Author: wpadmin

  • İlham Əliyev Vuçiçlə görüşdü 
							 – Fotolar

    İlham Əliyev Vuçiçlə görüşdü – Fotolar

    Prezident İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

    “Qafqazinfo” xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

    Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu.

    Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

    Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu.

    Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.



    Mənbə

  • Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

    Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

    Dünəndən başlayaraq Azərbaycanın əksər rayonlarında, həmçinin Bakı və Abşeron yarımadasında intensiv yağışlar yağır. Bəzi rayonlara hətta may ayında qar yağıb.

    “Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bir neçə gün əvvəl xəbərdarlıq yayaraq ölkə ərazisində intensiv yağışların yağacağını, dolu düşəcəyini və hətta yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalınn olduğunu bildirmişdi. 

    Xidmətin məlumatında qeyd olunur ki, dünəndən bəri düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

    Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərin getməsindən xəbər verir. Hələ bir neçə il əvvəl alimlər həyəcan təbili çalaraq bəyan edirdi ki, yaxın gələcəkdə quraqlıqlar daha da genişlənəcək, aramsız yağan yağışlar isə daha çox müşahidə olunacaq. Onlar bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

    Qlobal iqlim dəyişikliyinin fəsadları…

    Qlobal iqlim dəyişikliyinin təbiətdə törətdiyi əsas dəyişikliklərdən biri isə daha güclü və ani leysanlardır. Çünki atmosfer isinəndə hava daha çox su buxarı saxlaya bilir. Bu isə qısa müddətdə çox güclü yağışların, sel və daşqınların, şəhər infrastrukturunun yüklənməsinin artmasına səbəb olur. Məhz qlobal iqlim dəyişikliyi nəticəsində planetin bəzi bölgələrində dəhşətli daşqınlar, digər ərazilərdə isə yanğın və səhralaşma prosesi gedir. 
    Məsələn, əvvəllər “100 ildə bir dəfə” baş verən yağışlar artıq daha tez-tez görünür. Bir çox regionda isə uzun müddət yağış olmur, torpaq quruyur, sonra isə çox intensiv yağış yağır. Quru torpaq suyu yaxşı çəkmədiyi üçün daşqın riski artır, sel və daşqınlar yaranır.

    Dünya birliyi qlobal iqlim dəyişikliyi barədə nə düşünür?

    BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin son hesabatları ürəkaçan heç nə vəd etmir. Bəzi mütəxəssislər hesabatı sanki bəşəriyyət üçün səslənən bir arzuolunmaz məhkəmə hökmünə bənzədirlər.

    Hesabatlarda dünyanın yüzlərlə eksperti qəti şəkildə iddia edir ki, qlobal istilik inanılmaz dərəcədə artıb. Son illər atmosferdəki karbon qazının konsentrasiyası son 2 milyon ildə ən yüksək göstərici olub. Yer səthinə gəldikdə isə 1970 -ci ildən bəri burada qlobal istilik digər 50 illik dövrlə müqayisədə daha sürətli şəkildə artıb. 

    Son illər Şimal yarımkürəsində ekstremal yağış və qar yağıntıları qlobal istiləşmənin təsiri ilə köklü şəkildə dəyişib.

    Bəs alimlər bu barədə nə deyir?

    Alimlər qlobal istiləşmənin Cənubi Qafqaz üçün əsas göstəricilərinin qeyri-sabit hava artımı, qəfil leysanlar, sel riskinin yüksəlməsi, bəzi bölgələrdə su çatışmazlığı, yay aylarının daha quraq və isti keçməsi ilə xarakterizə edirlər.

    Bunun nəticəsidir ki, son günlər Rusiya (Dağıstan), Türkiyə, İran və Azərbaycanda intensiv yağışlar, sel və digər təbii fəlakətlər müşahidə olunur. Region ölkələrdə son günlər intensiv yağışlar adi hal alıb. Bəzi yerlərdə hətta 48 saat aramsız yağışlar müşahidə edilir. Bu da nəyinki normadan çox, deyə bilərik ki, normadan qat-qat artıqdır.

    Qonşu İranda hələ ilin əvvəlindən başlayan sel və daşqınlar onlarla insanın ölümünə, minlərlə evin su altında qalmasına səbəb olub.

    Ötən ay Dağıstanda yaşanan sel fəlakətini də unutmamışıq. Bu fəlakət onlarla insanın ölümünə, minlərlə ailənin evsiz qalmasına, neçə-neçə kənd və qəsəbənin su altında qalaraq məhv olması ilə nəticələndi.

    Türkiyənin bir çox bölgəsində, xüsusilə cənub vilayətlərində aprel ayının əvvəlindən bəri müşahidə olunan yağışlı hava şəraiti ağır fəsadlara törətdi. Qardaş ölkədə də təbii fəlakət itkisiz ötüşmədi.

    Son günlər Bakıda və bölgələrdə kanalizasiya sistemini aşan intensiv yağışlar da bunun nümunəsi sayıla bilər.

    Təbii ki, Azərbaycan hökuməti yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər gördü. Hökumətin çevik reaksiyası nəticəsində qabaqlayıcı tədbirlər həyata keçirildi, su basmış evlərdə qalanlar təxliyə olundu, küçə və prospoektlər sudan təmizləndi. Şükürlər olsun ki, bu fəlakət bizə insan itkisini yaşatmadı.

    Azərbaycan hökuməti yağışların törətdiyi fəsadları aradan qaldırmaq üçün konkret hansı addımları atdı?

    Aprelin 28-i Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

    Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün 85 milyon 869 min 260 manat vəsait ayrıldı.

    Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı da açıqlandı.

    Görünən odur ki, biz qlobal istiləşmənin gətirdiyi fəsadlarla hələ çox üzləşəcəyik.

    Dünyada iqlim dəyişikliyi fonunda baş verənlər onu deməyə əsas verir ki, ani yağışlara və leysanlara öyrəşməyimiz lazımdır.

    Mənbə

  • “Həmin görüntülər həqiqəti əks etdirmir” 
							 – Video

    “Həmin görüntülər həqiqəti əks etdirmir” – Video

    Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.

    Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir.

     

    Mənbə

  • Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi 
							 – Video-Foto

    Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi – Video-Foto

    Prezident İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    “Qafqazinfo” xəbər verir ki, Məryəm Nəvaz Şərif atasının – Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlət başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş edib.

    WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin yüksək səviyyədə təşkil edildiyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğulayıb.

    Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtımızın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd edib.

    Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını deyib.

    Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edildi, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulanıb, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycanın “ASAN xidmət” təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edilib.

    Dövlət başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli – Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırıb.



    Mənbə

  • WUF13 başladı 
							 – Fotolar

    WUF13 başladı – Fotolar

    Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, forumun ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir. 

    Bununla yanaşı, bu gün forum çərçivəsində müxtəlif assambleya sessiyaları, eləcə də əlavə tədbirlər təşkil olunacaq. 

    Günel İbrahimova

    Foto: Xəyal Vəlizadə











    Mənbə

  • Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu

    Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu

    Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalı başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, builki müsabiqənin qalibi Bolqarıstan olub.

    Müsabiqədə ikinci yeri İsrail, üçüncü yeri isə Avstraliya tutub. 

    Qeyd edək ki, Azərbaycan səsvermədə Bolqarıstan təmsilçisinə 5 xal verib.



    Mənbə

  • Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?

    Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?

    İŞİD terror təşkilatının ən yüksək rütbəli liderlərindən biri sayılan Əbu Bilal əl-Maynukinin 2024-cü ilin əvvəlində öldürüldüyü məlum olub.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Trust” məlumat yayıb.

    Məlumata görə, Al-Maynuki ABŞ qüvvələri və Nigeriya hərbçilərinin birgə keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp onun ölümü ilə bağlı “Truth Social” hesabında bu gün paylaşım edib:

    “Bu gecə mənim göstərişimlə cəsur Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən aktiv terrorçularından birini döyüş meydanında aradan qaldırmaq üçün dəqiqliklə planlaşdırılmış mürəkkəb əməliyyatı uğurla həyata keçirdi”.

    Mənbə

  • Naxçıvana uçuşlar təxirə salındı 
							 – AZAL səbəbini açıqladı

    Naxçıvana uçuşlar təxirə salındı – AZAL səbəbini açıqladı

    Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda AZAL məlumat yayıb.

    “AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

    Mənbə

  • 10 uşaqlı ailə də Xocalıya köçdü 
							 – Fotolar

    10 uşaqlı ailə də Xocalıya köçdü – Fotolar

    Bu gün respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan biri də Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanovun ailəsidir.

    A. Buludxanov həyat yoldaşı və 10 uşağı ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.





    Mənbə

  • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” 
							 – Video

    “Mən rus deyiləm, yarı azərbaycanlıyam” – Video

    “Mən rus deyiləm, yarı azərbaycanlıyam. Bu o deməkdir ki, mən yarı xristian, yarı müsəlmanam”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Mavrikidəki səfiri İradə Zeynalova bu ölkənin mətbuatına müsahibəsində deyib.

    “Avropa standartlarına görə qaradəriliyəm. Ona görə də burada, Mavrikidə insanların fərqli olduğu, müxtəlif dinlərə, millətlərə və irqlərə mənsub olduğu bir mühitdə olmaq mənim üçün yeni bir şey deyil”, – Zeynalova bildirib.

    “İnsan insandır”, – o əlavə edib. 

    Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Aftandil Zeynalov, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. 2024-cü ilin sentyabrından Rusiyanın Mavrikidəki səfiri vəzifəsində çalışır. 

    Mənbə