Blog

  • WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq 
							 – Siyahı

    WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq – Siyahı

    WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar üçün müvəqqəti hərəkət zolaqları təşkil ediləcək.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Həmin ərazilər aşağıdakılardır: 

    – Abbasqulu ağa Bakıxanov küçəsi;

    – Mehdi Abbasov küçəsi;

    – Mikayıl Əliyev küçəsi;

    – Yusif Səfərov küçəsi;

    – Mikayıl Müşfiq küçəsi.

    Bildirilib ki, bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

    Mənbə

  • Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

    Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

    Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib.

    Faktla bağlı müvafiq araşdırmalar aparılır.

    Mənbə

  • Təyyarəsi Ankarada təcili eniş etmişdi 
							 – İrəvana yola düşdü – Yenilənib

    Təyyarəsi Ankarada təcili eniş etmişdi – İrəvana yola düşdü – Yenilənib

    İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib. 

    “Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.

    “Onu (Pedro Sançesi – red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, – məlumatda deyilir. 

    ***

    “Habertürk”ün məlumatına görə, gecəni Türkiyə paytaxtında hotellərin birində keçirən Sançesin təyyarəsi bu gün səhər saatlarında Ankaranı tərk edib.

    Bildirilib ki, İspaniya Baş naziri və nümayəndə heyətinin də içərisində olduğu “Airbus A310” tipli təyyarə Esenboğa hava limanından İrəvana yola düşüb.

    Mənbə

  • Prezident İrəvandakı sammitə onlayn qoşulacaq

    Prezident İrəvandakı sammitə onlayn qoşulacaq

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.

    “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, tədbir “Gələcəyi qururuq: Avropada birlik və davamlılıq” devizi altında keçirilir.

    Məlumata görə, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

    Xatırladaq ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləcək.

    Mənbə

  • “Keçmişə mesaj göndərmək mümkündür”

    “Keçmişə mesaj göndərmək mümkündür”

    Fiziklər kvant mexanikasının qaydalarına əsasən, keçmişə məlumat göndərməyin nəzəri olaraq mümkün ola biləcəyini bildirirlər. Zaman səyahəti uzun illər elmi fantastika filmlərinin mövzusu olsa da, tədqiqatçılar bu ideyanın fizika qanunlarına tamamilə zidd olmadığını vurğulayırlar.

    “Qafqazinfo” xəbər verir ki, fizikada “qapalı zamana bənzər əyrilər” adlanan anlayışa görə, bir obyekt gələcəyə səyahət edə və sonra keçmişə qayıdaraq başlanğıc nöqtəsinə çatdıra bilər.

    Bu cür strukturlar nəzəri cəhətdən mümkündür, lakin onları yaratmaq böyük enerji tələb edir.

    Bəzi alimlər isə bu qarşılıqlı təsirin hissəciklərin keçmişə mesaj göndərməsi ilə izah oluna biləcəyini iddia edirlər. 2010-cu ildə Set Lloyd və komandası dolaşıq hissəciklərdən istifadə edərək bir fotonu keçmişə göndərmə təcrübəsi aparmış, onun keçmiş versiyasına təsir göstərməyi sınaqdan keçirmişdi.

    Yeni tədqiqatın müəlliflərindən Kaiyuan Ji bu prosesi məşhur “Ulduzlararası” filmindəki səhnəyə bənzədib. Filmdə bir personaj saat vasitəsilə keçmişdə qızına mesaj göndərir. Tədqiqatçılar bu tip sistemlərin “səbəb dövrəsi” adlanan quruluşla işlədiyini bildirirlər.

    Tədqiqatçılar qeyd edirlər ki, belə sistemlərdə rabitə xətləri “səs-küylü” olsa da, keçmişə göndərilən mesajlar hələ də deşifrə edilə bilər və hətta normal ünsiyyətdən daha aydın başa düşülə bilər.

    Tədqiqatlar hələ ilkin mərhələdə olsa da, fizikanın bəzi qanunlarının fantastik görünən zaman səyahətini nəzəri cəhətdən mümkün etdiyini göstərir.

    Mənbə

  • İranda 21 yaşlı karate çempionu edam edildi

    İranda 21 yaşlı karate çempionu edam edildi

    İranda etirazlar zamanı həbs olunan 21 yaşlı karate çempionu Sasan Azadvar Conaqani İsfahandakı Dəstgerd həbsxanasında edam edilib.

    “Qafqazinfo” xəbər verir ki, İran məhkəmə sistemi tərəfindən yayılan məlumatda Azadvar “Allaha düşmənçilik” və “düşmənlə effektiv əməkdaşlıq” ittihamları ilə məhkum olunub.

    Onun etirazlar zamanı təhlükəsizlik qüvvələrini daşıyan nəqliyyat vasitəsinə daş və kərpic atdığı, şüşələrini sındırdığı və təhlükəsizlik işçilərinə hücum etdiyi iddia edilib.

    “Hengaw” insan haqları təşkilatı bildirib ki, Azadvar işgəncəyə məruz qalıb və vəkillərinin müdafiəsi zamanı qarşı tərəfdə etibarlı sübut olmayıb. Vəkillər platforması isə ittihamların İran qanunvericiliyindəki “Allaha düşmənçilik” maddəsinə uyğun olmadığını vurğulayıb.

    Mənbə

  • Əkizdirlər, amma doğma bacı deyillər

    Əkizdirlər, amma doğma bacı deyillər

    İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər.

    “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub.

    Bu nadir hadisə tibbdə “heteropaternal superfekundasiya” adlanır və dünyada yalnız 20 hal qeydə alınıb.

    Bacılar uşaqlıqda fərqli qayğı müəssisələrində böyüsələr də, bir-birlərinə böyük dəstək olublar. Laviniya bacısı haqqında “O, mənim sahib olduğum tək şey idi” deyərkən, Mişel “Dünyaya qarşı sadəcə ikimiz idik” sözləri ilə bağlarını ifadə edib.

    DNT nəticələrinə baxmayaraq, bacıların münasibətləri dəyişməyib.

    “O, mənim əkiz bacımdır, bunu heç nə dəyişə bilməz”, – Mişel vurğulayıb.

    Laviniya isə “Biz bir möcüzəyik” sözləri ilə duyğularını ifadə edib.

    Mənbə

  • Yağış yağacaq, dolu düşəcək

    Yağış yağacaq, dolu düşəcək

    Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Mənbə

  • Prezidentin qızları və gəlini İncəsənət Mərkəzində 
							 – Fotolar

    Prezidentin qızları və gəlini İncəsənət Mərkəzində – Fotolar

    Prezident İlham Əliyevin qızları – Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Mərkəzini ziyarət ediblər.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib.

    Onlar mərkəzdəki əsərlərə baxış keçiriblər. 







    Mənbə

  • AZAL bu istiqamətlərdə uçuşları bərpa edir 
							 – Yenilənib

    AZAL bu istiqamətlərdə uçuşları bərpa edir – Yenilənib

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, sabahdan sözügedən istiqamət üzrə reyslərə start verilir.

    Biletləri AZAL-ın rəsmi saytından və ya mobil tətbiqindən əldə etmək mümkdür.

    ***

    AZAL-ın yaydığı son məlumata görə, Dubay istiqaməti üzrə reyslər də bərpa edilir və 15 maydan uçuşlara başlanılır.

    Uçuşlar hər gün həyata keçiriləcək.
     

    Mənbə