Blog

  • Cəmil Əliyev həlak olan həkimin ailəsinə başsağlığı verdi

    Cəmil Əliyev həlak olan həkimin ailəsinə başsağlığı verdi

    Milli Onkologiya Mərkəzi xəstəxanada törədilmiş partlayış nəticəsində həkimin həlak olması ilə bağlı başsağlığı paylaşımı edib.

    “Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

    “Mərkəzin kollektivi dərin hüznlə bildirir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Asif Akif oğlu Nəsirli məruz qaldığı silahlı basqın nəticəsində aldığı yaralardan 2026-cı il mayın 5-də vəfat edib.

    Asif Nəsirli Milli Onkologiya Mərkəzində işlədiyi müddət ərzində öz peşə borcunu ləyaqətlə yerinə yetirib, xüsusilə uşaq onkologiyası sahəsində yüzlərlə xəstənin sağlamlığı uğrunda yorulmadan mübarizə aparıb. O, yüksək peşəkarlığı, insanpərvərliyi, xəstələrə, xüsusilə azyaşlı pasiyentlərə həssas və qayğıkeş münasibəti ilə həmkarları və pasiyentləri arasında dərin hörmət qazanıb.

    Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev mərhumun həyat yoldaşına, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Asif Nəsirlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

    Mənbə

  • Biri keçmiş nazir, digəri mühəndis 
							 – İkisi də Azərbaycan çempionudur

    Biri keçmiş nazir, digəri mühəndis – İkisi də Azərbaycan çempionudur

    “Sabah”ın futbol komandası kimi basketbol komandası da Azərbaycan çempionu oldu.

    “Qafqazinfo” xəbər verir ki, onlar final seriyasında “Abşeron Lions”u hər 3 oyunda məğlub edərək birinci oldular. 

    Maraqlıdır ki, həm futbol, həm basketbol komandalarına qızıl medalları litvalı məşqçilər qazandırdılar. Futbol komandasında uğur qazanan Valdas Dambrauskas  uzun illər liqada dominantlıq edən “Qarabağ”ı zirvədən salaraq bunu bacardı. 

    Basketbol komandasında onun həmyerlisi Rimas Kurtinanitis isə 3-cü dəfə ardıcıl qızıl medallara sahib çıxdı. 

    V.Dambrauskasla Kurtinaitis Litvadan tanış olsalar da, onları “Sabah” onları daha yaxından birləşdirib.  Rimas isə Valdasla şəxsi münasibətləri olduğunu Azərbaycan mətbuatına müsahibəsində qeyd edib. 

    “Litvada cəmi 3 milyon əhali var. Lap bir-birini şəxsən tanımayan belə, KİV vasitəsilə məlumatlı olur. Valdasla isə şəxsi tanışlığımız var idi. Litvalıların Azərbaycana üz tutması başadüşüləndir. Ölkənizdə futbolu və basketbolu sevirlər, insanlar yaxşıdır, cinayətkarlıq aşağı səviyyədədir, qiymətlər münasibdir. Qızım da İspaniyadan Bakıya gəldikdən sonra buranı çox bəyənib. Təhlükəsizlik çox yüksək səviyyədədir, lap gecə saat 3-də və ya səhər 5-də şəhərdə gəzə bilərsən, heç kim sənə ilişməyəcək. Qızım İspaniya və İtaliyada yaşayıb. Məsələn, Romada şəhərdə gəzmək təhlükəlidir, çünki çantanı əlindən alıb qaça bilərlər. Ümumiyyətlə, Avropada belə problemlər mövcuddur. Çox ölkədə olmuşam və deyə bilərəm ki, Azərbaycan, bir də ola bilsin, Avstraliya ən sakit yerdir. Bakıda və ümumən Azərbaycanda təmizlik və təhlükəsizlik ən yüksək səviyyədədir. Hətta ikinci belə bir ölkə göstərməkdə çətinlik çəkirəm. Məsələn, ABŞ-də küçədə rahat gəzə bilmirsən”.

    Sadəcə maraqlısı budur ki, Valdas Dambrauskas məşqçi kimi çalışana qədər mühəndis kimi işləyib. Bunu onun haqqında yazımızda qeyd etmişdik. 

    Həmyerlisi R.Kurtianitis isə basketbolun əfsanələrindən biri olub. Amma o, Azərbaycan basketboluna yad sima deyil. 2024-cü ildə “Sabah”a gələnə qədər də ölkəmizdə kifayət qədər nüfuza sahib idi. 

    Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan, “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) kimi klublarının şərəfini qoruyan Kurtinaitis məşqçilik karyerasına məhz ölkəmizdə start verib. 

    1997-2001-ci illərdə Litvanın idman naziri olan əfsanəvi basketbolçu 26 il öncə Bakıya gəlib və “Qala” klubunda baş məşqçi postunu tutub. 

    Həmin vaxt Azərbaycanda basketbol yeni-yeni dirəçəlməyə başlayırdı və komandalarımız uğurlar qazanmağa çalışırdı. 

    Olimpiya çempionunun ölkəmizə gəlməsi də diqqət çəkmişdi. Onun zamanında “Qala” klubu ölkə basketbolunun liderlərindən idi və yaxşı oyun nümayiş etdirirdilər. Məhz bu klubda toplaşan Azərbaycan yığmasınınü üzvləri də milli komandanın uğur qazanmasında rol oynayırdılar. 

    Onun ikinci dəfə Azərbaycana qayıdışı 2024-cü ildə baş tutdu. R. Kurtinaitis həmin ili yanvarında “Sabah”ın baş məşqçisi təyin olundu. Elə gəldiyi ilk ildə Masazır təmsilçisini çempion etdi. Ondan sonra isə iki dəfə də Azərbaycan çempionatının qızıl medallarını qazanıb. 

    Elsevər Məmmədov

    Mənbə

  • Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

    Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

    Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb.

    İş materiallarında yazılıb ki, məhkumlar Nurullah Əkbərli və Xəqani Şükürov arasında dörd divar arasında başlayan mübahisə qanla bitib. Nəticədə N.Əkbərli qeyri-qanuni yolla “içəri” keçirdiyi kəsici alətlə X.Şükürovu qətlə yetirib.

    Bu əməlinə görə ona həm qəsdən adam öldürmə, həm də cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlama maddələri ilə yekun ittiham verilib. Təqsiri sübuta yetirilsə, Nurullah ən azı əlavə 9 il həbsdə qalacaq.

    Sail Ağasəlim

    Mənbə

  • Çavuşoğlunun qardaşı güllələndi

    Çavuşoğlunun qardaşı güllələndi

    Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı güllələnib.

    “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnmiş halda aşkar edilib.

    Xəstəxanaya yerləşdirilən iş adamı hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır.

    Mənbə

  • Beynəlxalq reytinqdə ən böyük irəliləyiş Azərbaycanın oldu 
							 – Fotolar

    Beynəlxalq reytinqdə ən böyük irəliləyiş Azərbaycanın oldu – Fotolar

    Ölkələrdə kibertəhlükəsizlik vəziyyətinin qiymətləndirildiyi növbəti “Milli Kibertəhlükəsizlik İndeksi” Hesabatı açıqanıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz və digər mütəxəssislər bildirib.

    Son hesabat dövrü ilə hazırkı vəziyyət arasında dövlətlər üzrə ən böyük irəliləyiş Azərbaycanın tutduğu mövqedə qeydə alınıb. Belə ki, Azərbaycanın ümumi göstəricisinin (100 bal üzərindən) 75.83 baldan 83.33 bala çatdırılmasına, ölkənin mövqeyinin 21 pillə irəliləməsinə, yəni 52-ci yerdən 31-ci yerə yüksəlməsinə nail olunub.

    Məlum olduğu kimi, son illər ərzində elektron sübutların toplanılması, saxlanılması, yoxlanılması və məhkəmədə sübut növü kimi qəbul edilməsi barədə normativ aktlara dəyişikliklər layihəsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən müvafiq sahədə ekspertlər heyəti də cəlb edilməklə işlənilib, Azərbaycan Prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləyə müvafiq dəyişilikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim edilərək qəbul edilib.

    Xəbəri rus dilində oxuyun: Азербайджан совершил рывок в National Cybersecurity Index

    Eləcə də, Azərbaycan dövləti həmin əməkdaşların aktiv iştirakı ilə layihəsi hazırlanmış BMT-nin 24 dekabr 2024-cü il tarixli Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya edən ölkələrdən (ratifikasiya proseslərini bitirmiş hazırda cəmi 3 ölkə) olub.

    Həmçinin 2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər üçün məcburi standartlar müəyyən edən yenilənmiş informatika kurikulumu hazırlanaraq qəbul edilib.

    Qeyd olunanlar “National Cybersecurity Index” beynəlxalq Hesabatında Azərbaycanın qərarlaşdığı mövqeni bilavasitə dəyişdirən yeniliklər kimi göstərilib.

    https://ncsi.ega.ee/country/az/

    https://ncsi.ega.ee/ncsi-index/?order=rank


    Mənbə

  • “Arsenal” finalda! 
							 – Video-Yenilənib

    “Arsenal” finalda! – Video-Yenilənib

    UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir.

    “Qafqazinfo” xəbər verir ki, bu gün “Arsenal” Londonda “Atletiko”nu qəbul edir.

    Bu qarşılaşmadan sonra ÇL-də ilk finalçının adına aydınlıq gələcək. 

    Bu komandalar arasında İspaniyada keçirilən ilk matç 1:1 hesablı bərabərliklə başa çatıb.

    ***

    Matç başladı.

    ***

    “Arsenal” hesabı açır. Bukayo Saka 45-ci dəqiqədə fərqlənir.

    ***

    Fasilə.

    ***

    İkinci hissə başladı.

    ***

    Matç “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da “topçular” ümumi hesabda 2:1 qələbə qazanaraq ÇL-in finalına vəsiqə qazanırlar. Onların finaldakı rəqibi isə “Bavariya” – PSJ cütünün qalibi olacaq.

    Məlumat üçün qeyd edək ki, “Arsenal” bu mövsüm 11 qələbə və 3 heç-heçə ilə ÇL-də məğlubiyyətsizlik seriyası keçirən yeganə klub olub.

    Mənbə

  • Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi 
							 – Foto

    Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi – Foto

    Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Qadir Abıyev vəfat edib.

    Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:

    Qeyd edək ki, mərhum sabah Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

    Əlavə edək ki, polkovnik Qadir Abıyev uzun illər gömrük orqanlarında çalışıb.

    Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.

    Mənbə

  • Anası o uşaqdan imtina etdi

    Anası o uşaqdan imtina etdi

    Xəbər verdiyimiz kimi, Abşeronda – Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.

    “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.

    “Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən…

    Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşaq tapılması barədə məlumat yaymışdı.

    Mənbə

  • Qafar Dəmirçi onu ağac kəsdiyinə görə qınayan şəxsi məhkəməyə verdi

    Qafar Dəmirçi onu ağac kəsdiyinə görə qınayan şəxsi məhkəməyə verdi

    “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi onu mütəmadi olaraq ekoloji cinayət törətməkdə ittiham edən ictimai fəal Cavid Qaranı məhkəməyə verib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Cavid Qara özü məlumat yayıb.

    Məsələ ondan ibarətdir ki, Qafar Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti 2024-cü ildə Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərdə müxtəlif növ ağacları qanunsuz kəsib. Bu əmələ görə “plazalar kralı” kimi də tanınan Qafar Dəmirçi sonradan meşəlik ərazinin məhv edilməsi ilə bağlı həbs edilib.

    Bu xəbəri rus dilində oxuyun: “Король плаз” требует извинений от экоактивиста через суд

    Belə ki, Cavid Qara sosial şəbəkədə etdiyi paylaşımlarda Qafar Dəmirçini qınayıb və onu təbiəti məhv edən cinayətkar adlandırıb. Bu səbəbdən Dəmirçi ictimai fəalı məhkəməyə verərək paylaşdığı məlumatları təkzib etməsini və üzr istəməsini, şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirən hərəkətlərə görə mənəvi ziyanın qarşılanmasını tələb edib.

    Binəqədi Rayon Məhkəməsi şikayət edilənin xeyrinə qərar çıxarıb. Hakim əsas olmadığı üçün Qafar Dəmirçinin şikayətini tam qəbul etməyib. Yalnız cavabdehin bir statusu problemli sayılıb. Bu əsasla şikayət qismən təmin edilib. Hazırda Cavid Qara apellyasiya instansiyasına üz tutub. Sabah həmin şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

    Fotoda: Cavid Qara

    Mənbə

  • Montyorluqdan rektorluğa… 
							 – Dosye

    Montyorluqdan rektorluğa… – Dosye

    Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

    “Qafqazinfo”nun məlumatına görə, 63 yaşlı N.Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru kimi başlayıb.

    O, 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətində rəis, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə  “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində işləyib. 2002–2009-cu illərdə ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.

    2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.

    2021-ci ildən isə hazırkı təyinatadək isə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.

    Ailəlidir, iki övladı var.

    Mənbə