Author: wpadmin

  • Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir

    Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi təyin edilə bilər.

    “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uğursuz mövsümdən sonra İstanbul nəhəngi yeni baş məşqçi axtarışına başlayıb.

    Qurban Qurbanovla yanaşı, siyahıda Arda Turan, Nuri Şahin və İlhan Polat, Razvan Luçeskunun da adı var. 

    Qeyd edək ki,  bundan öncə də Qurban Qurbanov “Beşiktaş”ın məşqçilər siyahısında yer almışdı.

    Mənbə

  • Tbilisi biletləri ilə bağlı detallar açıqlandı 
							 – Nələr daxildir? – Fotolar

    Tbilisi biletləri ilə bağlı detallar açıqlandı – Nələr daxildir? – Fotolar

    “Mayın 26-da fəaliyyətə başlayacaq Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək”.

    “Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

    “Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər”, – o qeyd edib.

    Xəbəri rus dilində oxuyun: Подробности о билетах в Тбилиси: что включено? – ФОТО

    ADY rəsmisinin sözlərinə görə, sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı,  yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti) təqdim olunacaq.

    Gülnar Əliyeva

    Fotolar: Pərvin Zeynal














    Mənbə

  • Faşist diktatorun nəvəsi qalib oldu 
							 – Video

    Faşist diktatorun nəvəsi qalib oldu – Video

    İtalyan faşist diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini İtaliyada keçirilən “Big Brother” (“Grande Fratello”) realiti şousunun qalibi olub.

    “Qafqazinfo” xəbər verir ki, 63 yaşlı Alessandra Mussolini finalda 15 iştirakçını geridə qoyaraq birinci yeri qazanıb.

    Təxminən 1500 saat davam edən yarışmada onun 100 min avro mükafat əldə etdiyi bildirilir. Qalibin bu məbləğin yarısını xeyriyyə təşkilatlarına bağışlayacağı qeyd olunur.

    Qeyd edək ki, Alessandra Mussolini həm də kino ulduzu Sofi Lorenlə ailəvi qohumluğa malikdir, o, Lorenin bacısı Mariya Skikolonenin övladıdır.

    Mussolini daha əvvəl də televiziya layihələrində iştirak edib. O, 2020-ci ildə “Dancing with the Stars (Italy)” yarışmasında üçüncü yeri tutmuşdu.

    O, həm Avropa Parlamenti, həm də İtaliya parlamentində deputat kimi fəaliyyət göstərib və müxtəlif siyasi və media layihələrində iştirak edib.

    Mənbə

  • Dünyanı heyran qoyan qızlarımız… 
							 – Fotolar

    Dünyanı heyran qoyan qızlarımız… – Fotolar

    Bu gün QHT Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.

    “Qafqazinfo” xəbər verir ki, aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqları tərəfindən yüksək maraqla qarşılanıb.

    Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası – İçərişəhər – Natəvan heykəli – Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.












    Mənbə

  • Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq

    Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq

    Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

    Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.

    Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

    Mənbə

  • “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı 
							 – Meneceri açıqladı

    “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı – Meneceri açıqladı

    “Qarabağ” Qurban Qurbanovun intizamsızlığa görə əvəzedici heyətə göndərdiyi Elvin Cəfərquliyevi satmaq istəyir.

    Bu barədə “Qafqazinfo”ya onun agenti Tural Əsgərov məlumat verib. 

    O bildirib ki, E.Cəfərquliyevin Ağdam klubundan ayrılmaq ehtimalı böyükdür: “Qarabağ” onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq. Amma hazırda razılaşdığı və ya anlaşdığı heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, “Qarabağ”la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq”.

    Mənbə

  • Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır 
							 – Foto

    Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır – Foto

    Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının və dəhlizlərinin yaradılması davam etdirilir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.

    Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə edilir. Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.

    Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.

    Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.

    Qeyd edək ki, son olaraq paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verilib.






    Mənbə

  • Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq 
							 – Rəsmi

    Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq – Rəsmi

    Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

    Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır:

    – Yevlax-Tbilisi: 67 AZN-dən;

    – Gəncə-Tbilisi: 62 AZN-dən;

    – Ağstafa-Tbilisi: 57 AZN-dən;

    -⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən.

    Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

    Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

    Mənbə

  • Elvinin “Qarabağ”ın tədbirinə çağırılmaması müzakirə yaratdı 
							 – Yola salınır?

    Elvinin “Qarabağ”ın tədbirinə çağırılmaması müzakirə yaratdı – Yola salınır?

    “Qarabağ” klubunun rəhbərliyi ötən gecə məşqçilər heyəti və komanda üzvləri ilə görüş keçirib.

    “Qafqazinfo” xəbər verir ki, görüşdə əsasən komandanın bu mövsüm Çempionlar Liqasındakı uğurları müzakirə olunub. 

    Maraqlıdır ki, ÇL-dəki uğurlarda böyük əməyi olan, intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev görüşə dəvət olunmayıb. 

    25 yaşlı müdafiəçinin yekun tədbirə çağırılmaması onu göstərir ki, “Qarabağ”la futbolçu arasındakı bütün iplər qırılıb. Qurban Qurbanov Elvini artıq sərəncamında görmək istəmir. Əslində, buna nümunə kimi Cəfərquliyevin əsas komandanın oyunlarında stadiona gəlməməsini də göstərmək olar. Q.Qurbanov futbolçunu görmək belə istəmir. 

    Xəbəri rus dilində oxuyun: Разрыв неизбежен? Джафаргулиева не пригласили на клубную встречу

    Böyük ehtimalla Elvin yayda satılacaq. 

    Qurban Qurbanovun mətbuat konfransında “Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?” sualına verdiyi cavab da azarkeşlərdə ümidsizlik yaratmışdı. Sanki baş məşqçi ondan danışmaq niyyətində belə deyil: “Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam”.

    Mənbə

  • 15 nəfərin öldüyü təyyarə qəzasının 
							 – Anbaan görüntüləri

    15 nəfərin öldüyü təyyarə qəzasının – Anbaan görüntüləri

    ABŞ-də ötən ilin noyabrın 5-də Kentukki ştatında 15 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.

    “Qafqazinfo” xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən yayımlanan kadrlarda havaya qalxan yük təyyarəsində ciddi nasazlıq baş verdiyi anlar əks olunub.

    Görüntülərdə sol mühərrikin qalxış zamanı sıradan çıxdığı və alovlandığı görünür.

    Məlumata görə, təyyarədə üç ekipaj üzvü olub və ümumilikdə hadisə nəticəsində azı 15 nəfər həyatını itirib.

    Mənbə