22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi – Polisdən açıqlama

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: “A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib.

Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

Mənbə

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *