Uqandanın Müdafiə Naziri Muhoozi Kaineruqaba sosial media hesabında Türkiyəni və türk qadınlarını hədəf alan qalmaqallı açıqlamalarla çıxış edib. Onun bu bəyanatları regionda və beynəlxalq arenada böyük rezonans doğurub.

Nazir Kaineruqaba, xüsusilə türk qadınları haqqında təhqiramiz və cinsiyyətçi ifadələr işlədərək, böyük bir narazılıq dalğasına səbəb olub. Onun bu addımı, diplomatik normaları və əxlaq qaydalarını kobud şəkildə pozması kimi qiymətləndirilir.
Qalmaqalın əsas səbəblərindən biri kimi, Somali ilə Türkiyə arasında imzalanmış müdafiə müqaviləsi göstərilir. Kaineruqaba bu müqaviləni bəhanə edərək Türkiyəyə qarşı təhdid dolu bəyanatlar səsləndirib.
Uqanda nazirinin provokativ və təxribatçı şərhləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq, tənqid hədəfinə çevrilib. Bir çox istifadəçi və siyasi müşahidəçi onun istefasını tələb edib.
Bu cür açıqlamalar, beynəlxalq münasibətlərdə gərginliyi artırmaqla yanaşı, ölkələr arasında etibarı sarsıdır. Türkiyədən və beynəlxalq təşkilatlardan bu məsələyə rəsmi reaksiya veriləcəyi gözlənilir.

Leave a Reply