəhərləri” arasında möhkəm bir yerə çevirir.

    “Yeni populyar” Tiranada rahat tətil üçün “lazım olan hər şey” var. Hesabata görə, Serbiyanın paytaxtı Belqrad gecə həyatı, yemək və çay kənarında gəzintiləri ilə “böyük şəhər qiymətləri olmadan bütün gözləntiləri” təklif edir.

    İlk beşliyi tamamlayan Slovakiyadakı Trençin əsas paytaxtlara “daha sakit alternativ” təklif edir və çox aşağı gündəlik qiymətlərlə “bol gəzinti, tarixi yerlər və daha yavaş temp” axtaran ziyarətçilər üçün idealdır.

    Avropada tətil üçün ən sərfəli 10 şəhər

    Sarayevo — 248 funt-sterlinq / 568 manat


    Buxarest — 258 funt-sterlinq / 591 manat


    Tirana — 263 funt-sterlinq / 603 manat


    Belqrad — 265 funt-sterlinq / 607 manat


    Trençin — 272 funt-sterlinq / 624 manat


    Riqa — 278 funt-sterlinq / 637 manat


    Lil — 289 funt-sterlinq / 662 manat


    Vilnüs — 289 funt-sterlinq / 662 manat


    Strasburq — 319 funt-sterlinq / 731 manat


    Podqoritsa — 332 funt-sterlinq / 761 manat

    2026-cı ildə Avropada tətil üçün ən bahalı şəhərlər hansılardır?

    Oslo 2026-cı il üzrə Avropada tətil üçün ən bahalı şəhər kimi qiymətləndirilib. Hesabata görə, şəhərdə 12 əsas turist xərci üzrə ümumi məbləğ təxminən 734 funt-sterlinq (1683 manat) təşkil edir.

    Oslo ilə yanaşı, ən bahalı şəhərlər siyahısında Kopenhagen, Edinburq, Cenevrə və Barselona da yer alıb.

    Hesabatında qeyd olunur ki, yüksək yaşayış xərcləri və xüsusilə restoranlarda yemək qiymətləri ümumi səyahət büdcəsini ciddi şəkildə artırır.

    Bildirilir ki, bir çox Avropa şəhərində gündəlik xərclərin yüksəlməsi qısa tətillərin ümumi dəyərinə birbaşa təsir göstərir və turistlərin planlaşdırma strategiyalarını dəyişməsinə səbəb olur.

    2026-cı ildə tətil üçün Avropanın ən bahalı 10 şəhəri

    Oslo — 734 funt-sterlinq / 1683 manat


    Kopenhagen — 671 funt-sterlinq / 1538 manat


    Edinburq — 668 funt-sterlinq / 1531 manat


    Cenevrə — 644 funt-sterlinq / 1476 manat


    Barselona — 641 funt-sterlinq / 1469 manat


    Dublin — 611 funt-sterlinq / 1400 manat


    Amsterdam — 609 funt-sterlinq / 1396 manat


    Kork — 602 funt-sterlinq / 1380 manat


    Venesiya — 580 funt-sterlinq / 1330 manat,


    Madrid — 580 funt-sterlinq / 330 manat

    Mənbə

  • Tbilisi qatarının ilk sərnişinləri arasında 
							 – Cavid Qurbanov da var+Fotolar

    Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

    Pandemiyadan sonra ilk dəfə Bakı–Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır.

    “Qafqazinfo” xəbər verir ki, ilk reys bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.

    Qatarın səhər saatlarında Tbilisiyə çatması nəzərdə tutulur. 

    Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək. 

    Qatarlarda restoran bölməsi və müxtəlif komfort sinifləri mövcuddur. İlkin hərəkət cədvəlinə əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da çıxacaq və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən Bakıya isə saat 21:00-da yola düşərək səhər saatlarında paytaxta çatacaq. 

    Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

    Xatırlaq ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişindaşıma COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən 2020-ci ildə dayandırılmışdı. Altı illik fasilədən sonra reysin bərpası həm sərnişinlər, həm də turizm sektoru tərəfindən sevinclə qarşılanır.

    ***

    6 il sonra ilk dəfə Bakı–Tbilisi sərnişin qatarı yola düşdü.

    Sail Ağasəlim

    Fotolar: Xəyal Vəlizadə

     















    Mənbə

  • “Bu dinamika məni qane etmir” 
							 – Prezident

    “Bu dinamika məni qane etmir” – Prezident

    “Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

    “Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun.

    Mənbə

  • Onları qabaqlayaraq 
							 – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

    Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

    Münxen “Bavariya”sının hücumçusu Harri Keyn 2025/2026-cı illər mövsümündə “Qızıl buts” (Golden Shoe) mükafatının qalibi olub.

    “Qafqazinfo” xəbər verir ki, 32 yaşlı ingiltərəli forvard Bundesliqada keçirdiyi 31 oyunda 36 qol vuraraq (72 xal) Avropanın ən yaxşı bombardiri adını qazanıb.

    Reytinq cədvəlinin ikinci pilləsində İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində 27 qola (54 xal) imza atan norveçli ulduz Erlinq Haaland qərarlaşıb. İlk üçlüyü isə İspaniya La Liqasında “Real Madrid”in heyətində 25 qol (50 xal) vuran Kilian Mbappe tamamlayıb.

    Onu da bildirək ki, ümumilikdə, ingilis hücumçu cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 51 rəsmi matçda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalaraq inanılmaz bir performans nümayiş etdirib.

     

    Mənbə

  • Aldığı pulların hamısını qaytardığını deyib

    Aldığı pulların hamısını qaytardığını deyib

    Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.

    Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.

    Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə  cavablandırılması haqda suallar verilib.

    G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.

    Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib. 

    Hakimin “müəllimlərə nə vəd etmişdiniz” sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.

    Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.

    Daha sonra K.Əsədov hakimə ifadə verib. 

    Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.

    O isə müəyyən məbləğ qarşılığında onları “kömək” etmək üçün G.Abbasova istiqamətləndirib.

    Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.

    O ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.

    Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.

    Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək.

    Yunis Quliyev

    Mənbə

  • Toral Bayramov “Qarabağ”dan getdi 
							 – Türkiyə klubuna keçdi

    Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

    Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov “Qarabağ”dan ayrılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. 

    O, Türkiyənin “Bursaspor” klubuna keçib. 

    Mənbə