Blog

  • “Səhnədə oynadığım zaman ətəyim düşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi” 
							 – Videomüsahibə

    “Səhnədə oynadığım zaman ətəyim düşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi” – Videomüsahibə

    Bakı Xoreoqrafiya Akademiyasının dəhlizində müsahibimi gözləyirəm. Tutu (red: balet paltarı) geyinmiş azyaşlılar sağa-sola qaçır, zəng vurulanda siniflərinə tələsirlər. Orada təhsil almasam da, bu mühit mənə çox tanışdır, uşaqlığımı xatırlayıram. Bir vaxtlar həmin geyimlərlə sağa-sola qaçıb müəllimini gözləyən azyaşlılardan biri də mən olmuşam.

    Pilləkənlərdən enən şux duruşlu qadını görən kimi tanıyıram. Müsahibim – Xalq artisti, rəqqasə Cəmilə Bayramovadır. O, akademiyada həm pedaqoq, həm də kafedra müdiridir. Bizə dərsinin olduğunu deyib tələbələrinin yanına aparır. Dəhliz boyu addımlayarkən tələbələri ayaqlarını çarpazlayaraq ona balerina salamı verirlər. İçəriyə keçib dərsin başlamağını gözləyirik. Vaxtilə mənim də rəqslə məşğul olduğumu öyrənib sevinir, əllərimə baxır. Tələbələr yerlərini alıb “Şərq gözəli”ni oynayırlar. 70-ə yaxın yaşı olan müsahibim də rəqs edir. Onların qüsursuzcasına rəqsi məni həyəcanlandırır…

    “Qafqazinfo” olaraq Cəmilə xanımla söhbətimizi təqdim edirik:

    – Sizi səhərdən izləyirəm, həm enerjili, həm də çox gözəlsiniz. Belə gənc qalmağınızın sirri nədir?

    – Oturmuram, həmişə rəqs edirəm. Tələbələrim oynayanda mən də onlarla birgə oynayıram. Görürəm ki, müəllimlərin çoxu oturub dərs keçir. Mən edə bilmirəm. 5-6 saat ayaq üstə dururam və hərəkətləri göstərirəm. Rəqsi o qədər sevirəm ki, mənim üçün həyatdır. Nə vaxtsa evdə otursam, bilmirəm mənə nə olar, özümü necə idarə edərəm. Açığı, məni rəqs saxlayır. Mənə enerjini də, həvəsi də, sevgini də rəqs verir. Mənim üçün başqa sənət yoxdur.

    – Bəs bu sənəti seçməyinizə nə ilham verdi?

    – Mənə nəyin ilham verdiyini bilmirəm. Uşaqlıqda həmişə evdə rəqs edirdim. Anam deyərdi ki, ayağıma dolaşırsan, nə evi süpürə, nə yığışdıra bilirəm. Axırda atama dedi ki, apar bunu, ver bir mədəniyyət evinə, peşəkar kimi oynasın, burada ayağa dolaşmasın. Biz də Biləcəri qəsəbəsində yaşayırdıq. Atam da bir gün məni götürüb, apardı o mədəniyyət evinə. Şansımdan orada hərbi hissə var idi və həmin yerdə çalışan hərbçinin yoldaşı Rusiyadan gəlmişdi. Peşəkar idi və Moskva Balet Akademiyasını qurtarmışdı. Mədəniyyət evinə o məni götürdü. Beş yaşından, doqquz yaşına kimi orada oynadım. Hər dəfə atam gələndə müəllimə deyirdi ki, çox istedadlıdır, bu qızı aparın xoreoqrafiya məktəbinə. Atam bunu anama deyəndə fikir vermədi. Xalam bir gün qəzetdə məktəbin elanını tapdı. Atam apardı, lazım olan imtahanları keçdikdən sonra qəbul oldum, oxudum. Axırıncı kursda da biz Opera və Balet Teatrında praktika keçirdik, müxtəlif tamaşalarda oynadım.

    Sonra məni işə götürdülər. Elə oldu ki, 21 yaşında ailə qurdum. Rəfiqələrim Dövlət Rəqs Ansamblında işləyirdilər. Məni ora dəvət etdilər, getdim, orada 17 il işlədim, 1991-ci ildə Əməkdar artist adı aldım. Daha sonra “Cəngi” Estrada Folklor və “Cücələrim” rəqs ansambllarında. Uzun karyera yolu keçdim. Daha sonra özüm “Dəcəl Qızlar” Rəqs Ansamblını açdım və hələ də fəaliyyət göstərir.

    İndi də burada – Bakı Xareoqrafiya Akademiyasında həm kafedra müdiriyəm, həm də müəllim kimi çalışıram.

    – Cəmilə Bayramova dedikdə yada ilk “Turacı” düşür. Əminə Dilbazidən sonra həmin rəqsi oynayan ilk qadınsınız.

    –  “Turacı”nı əslində Sevinc Nəsirova oynayırdı, ona da Əminə xanım öyrətmişdi. Sevinc həmin rəqsi məşq edəndə, “Turacı”ya vuruldum. “Cəngi” ansamblı ilə Türkiyəyə səfərə getməli idik, Sevinc həmin rəqsi oynayacaqdı, amma gedə bilmədi. Kostyumu mənə tikdilər, Türkiyəyə getdim və rəqsi birinci dəfə orada oynadım. Qayıdandan sonra isə mən ilk dəfə Filarmoniyada peşəkar, professional səhnədə oynadım. Sevincə professional səhnədə oynamaq qismət olmadı.

    Sonra məni AzTV-yə çağırdılar, “Turacı”nı oynadığım zaman məni çəkdilər. Çəkilişin səhəri günü “Cəngi” ansamblında məşq edirdik, Əminə Dilbazi gəldi, dedi ki, dünən “Turacı”nı oynayan qız kim idi, çox pis oynadı. Bildirdim ki, həmin rəqsi oynayan mən olmuşam. Əslində mənim olduğumu bilirdi. Heç nə demədi, bir az oturdu, sonra da çıxdı getdi.

    Gözümün qabağına onun dəfələrlə izlədiyim “Turacı”sı gəlir. Çırpınmağı, səhnədə süzməyi və dönmələri…

    – Müsahibədən əvvəl söhbət etdiyimiz zaman, dediniz ki, atanız da gözəl rəqs edib. Deyəsən bu istedadınız irsidir. Ailənizdə bu sənətə davam edən varmı?

    – Atam peşəkar, professional rəqqas olmayıb, amma çox gözəl rəqslər edib. Bir qızım var, yoldaşım rəhmətə getdikdən sonra onu Xoreoqrafiya məktəbində də oxutdurdum. Daha sonra Xəzər Universitetində jurnalistika fakültəsini bitirdi, amma o yolu seçmədi. 22 ildir həmin universitetdə rəqs müəllimi kimi çalışır. Böyük nəvəm Nəzrin İsmayılzadə isə aktrisa oldu. Akademik Musiqili Teatrında çalışır.

    –  51 ildir bu sahədəsiniz. Bəzən xanımlar deyir ki, yoldaşım müğənni və ya rəqqasə olmağa icazə vermədi. Siz bu problemlə üzləşdiniz?

    –  Yox, bu problemi yaşamadım. Qadınlar bununla əvvəllər çox üzləşirdi, amma indi zaman dəyişib. Azərbaycan çox müasirləşib. Mən eşitmirəm ki, kiminsə yoldaşı problem yaratsın, bəlkə də tək-təkdir.

    – Bizdən əvvəlki nəsil deyirdi ki, səhv də olsa, düz də olsa, ailədə yalnız kişinin sözü keçməlidir. Ailə həqiqətən bu deməkdirmi? 

    – Fikirləşirəm ki, ata evdə başdır, ana da boyundur. Ana hara dönsə, ata da ora dönür. Amma uşaqların sözünə hərdən ata da, ana da qulaq asmalıdır. Ailədə birlik, mehribanlıq olmalı, hamı bir-birinin sözünə baxmalıdır. Razılıq və birlik olmasa həmin ailədə heçnə olmaz.

    –  Azərbaycanda ailə modeli dəyişir. Amma hələ də bəzi valideynlər övladına gələcəyə sərmayə kimi baxır. Sizin üçün övlad nə ifadə edir? 

    – Mən həmişə öz qızımla da, nəvələrimlə də rəfiqə kimiyəm. Çox vaxt onlardan məsləhət alıram. Nəvələrim telefonu, proqramları mənə öyrədirlər. Ailədə uşaqların sözünün keçməsinə yaxşı baxıram. Uşaqlarda çox yaxşı fikirlər ola bilər. Onlar məsləhət verəndə biz böyüklər baxaq, qulaq asaq və onu edək. 

    –  Uşaqlardan danışmışkən, gözünüzün qabağından çox nəsil gəlib-keçib. İndi gəncləri qınayırlar. Onların indiki halına səbəb kimi telefon və sosial şəbəkələri göstərirlər. Siz həm pedaqoq, həm də kafedra müdirisiniz. Gənclərdə nə dəyişib? 

    – Biryaşlı nəticəm telefonda cizgi filminə baxmasa, yemək yemir. İki nəvəm də daxil, cavanların hamısının əlindən telefon düşmür. Mən telefonu ancaq zəng gələndə cavab vermək üçün istifadə edirəm. Bilmirəm telefonu harada itirirəm, harada axtarıram. Amma bir tərəfdən də telefondan istifadə yaxşıdır, sosial şəbəkələrdən çox şey öyrənirlər. İndi nə istəyirsiniz var. Həm də telefon xəstəlikdir. Hər dəfə nəvələrimi də, tələbələrimi də danlayıram. Telefon olmasa, ondan da pis başqa bir şey olacaq. Hər şeyin öz sərhədi olmalıdır, olmayanda insan elə bil uçub gedəcək. 

    – Bəs sosial şəbəkəyə münasibətiniz necədir, istifadə edirsinizmi?

    –  Sosial şəbəkələrim var, amma istifadə etmirəm. Açığını deyim, kimsə yaxşı, kimsə də pis rəylər yazır. Ona görə də istəmirəm. Sakit xanımam, xoşuma gəlmir ki, haradasa məni çox görsünlər, məndən çox danışsınlar, lazım deyil. Başımı aşağı salıb işləyirəm.

    – Uzun zamandır sosial şəbəkələrdə rəqs müəllimlərinin azyaşlı qızlara oğlan kimi rəqslər öyrətdiyini müşahidə edirik. Bu nə dərəcədə düzgündür?

    –  İnsan nə öyrənirsə, özü üçün öyrənir. Həmin rəqsləri öyrənsə, toyda, şənlikdə oynayacaq. Səhnəyə çıxmayacaq ki, onsuz da çıxa da bilməz. Bunun üçün o məktəbi qurtarmalı, peşəkar və professional hərəkətlər öyrənməlidir. Hansısa müəllim balaca qızlara oğlan kimi rəqs öyrətsin, onlar da ayaqlarını işlətsin. Mən buna pis baxmıram. Çoxu deyir ki, niyə qız oğlan kimi oynasın? Oynasın, ayaqları bərk olacaq. İnsan nə qədər çox bilsə, nə qədər çox öyrənsə, hər şey ona qalacaq.

    – İnsan bir müddət idmanla məşğul olub dayandırdığı zaman bədənində ağrılar yaranır. Balerinalar, rəqqasələr peşələrinə fasilə verdikdə bədənləri hansı mənfi nəticələrlə üzləşir?

    – İstəsəniz də, istəməsəniz də, rəqsi atanda əzələlər işləmir, insan formadan düşür. Biz uşaqlara deyirik ki, dərsləri buraxmayın, çünki əzələ yatır. Rəqsi atandan sonra doğrudan da çox çətin olur. 20 il rəqslə məşğul olub atsanız, mütləq ki, ağrılar olacaq. Ona görə də evdə məşq eləmək lazımdır ki, əzələn yaşasın.

    – Ümumiyyətlə, Azərbaycanda 90 faiz qadın yaşa dolduqdan sonra onlarda oynaq, sümük ağrıları yaranır. Halbuki gənc yaşda aktiv şəkildə ev işləri ilə məşğul olurlar. Bu aktiv həyat sayılmır? 

    – Biz robot deyilik, adamıq. Rəqsə getdin-getmədin, yaşa dolursansa, bədəndə ağrılar yaranır. Uşaqlıqda əzələlər tamam elastik olur. Həmişə rəqs və idmanla məşğul olsan, əzələlər də açılar, plastika olar, eləməsən olmayacaq.

    – Sosial şəbəkələrdə belə bir trend də yaranıb ki, qadınlar aldıqları maaşdan hər ay sevdiyi bir şeyi alıb özlərini xoşbəxt etsinlər. Siz pulunuzu hara xərcləyirsiniz?

    – Oy, mənim pullarım…

    (Gülür)

    Nəvələrimə xərcləyirəm, indi də nəticəmə – böyük nəvəmin qızına. İmkan tapan kimi hər dəfə də onun yanına qaçıb nəsə alıram. Nəvələrimə, qızıma kömək edirəm.

    – Yəni sizin xərcləriniz ancaq nəvə-nəticədir.

    – Yox…

    Bir az duruxur, deyib-deməmək arasında var-gəl edir.

    – Mən istəmirdim bunu deyəm, amma kasıb insanlara da həmişə əl tuturam. Çox kasıb qonşularım var, kimə lazımdırsa, kömək edirəm. Maşınla aparıram, lazım olanı alıb verirəm, pul istəyirlər, pul verirəm. Deyim ki, hansısa uşaqlar evinə 1 milyon pul tökmüşəm, yox. 

    – Ümumiyyətlə, gəliriniz necədir? Ömrünü incəsənətə vermiş sənətkarlar çox vaxt elə bundan şikayətlənir. 

    – Pis deyil, həm maaş alıram, həm prezident təqaüdçüsüyəm, həm də 5 nömrəli uşaq gənclər inkişaf mərkəzində işləyirəm. Qazandığım mənə çatır.

    – Azərbaycanda minimum aliment məbləği 260 manatdır. Cəmiyyətdə isə sanki belə bir əsassız fikir formalaşıb ki, qadınlar sırf aliment almaq üçün boşanırlar. Hətta deputat Fazil Mustafa da bu fikri səsləndirmişdi. Hamımız bilirik ki, bu məbləğ bəzən heç uşağın yeməyinə çatmır…

    – Mən heç razı deyiləm ki, kimsə boşansın və sonra aliment versin. Birinci kursda dərs dediyim tələbəm nişanlandı. Dedim niyə nişanlanmısan, anan yerində olsa idim, icazə verməzdim. Hər şeyin öz vaxtı var. Oxuyun, universiteti bitirin, sonra evlənin. Sevirsiniz, tez gedirsiniz, sonra da boşanırsınız. Boşanmayın. Boşanmaq pisdir. Son vaxtlar Azərbaycanda doğrudan da boşanmalar çoxalıb. Bunun ancaq alimentə görə olduğunu da düşünmürəm. Oğlan yaxşı olsa, özü kömək edər və alimentə ehtiyac olmaz. Mən istəməzdim ki, qızlarımız boşansın.

    – İndi rəqqas və rəqqasələrin çoxu məclisə aş gətirməklə pul qazanırlar, qınamaq da olmur. Onların yaxşı pul qazanması üçün hansı təşəbbüslər olmalıdır?

    – Mənim tələbəm birinci kursdan ansambl yaradıb, məcbur… Çünki maaşlarımız elə də yüksək deyil. Heç kimi də qınamaq olmaz, uşaqlar məcbur gedir. Mən fikirləşirəm, məsələ təkcə pul deyil. Onlar istəyirlər ki, səhnələrə çıxıb özlərini göstərsin. Mən heç vaxt restoranda oynamamışam, bunu özümə sığışdırmamışam da. Restoranda oynayanlara çox pis baxırdılar. Həm də adamlar toyda araq içir, yemək yeyirlər, danışırlar, rəqs edənə baxmırlar heç. Axı orada tər tökür, can qoyur bu rəqsə. Mən sevmirəm restoranda oynamaqlarını, amma heç kimi də qınamaq olmaz. Çünki hər kəs bu dünyada yolunu tapıb. Kimsə səhnəyə, kimsə də pula görə işləyir.

    – Göz önündə olan simalar var. Sizin haqda araşdıranda isə demək olar ki, heç nə tapmadıq, sadəcə bir-iki süjet var idi. Özünüzmü televiziya və saytlardan qaçırsınız?

    – Yox… Əvvəllər çəkilişə çox gedirdim. Televiziyaya bir neçə dəfə çıxmayanda unudulursan. Efirlərdə olmalısan ki, səni unutmasınlar. Məni də hamı unudub. Özüm də çox sevmirəm. Açığı, dilimə görə bir az çətinlik çəkirəm, çünki rus məktəbini bitirmişəm. Çəkilişdən qaçıram. Hərdən kanallara baxanda kimlərinsə efirdə mübahisə etdiyini görürdüm. Yadımdadır, o vaxt İlhamə Quliyeva ilə Elza Seyidcahan arasında da belə olmuşdu. Onlara baxandan sonra çox pis vəziyyətə düşdüm. Niyə bizim sənətçilər efirə çıxıb belə danışmalıdır?

    Müsahibə zamanı həqiqətən çətinlik çəkdiyini görürəm. Xalq artistimizin Azərbaycan dilinə olan münasibəti isə maraqlı gəlməyə başlayır.

    – 90-cı illərdə sanki elit təbəqənin rusca danışması xoş qarşılanırdı. Amma indi əksinədir. Dilimizə münasibətiniz necədir?

    – Öz dilimizi mütləq bilməliyik. Mən beş yaşına kimi bir dənə rus sözü bilmirdim. O vaxt bizdə doğrudan da rus dili çox məşhur idi. Hamı istəyirdi ki, onun uşaqları rus məktəbinə getsin. Dil bilmək çox gözəl bir şeydir. İndi gənclər rus dilini çox pis bilir, hətta bilmirlər. Amma niyə bilmirlər? Bilsinlər. Rus dilini də, ingilis dilini də bilsinlər. Bizim əsas dilimiz Azərbaycan dilidir. Mən bəzən çox əsəbiləşirəm ki, Azərbaycan məktəbini bitirməmişəm.

    – Məşhurlardan söz düşmüşkən. Ulduz simalarla aranız necədir?

    –  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin prezident olduğu vaxtlarda tədbirlərdə bütün sənətkarlar bir yerdə idik. Aygün Kazımova, Faiq Ağayev, Azər Zeynalov, Anar Şuşalı, Brilliant Dadaşova, Səkinə İsmayılova ilə həmişə səfərlərdə, tədbirlərdə, konsertlərdə yan-yana olmuşuq. Faiq Ağayevi o qədər çox sevirəm ki… O ilk kişidir ki, həmişə əldən öpür, çox aristokratdır.

    Nazirliklə münasibətiniz yaxşıdır? Bu yaxınlarda Mədəniyyət Nazirliyi ilə mədəniyyət işçiləri arasında problemlər yaranmışdı.

    – Onları yaxşı tanımıram, çünki dəyişildi. Bəlkə, onlar da məni tanımır. Təzələrlə hələ tanış olmamışam. Dediyiniz problemlərə də qarışmıram, maraqlandırmır da məni. Kim nə istəyirsə, etsin.

     Siz bir çox mədəniyyət nazirini görmüsünüz. Polad Bülbüloğlu, Əbülfəs Qarayev, Anar Kərimov, indi də Adil Kərimli. Bu nazirlərin hansı ilə münasibətiniz yaxşı olub? 

    – Anar Kərimovla tanış olmamışıq. Mən ən çox iki nazirlə işləmişəm, Polad Bülbüloğlu da, Əbülfəs Qarayev də həmişə mədəniyyət işçilərinə qayğı göstərib. Deyə bilmərəm ki, bu yaxşıdır, ya bu pisdir. Tacikistana getmişdim, Üzeyir Hacıbəyovun “Koroğlu” operasında qızların rəqsini ifa edəcəkdim. Səhnədə məşqlər zamanı yıxıldım, qolum qırıldı, gipsə qoydular. Dedilər ki, Əbülfəs Qarayevlə bərabər, Tacikistan nazirləri də olacaq. Konsertə yaxın getdim gipsi çıxartdım, iynələr vurdular. Səhnədə rəqs etdim. Orada gülə-gülə ağlayırdım, vəziyyətdən çıxdım, heç kim bilmədi. Təyyarədə olanda Əbülfəs bəy yanıma gəldi, əlimdən tutub dedi ki, qolunuzun sındığını bilirdim və o halda səhnəyə çıxmağınız mənim üçün çox xoş haldır.

    – Əslində bu da qastrol səfərinizdən bir xatirədir. Amma ən yaddaqalan xatirənizi oxucularımızla bölüşə bilərsinizmi?

    – Biz iki qız, iki oğlan Yəmənə getmişdik. Biz getməmişdən əvvəl möhkəm yağış yağmışdı. Mavi çəlləklərin üzərində taxtadan səhnə qurmuşdular. Həmin taxtalar da çürümüşdü. Səhnədə “Dağlar qızı”nı oynayanda taxta qırıldı, oğlanlardan biri həmin deşiyə girdi. Mən də görürəm ki, bütün zal gülür, başa düşmürəm. O da həmin deşikdən çıxa bilmir. Rəqs etdiyimiz üçün onu da çıxara bilmirdik. Zeynəb Xanlarova da getmişdi bizimlə. Soyunub-geyinmə otağına gülə-gülə qaçıb, Zeynəb xanıma dedik ki, orada deşik var, birdən siz oxuyanda o deşiyə girərsiniz.

    Bir dəfə də Fransaya səfərə getmişdim. Səhnədə oynadığım zaman ətəyim düşmüşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi. Tamaşaçı gülür, mən də baxıram ki, onlar niyə gülür?

    Müsahibimin gülüş səsi akt zalını bürüyür. Keçmiş günləri xatırlayıb üzümə sevinclə baxır: 

    – Mən çox şanslı və xoşbəxt insanam ki, bütün dünyanı gəzmişəm. Ona görə istəyirəm ki, bizim gənclər bütün dünyanı gəzib görsünlər.

    Söhbətimiz bitəndə artıq akademiyanın dəhlizi əvvəlki kimi səsli-küylü deyildi. Müsahibimlə sağollaşarkən bir daha anlayıram ki, onun üçün rəqs təkcə peşə deyil, həyəcan, sevgi və həyat enerjisidir.

    Mədinə Useynova

    Foto-Video: Xəyal Vəlizadə

    Mənbə

  • Trampın hücumundan əvvəlki sirr: Məşhur mentalistdən şok açıqlama

    Trampın hücumundan əvvəlki sirr: Məşhur mentalistdən şok açıqlama

    ABŞ-da keçmiş prezident Donald Trampın iştirak etdiyi ziyafətdə baş verən silahlı hücum hadisəsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gərgin hadisədən dərhal əvvəl Trampa sirli bir qeyd göstərilməsi isə sualları daha da artırmışdı.

    Həmin qeydi Trampa təqdim edən şəxs, məşhur mentalist Oz Perlman idi. O, hadisədən sonra bu notun məzmunu ilə bağlı səssizliyini pozaraq, ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirib.

    Hücumun baş verməsinə saniyələr qalmış Trampa göstərilən bu kağız parçası, hadisənin gedişatında xüsusi bir məna kəsb edirdi. Bir çoxları notun hücumla əlaqəli olub-olmadığını və ya hər hansı bir xəbərdarlıq ehtiva edib-etmədiyini düşünürdü.

    Oz Perlman, nəhayət, kağızda yazılanların sirrini açıqlayıb. Onun sözlərinə görə, notun məzmunu ziyafətdəki gərgin anlarla birbaşa əlaqəli olmasa da, hadisənin fonunda fərqli bir maraq doğurmuşdu.

    Bu açıqlama ilə Trampın iştirak etdiyi ziyafətdəki sirli anlardan birinin pərdəarxası aydınlanmış oldu. Hadisənin detalları hələ də araşdırılarkən, bu notla bağlı suallar cavabını tapdı.

  • “Dağ Boşanması” Trendi Dünyanı Sarsıdır: Cütlüklər Üçün Təhlükəli Xəbərdarlıq

    “Dağ Boşanması” Trendi Dünyanı Sarsıdır: Cütlüklər Üçün Təhlükəli Xəbərdarlıq

    İnternet dünyası son zamanlar “dağ boşanması” adlanan qəribə bir trendlə çalxalanır. Sosial mediada sürətlə yayılan bu videolar, cütlüklərin romantik təbiət gəzintilərinin necə gözlənilməz faciələrə və münasibətlərin sonuna çevrildiyini gözlər önünə sərir.

    “Dağ boşanması” termini, cütlüklərin birlikdə çıxdıqları uzun və çətin dağ yürüşləri zamanı yaşadıqları gərginlik, anlaşılmazlıq və mübahisələr nəticəsində münasibətlərinin bitməsinə işarə edir. Bu macəralar, adətən, sevgi və harmoniyanın simvolu kimi başlasa da, çətin şəraitdə “sağ qalma” mübarizəsinə çevrilə bilər.

    Gözlənilməz hava şəraiti, fiziki yorğunluq, yanlış planlaşdırma və ya sadəcə fərqli gözləntilər, cütlüklər arasında gərginliyi artıra bilər. Bu çətinliklər qarşısında hər iki tərəfin dözümlülüyü, ünsiyyət bacarıqları və bir-birinə dəstəyi ciddi sınaqdan keçir.

    Viral olan bu hadisələr, bütün dünyadakı cütlüklər üçün ciddi bir xəbərdarlıqdır. Romantik mühitdə belə, münasibətlərin əsl gücü, çətinliklər qarşısında necə davrandığımızla ölçülür. Bu videolar, sevginin və anlayışın hər cür sınağa tab gətirməsinin vacibliyini vurğulayır.

    Mütəxəssislər, bu cür xoşagəlməz hallardan qaçmaq üçün cütlüklərə birgə fəaliyyətlər zamanı daha diqqətli planlaşdırma aparmağı, bir-birlərinin sərhədlərinə hörmət etməyi və açıq ünsiyyət qurmağı tövsiyə edir. Hər hansı bir macəraya başlamazdan əvvəl potensial çətinlikləri müzakirə etmək vacibdir.

    Nəticədə, “dağ boşanması” trendi yalnız dağ yürüşləri ilə məhdudlaşmır; o, istənilən münasibətdə qarşılaşılan çətinliklərin necə idarə olunmalı olduğuna dair bir dərsdir. Sevgi və hörmət, ən çətin yolları belə asanlıqla keçməyə kömək edən təməl daşlarıdır.

  • Antarktikada Böyük Kəşf: Buzların Altından 90 Milyon İllik Kəhrəba Tapıldı – Qədim Meşələrin Sübutu

    Antarktikada Böyük Kəşf: Buzların Altından 90 Milyon İllik Kəhrəba Tapıldı – Qədim Meşələrin Sübutu

    Cənub Qütbündə, Pine Island Çuxurunda aparılan elmi tədqiqatlar nəticəsində Antarktika qitəsinin tarixində mühüm bir kəşfə imza atılıb. Tədqiqatçılar bu bölgədə 90 milyon il əvvələ aid olduğu təxmin edilən kəhrəba parçasına rast gəliblər. Bu tapıntı, qitənin qədim dövrlərdə necə bir təbiətə sahib olduğunu anlamaq üçün yeni qapılar açır.

    Kəhrəba, daşlaşmış ağac qatranı olaraq, milyon illər əvvəl yaşamış bitki və heyvan qalıqlarını özündə saxlayır. Antarktika qitəsində ilk dəfə tapılan bu kəhrəba parçası, bölgənin bir zamanlar sıx meşələrlə örtülü olduğunu təsdiqləyir. Bu, indiki buzlaqlar və sərt iqlim şəraiti ilə tamamilə ziddiyyət təşkil edən bir mənzərədir.

    Alimlər bu kəşfin, Antarktikanın Mezozoy erasında, xüsusilə Təbaşir dövründə, daha isti və rütubətli bir iqlimə malik olduğunu göstərdiyini vurğulayırlar. O dövrdə qitənin indiki tropik meşələrə bənzər bitki örtüyünə sahib olması ehtimalı güclənir. Bu, qlobal iqlim dəyişikliklərinin uzunmüddətli təsirlərini öyrənmək üçün də böyük əhəmiyyət kəsb edir.

    Tapılan kəhrəba həm də qədim ekosistemlər haqqında dəyərli məlumatlar verə bilər. Onun tərkibindəki mikroskopik qalıqlar vasitəsilə o dövrün bitki növləri, həşəratları və digər canlıları haqqında ətraflı araşdırmalar aparıla bilər. Bu, paleontologiya və paleoiqlimşünaslıq sahələrində yeni elmi irəliləyişlərə yol açacaq.

    Bu tarixi kəşf, Antarktikanın keçmişi haqqında bildiklərimizi yenidən nəzərdən keçirməyə vadar edir. Buzların altında gizlənən bu 90 milyon illik sirr, Yer kürəsinin geoloji və iqlim təkamülünü daha dərindən anlamağa imkan yaradır və gələcək nəsillər üçün dəyərli elmi məlumatlar təqdim edir.

  • Britaniya yollarında sürücüləri çaşdıran qara-ağ damalı nişanların sirri açıldı!

    Britaniya yollarında sürücüləri çaşdıran qara-ağ damalı nişanların sirri açıldı!

    Son zamanlar Böyük Britaniya yollarında peyda olan qara-ağ damalı nişanlar sürücülər arasında böyük çaşqınlıq yaratmışdı. Bir çox sürücü bu yeni nişanların nə məqsədə xidmət etdiyini başa düşməkdə çətinlik çəkirdi və bu, yol hərəkətində bir növ sirrə çevrilmişdi.

    Sözcü qəzetinin verdiyi məlumata görə, bu nişanlar hətta rəsmi yol bələdçilərində də yer almadığından, onların mənası haqqında müxtəlif fərziyyələr irəli sürülürdü. Bu vəziyyət, xüsusilə yeni ərazilərdə hərəkət edən sürücülər üçün əlavə çətinliklər yaradırdı.

    Aparılan araşdırmalar və yol hərəkəti mütəxəssislərinin ilkin rəyləri göstərir ki, bu qara-ağ damalı nişanlar əsasən yeni nəsil sürətə nəzarət sistemlərinin və ya xüsusi yol idarəetmə zonalarının başlanğıcını bildirir. Onlar, adətən, orta sürət kameralarının fəaliyyət göstərdiyi və ya gələcəkdə tətbiq olunacaq innovativ nəqliyyat həllərinin sınaqdan keçiriləcəyi əraziləri qeyd etmək üçün istifadə olunur.

    Bu nişanların əsas məqsədi sürücüləri müəyyən bir yol hissəsində tətbiq olunan xüsusi qaydalar və ya nəzarət sistemləri barədə xəbərdar etməkdir. Bu, yol təhlükəsizliyini artırmaq və nəqliyyat axınını daha effektiv şəkildə idarə etmək üçün atılan addımlardan biridir.

    Sürücülərin bu nişanlara diqqət yetirməsi və göstərilən ərazilərdə sürət həddinə riayət etməsi böyük əhəmiyyət kəsb edir. Yeni nəzarət sistemləri daha dəqiq və davamlı monitorinq imkanları təqdim edir ki, bu da qayda pozuntularının aşkarlanmasını asanlaşdırır.

    Hələ rəsmi bələdçilərdə yer almasa da, yol idarəetmə orqanları bu nişanların məqsədi barədə ictimaiyyəti daha geniş məlumatlandırmaq üçün addımlar atmağı planlaşdırır. Bu, sürücülər arasında yaranan çaşqınlığı aradan qaldırmağa və yeni qaydalara uyğunlaşmağa kömək edəcək.

    Nəticə olaraq, Böyük Britaniyada yol hərəkəti təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə tətbiq olunan bu yeni nişanlar, sürücülərdən daha diqqətli olmağı və yol qaydalarına ciddi riayət etməyi tələb edir. Bu cür yeniliklər gələcəkdə digər ölkələrdə də tətbiq oluna bilər.

  • Məhəmməd Salahın “Liverpul” karyerasının sonu: Əfsanəvi yolun bitişi

    Məhəmməd Salahın “Liverpul” karyerasının sonu: Əfsanəvi yolun bitişi

    Dünya futbolunun ən parlaq ulduzlarından biri, Misir millisinin kapitanı Məhəmməd Salahın “Liverpul”dakı möhtəşəm karyerasının sona çatması xəbəri futbol ictimaiyyətində böyük rezonans doğurub. “Qırmızılar”ın heyətində keçirdiyi illər ərzində Salah, həm klubun, həm də Premier Liqanın tarixinə adını qızıl hərflərlə yazdırdı.

    2017-ci ildə “Liverpul”a transfer olunan Salah, qısa müddətdə azarkeşlərin sevimlisinə çevrildi. O, komandanın hücum xəttinin əsas siması olaraq, sayısız qollarla və assistlərlə yadda qaldı. Salahın liderliyi ilə “Liverpul” UEFA Çempionlar Liqası, Premier Liqa, FİFA Klublararası Dünya Kuboku və digər nüfuzlu titulları qazandı.

    Salahın gedişi, “Liverpul” üçün yeni bir dövrün başlanğıcı deməkdir. Komandanın hücum gücündə yaranacaq boşluğu doldurmaq, menecer üçün ciddi bir sınaq olacaq. Azarkeşlər üçün isə bu, sevimli oyunçularından birinə vida etməyin acı xatirəsi olaraq qalacaq.

    Misirli ulduzun növbəti dayanacağı hələlik dəqiq olmasa da, onun karyerasını Avropanın digər böyük klublarından birində və ya Səudiyyə Ərəbistanı liqasında davam etdirəcəyi ehtimal olunur. Bu ayrılıq, onun “Liverpul”dakı əfsanəvi yolunun sonu olsa da, Salahın futbol dünyasındakı izi silinməzdir.

    Onun meydandakı fərqli oyun tərzi, qol vurma bacarığı və qələbəyə olan susuzluğu, onu bütün zamanların ən yaxşı Afrika futbolçularından birinə çevirdi. “Liverpul” azarkeşləri onu hər zaman “Misir Kralı” kimi xatırlayacaqlar.

    Bu ayrılıq həm Salahın, həm də “Liverpul”un gələcək planları üçün böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf üçün yeni çağırışlar və imkanlar yaranır. Lakin bir şey dəqiqdir: Məhəmməd Salahın “Anfield”dəki mirası əbədi yaşayacaq.

  • “Mançester Siti”nin ulduzu barda yuxuya getdi: Klubda intizam problemi?

    “Mançester Siti”nin ulduzu barda yuxuya getdi: Klubda intizam problemi?

    İngiltərənin nəhəng futbol klubu “Mançester Siti”nin futbolçularından biri gecə klubunda yuxuya getməsi ilə gündəmə gəlib. Hadisə idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub və klubun daxili intizam qaydaları ilə bağlı suallar doğurub.

    Məlumata görə, adı açıqlanmayan futbolçu bir barda sərxoş vəziyyətdə yuxuya gedib və uzun müddət orada qalıb. Bu hadisə şahidlərin diqqətini çəkib və qısa zamanda sosial şəbəkələrdə yayılıb. Klubun yüksək profilli futbolçularından birinin belə bir vəziyyətə düşməsi, “Mançester Siti”nin imicinə xələl gətirə bilər.

    Hadisənin təfərrüatları hələ tam aydınlaşmasa da, bu cür davranış peşəkar idmançılar üçün qəbuledilməz hesab olunur. Futbolçuların meydandan kənar həyat tərzi tez-tez diqqət mərkəzində olur və onların hərəkətləri həm özlərinə, həm də təmsil etdikləri klublara birbaşa təsir edir.

    “Mançester Siti” rəhbərliyinin bu məsələyə necə reaksiya verəcəyi maraqla gözlənilir. Adətən, bu cür intizam pozuntuları daxili araşdırmalara və cəza tədbirlərinə səbəb olur. Klubun futbolçunun kimliyini açıqlayacağı və ya daxili qaydalar çərçivəsində tədbir görəcəyi gözlənilir.

    Bu hadisə bir daha futbolçuların yüksək təzyiq altında olmalarına və onların şəxsi həyatlarının ictimai nəzarətə məruz qalmasına diqqət çəkir. Peşəkar karyera tələbləri ilə gecə həyatının cazibəsi arasında tarazlıq tapmaq bəzi idmançılar üçün çətinlik yarada bilər.

    Klubun bu cür halların qarşısını almaq üçün hansı addımları atacağı, həmçinin futbolçunun öz gələcək karyerasına bu hadisənin necə təsir edəcəyi yaxın günlərdə bəlli olacaq. “Mançester Siti”nin mövsümün kritik mərhələsində belə bir hadisə ilə üzləşməsi diqqəti cəlb edir.

  • Ağcabədidə Dəhşətli Cinayət: İki Nəfər Qətlə Yetirildi

    Ağcabədidə Dəhşətli Cinayət: İki Nəfər Qətlə Yetirildi

    Ağcabədi rayonunda dəhşətli cinayət hadisəsi baş verib. İlkin məlumata görə, rayon ərazisində iki nəfər amansızlıqla qətlə yetirilib. Bu xəbər yerli ictimaiyyətdə böyük rezonans doğurub və narahatlıqla qarşılanıb.

    Hadisənin təfərrüatları hələlik tam açıqlanmasa da, hüquq-mühafizə orqanları dərhal əraziyə cəlb olunub. Polis əməkdaşları cinayət yerində ilkin araşdırmalara başlayıb, sübutların toplanması və şahid ifadələrinin alınması istiqamətində fəaliyyət göstərir.

    Prokurorluq orqanları tərəfindən faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qətlin motivləri və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

    İlkin ehtimallara görə, cinayətin şəxsi zəmində törədilməsi versiyası araşdırılır. Lakin istintaqın gedişatında bütün mümkün versiyalar nəzərdən keçiriləcək və hadisəyə tam hüquqi qiymət veriləcək. Cinayəti törədən şəxslərin qısa zamanda tutularaq məsuliyyətə cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib.

    Hüquq-mühafizə orqanları ictimaiyyətdən təmkinli olmağı və rəsmi məlumatları gözləməyi xahiş edir. İstintaqın nəticələri barədə əlavə məlumat veriləcək. Bu cür ağır cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması üçün bütün zəruri addımlar atılır.

  • Nizami Kino Mərkəzində Gözlənilməz Ayrılıq: Direktor Vəzifəsindən Getdi

    Nizami Kino Mərkəzində Gözlənilməz Ayrılıq: Direktor Vəzifəsindən Getdi

    Azərbaycanın mədəniyyət və kino sahəsində mühüm yer tutan Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Bu xəbər ictimaiyyətdə və kino dairələrində geniş müzakirələrə səbəb olub, mərkəzin gələcək fəaliyyəti ilə bağlı suallar yaradıb.

    Məlumatlara görə, mərkəzin rəhbəri vəzifəsini tərk edib. Hələlik bu barədə rəsmi açıqlama verilməsə də, xəbər artıq bir sıra yerli media orqanlarında yayılıb və mədəniyyət camiəsində böyük maraqla qarşılanıb.

    Nizami Kino Mərkəzi uzun illərdir ki, Azərbaycan kinosunun inkişafında, yerli və beynəlxalq festivalların təşkilində önəmli rol oynayır. Mərkəzin rəhbərliyində baş verən bu dəyişiklik, təbii olaraq, onun gələcək repertuar siyasətinə və mədəni tədbirlərinə necə təsir edəcəyi sualını doğurur.

    Direktorun vəzifəsindən getməsinin səbəbləri barədə müxtəlif ehtimallar irəli sürülür. Bəzi mənbələr bunun şəxsi istəklə bağlı olduğunu bildirsə də, digərləri müəyyən idarəetmə və ya struktur dəyişikliklərini səbəb kimi göstərir. Rəsmi qurumlar tərəfindən hələlik heç bir təsdiq və ya təkzib gəlməyib, bu da spekulyasiyaları artırır.

    Hazırda mərkəzin rəhbərliyinə kimin gətiriləcəyi və bu prosesin nə qədər vaxt aparacağı maraqla gözlənilir. Yeni rəhbərin mərkəzin fəaliyyətinə hansı yeniliklər gətirəcəyi, Azərbaycan kinosunun təbliğatında və tamaşaçı kütləsinin cəlb edilməsində hansı strategiyaları izləyəcəyi diqqət mərkəzində olacaq.

    Azərbaycan kinosunun flaqmanlarından sayılan Nizami Kino Mərkəzinin sabit və effektiv idarəetməyə ehtiyacı var. Bu ayrılıq mərkəzin gələcək inkişaf strategiyasına və mədəni həyatımızdakı yerinə ciddi təsir göstərə bilər.

  • Azərbaycan-Çexiya əlaqələri güclənir: Baş nazir Petr Fiala Qəbələdə Prezidentlə görüşdü

    Azərbaycan-Çexiya əlaqələri güclənir: Baş nazir Petr Fiala Qəbələdə Prezidentlə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Petr Fialanı Qəbələdə qəbul edib. Bu yüksək səviyyəli səfər iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Səfər çərçivəsində tərəflər Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin geniş spektrini müzakirə ediblər. Görüşdə siyasi, iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

    Xüsusilə, enerji təhlükəsizliyi, investisiya imkanları və regional layihələrdə birgə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparıldığı güman edilir. Hər iki tərəf Avropa İttifaqı çərçivəsində əməkdaşlığın gücləndirilməsinə maraq göstərib.

    Prezident İlham Əliyev Çex Baş nazirini Qəbələdə salamlamaqla, bu regionun Azərbaycanın beynəlxalq əlaqələrində artan rolunu bir daha vurğulayıb. Qəbələ son illər bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən mərkəzə çevrilib.

    Bu cür yüksək səviyyəli dialoqlar ölkələr arasında qarşılıqlı etimadı artırır, yeni əməkdaşlıq körpüləri qurur və beynəlxalq arenada birgə fəaliyyət üçün zəmin yaradır.

    Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə dair ümidlər yüksəkdir. Səfərin nəticələrinin iki ölkə xalqlarının rifahına töhfə verəcəyi gözlənilir.